Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar > Milli Dirçəliş Hərəkatı Partiyasının Bəyanatı
Milli Dirçəliş Hərəkatı Partiyasının Bəyanatı |
Son Prezident seçkilərindən sonra Milli Dirçəliş Hərəkatı Partiyasına və partiyanın sədri Fərəc Quliyevə qarşı hücumlar başlayıb. Böyük ehtimal ki, bu, prezident seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi olan Fərəc Quliyevin seçki prosesində milli demoqratik düşərgənin namizədinə çevrilməsi ilə bağlıdır. Azərbaycandakı milli demoqratik düşərgənin güclənməsindən narahatlıq keçirən xarici qüvvələr və onların ölkəmizdəki əlaltıları bütün rıçaqları ilə hərəkətə keçiblər. Bunlardan, MDHP-nın Parlament partiyası olaraq ayrılmış çüzi maliyyə vəsaitinin müzakirəyə çıxarılmasından başlamış, saytlarımıza qarşı həftələrlə davam edən ağlasığmaz kiber hücumlara qədər, bir çox məqamları sadalamaq olar.
Son günlər isə MDHP–yə qarşı ideologiya plagiatlığına start verilib. Partiyanın ideoloji xətdini və partiya sədri Fərəc Quliyevin seçkilərdə ortaya qoyduğu konsepsiyalar başqa təşkilatların adından ictimaiətə təqdim olunur. Hətta MDHP-nin Məramnaməsindən tezisləri götürüb sosial şəbəkələrdə öz təşkilatlarına aid prinsiplər kimi yaymaqdan belə utanmayanlar var. MDHP-yə və partiyanın sədri Fərəc Quliyevə qarşı olan bu hücumların arxasında “kimlərin” olduğunu anlamaq elə də çətin deyil. Təsadüfü adamların düşüncə oğurluğuna başlamasının sifarişli olması məlum məsələdir və əvvəlcədən gözlənilən idi. Bütün bunları nəzərə alaraq, biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq Məramnaməmizi bir daha ictimaiətə təqdim edirik. Qeyd edək ki, bu Məramnamənin müəllifinin partiya sədri Fərəc Quliyevin şəxsən özünün olması səbəbindən digər siyasi təşkilatlarda heç bir bənzəri yoxdur. MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASININ (MDHP) MƏRAMNAMƏSİ GİRİŞ MDHP Azərbaycanın varlığını, inkişaf və təhlükəsizliyini milli gücün tam olmasında görür. Azərbaycanda bütövləşmə prosesi öncə toplum içində düşüncə bütövləşməsindən keçir. MDHP qütblülük sistemindən bütövlük sisteminə keçərək, düşüncəmizin bütöv cəmiyyətdə hakim olmasına çalışır və ilk öncə ictimai legitimliyi qazanmağı əsas sayır. Bizim düşüncə sistemimiz Azərbaycan Mərkəzli Düşüncə Sistemidir. Türklük məhvəri ətrafında azərbaycanlılıq təfəkkürü sistemin təməli sayılır. Azərbaycan Mərkəzli Düşüncə Sistemi Azərbaycanlıların "Qurtuluşum harada?" sualına cavab axtarışının məhsuludur (ürünüdür). "Azərbaycan Mərkəzli Düşüncə Sistemi"nə görə azərbaycanlıların qurtuluşu Azərbaycanlılıq (Türk Mərkəzli Azərbaycanlılıq) zərfi içərisindədir. Bu nəzəriyyəyə görə azərbaycanlılar öz milli səadətlərini (iqtisadi, siyasi, sosial, mədəni və bəşəri inkişaflarını) azərbaycanlılıq (Azərbaycan-Türk kimliyi) içərisində axtarmaqdadır və axtarmalıdırlar. "Azərbaycan Mərkəzli Düşüncə Sistemi" "biz kimik?", "haradan başlamalıyıq?", "qurtuluşumuz harada?", "nə etməliyik?", "niyə bu günə qaldıq?", "hara gedirik?" və "bizim təməl problemimiz nədir?" suallarına