Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Düsen Kaseinov yenidən TÜRKSOY-un baş katibi seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Düsen Kaseinov yenidən TÜRKSOY-un baş katibi seçilib

Düsen Kaseinov yenidən TÜRKSOY-un baş katibi seçilib


TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının Qazaxıstanın paytaxtı Astanada keçirilən XXIX toplantısı başa çatıb.

Toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, iclasa TÜRKSOY-un baş katibi, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kiprin mədəniyyət nazirləri, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstanın respublikalarının mədəniyyət nazirlərinin müavinləri, Moldova Respublikasının Qaqauz Yeri muxtar vilayətinin mədəniyyət idarəsinin rəisi və ölkələrin nümayəndə heyətləri qatılıb.

İclasda TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının Qərarı və iclasın Yekun Protokolu qəbul edilib. Qərara əsasən TÜRKSOY-un baş katibi Düsen Kaseinov 2011-2014-cü illər üçün yenidən TÜRKSOY-un baş katibi seçilib, 2012-ci il TÜRKSOY çərçivəsində Hakasiyanın məşhur türkoloqu Nikolay Katanovun şərəfinə “Nikolay Katanov ili” elan edilib, Qazaxıstanın paytaxtı Astana şəhəri 2012-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Əskişəhərin 2013-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təklifini irəli sürüb və təklif yekdilliklə bəyənilib.

İclasın Yekun Protokoluna əsasən TÜRKSOY-un 2012-ci il üçün Fəaliyyət Planı təsdiq edilib, təsisçi üzv ölkələrin və müşahidəçi ölkələrin üzvlük haqlarının artırılması, eyni zamanda ölkənin milli qanunvericiliyi nəzərə alınmaqla üzv ölkələrin mədəniyyət nazirliklərinin TÜRKSOY-dakı təmsilçilərinə diplomatik status verilməsi ilə bağlı təklif irəli sürülməsi tövsiyə olunub.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXX toplantısının yeri müəyyənləşdirilənə qədər Türkiyənin mədəniyyət və turizm naziri Ə. Günay koordinatorluğu müvəqqəti olaraq öz üzərinə götürüb.

Geri dön