cavab axtarışı çərçivəsində ortaya çıxmış və yuxarıdakı suallara sistemli bir şəkildə cavab verməyi özünə hədəf seçmişdir. Azərbaycan Mərkəzli Düşüncə Sistemi məfhumu ilə istiqlal məfhumu eyni anlamlı məfhumlar deyillər. Azərbaycan Mərkəzli Düşüncə Sisteminin istiqlal məfkurəsindən daha geniş bir mənası var. İstiqlal məfkurəsi Azərbaycan və Azərbaycanlılıq məfkurəsindən sonra gəlir. Azərbaycan və Azərbaycanlılıq məfkurəsi olmadığı bir yerdə istiqlal məfkurəsi də olmaz. İstiqlal məfkurəsi Azərbaycanlılıq məfkurəsini gücləndirmək və inkişaf etdirmək üçündür. İstiqlal Azərbaycanlılıq milli şüurunun məhsuludur. Başqa bir ifadə ilə istiqlal Azərbaycanlılıq şüuru üzərində ortaya çıxır və inkişaf edir. İstiqlalçılıq və bütövlük deyimi Azərbaycanlılıq milli şüurunun ən yüksək və doğru təzahürüdür. Milli hərəkatın hədəfi Azərbaycan insanının milli səadəti (iqtisadi, siyasi, sosial və mədəni) inkişafıdır. Hədəf Azərbaycan və Azərbaycanlılıqdır. Azərbaycanın bütövlük məsələsi də var. Bütövlük problemimiz həll olunduqdan sonra yenə Azərbaycan və Azərbaycanlılıq prinsipi davam edəcək. Bu baxımdan istiqlal və bütövlük ötəri bir problemdir, ancaq Azərbaycan və Azərbaycanlılıq isə tarix boyu davam edən bir prosesdir. Digər tərəfdən istiqlal və bütövlük deyimi Azərbaycanlılıq kimliyi olduğu yerdə anlam qazanır. Göründüyü kimi istiqlal və bütövlük düşüncəsi Azərbaycan və Azərbaycanlılıq kimliyi əsasında ortaya çıxan və Azərbaycan insanının səadətinə nail olması üçün ortaya atılan stratejilərdir. Milli Dirçəliş Hərəkatı Partiyası olaraq amalımız: -Azərbaycanı mərkəz götürən bir dünya görüşü yaratmaqdır; -Azərbaycan Türk Milliyyətçiliyində etnik ayrıseçkilik deyil, milliyyətçilik və dövlətçilik prinsiplərini birləşdirməyə çalışmaqdır; -Azərbaycan türklərinin və Azərbaycanda yaşayan digər etnosların milli səadətini (iqtisadi, siyasi, sosial və mədəni inkişafını) Azərbaycanllıq zərfi içində axtarmaqdır; -Bu istiqamətdə Azərbaycanlılıq kimliyini duyğu, düşüncə və hərəkətimizin mərkəzinə çevirməyə çalışmaqdır; -Azərbaycan Türk kimliyini əsas götürərək dil, tarix, coğrafiya və mədəni düşüncəsini ortaya qoymağı bacarmaqdır. (Azərbaycan mədəniyyəti Türk mədəniyyəti ortada olmaqla Azərbaycandakı bütün etnosların mədəniyyətlərindən formalaşmışdır.) -Azərbaycan türklərinin özü də daxil olmaqla Azərbaycandakı bütün azlıq təşkil edən etnosların da inkişaf və güvənliyi istiqamətində daxili və xarici siyasətdə strateji düşünmə kültürü yaratmağı hədəf seçməkdir; -İstiqlal və bütövlüyü Azərbaycanlılıq kimliyinin nəticəsi olaraq qəbul edərək istiqlalı və bütövlüyü zəruri və vazkeçilməz siyasi düşüncə və strateji olaraq görülməsini istəməkdir; -Siyasi tələb, düşüncə və hərəkətin istiqamətləndirici və təyin edici faktorunun Azərbaycan milli mənfəəti olaraq görülməsini məqsəd saymaqdır; -Azərbaycan Mərkəzli Strateji mədəniyyət yaratmağı hədəfləməkdir. -Siyasi düşüncə, tələb və hərəkətlərimizi anarxiya və qarma-qarışıqhqdan çıxardaraq Azərbaycanı mərkəz alaraq, siyasi düşüncə, tələb və hərəkətə sistemli bir düzən verməyi məqsəd bilir; -Azərbaycan və Azərbaycanlılıq prinsipini tarixi surəkliliyi olan hər şeyin üstündə təyin edici olaraq qəbul edilməsini doğru sayır; -Bu gün də tarixdə olduğu kimi Azərbaycan Türk dövlətçiliyi düşüncəsindən yoxsul durumdayıq. Azərbaycan öz bütövlüyünü uduzmuş və bu gün az-çox 80 % torpaq və milləti tarixi düşmənlərin əli ilə basqı altındadır. Buna görə də bütövləşmə müstəvisində mahiyyət axtarışı ön şərt olaraq özünü göstərir, isbatlayır və gündəmləşdirir. Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Azərbaycanı iki baxışda belə görür: 1) Azərbaycan əxlaqi tərifdə 2) Azərbaycan hüquqi tərifdə 1) Əxlaqi termin: Azərbaycan böyük çoxluqla türk toplusu olan çeşidli etnosların yaşadığı, bəşəri əxlaqçılığın yaratdığı tarixi-coğrafi, sosial-siyasi türk mənşəli dövlətlərin tarixi yurdu olmuşdur. 2) Hüquqi termin: Azərbaycan torpaq bütövlüyünü, millət birliyini dil və milli varlığını, çağdaş dəyərlərini, sosial-siyasi gücünü itirmiş duruma düşmüş, yalnız 20% torpağında dövlət iqtidarında olan.çoxutürk, müxtəlif xalqların yaşadığı məkandır. Milli arzu Milli ideyadır! Bu milli savaşda siyasi strategiya həmişə milli ideyanın xidmətində olmalıdır. Bu tarixi bütövün gerçəkləşməsində iki əxlaq və hüquq amilinin birləşməsi əsas rol oynamalıdır. Hüquqi əxlaqçılıq: Hər toplum istər-istəməz müxtəlif fərdlərdən ibarət hüquq birləşməsidir. Bu hüquq birləşməsi hər zaman fərdin özəl və doğal haqqını qoruyub saxlamır. Əksinə, hüquq bəhanəsi ilə fərdi haqq pozulub aradan qaldırılır. Bir çox zaman fərd öz anlamını bütünlüklə itirib, zaman-zaman hətta özünün özəl haqlarına qarşı çıxıb onu inkar edir. Fərdin haqlarının pozulması ilə sosial hüquqların da pozulması, toplumun genəl təməllərini sarsıtmağa başlayır. Belə durum davam etdikcə toplum içərisində əxlaqi tarazlıq pozulur. Milli Ruhçuluğun yerini Sinfi Maddiçilik alır. Toplum üzərində hakim olacaq ruhçuluq dağılmağa başlayır. Fərdi əxlaq pozulunca toplumda hər düşüncənin üstündə öz, ailə, siyasi ehtiras, güc həvəsi, qəhrəmanlıq sevdası, qazanc şövqü və başqa toplum çalarları ortaya çıxır. Belə xəstə toplumda milyonlarla kütlə sayca yalnız bir neçə faizi təşkil edən hakim dairənin əlində əsir olur. Bu toplum tərkibi istər-istəməz b'öyük olanda hüquqi-əxlaqi bağlarını əldən verər. Belə toplumda insanlar əxlaqi haqq yolunda yox, dünyəvi gücün axtarışında qeyri-əxlaqi yollar arxasınca sürünürlər. Hüquqi-əxlaqi dövlətçilikdən uzaqlaşdırılmış toplumların ən böyük sosial özəlliyi sayılan bu mahiyyətsizlik çox təəssüflə bizim də cəmiyyətimiz içərisində özünü göstərməkdədir. Biz MDHP olaraq bu mahiyyətsiziliyi aradan qaldırmaqda israrlıyıq. 1) Yaşadığımız coğrafi ərazinin, geopolitik və geostrateji durumunun zəruri olduğu şərtlərə uyğun, milli mənafeyimizə xidmət edəcək milli siyasət yürütmək zorundayıq. Yeridəcəyimiz siyasətdə niyyətimizi ifadə edən və qeyd olunan terminlərdən hədəf kimi deyil, bizi hədəfə götürəcək vasitə kimi yararlanmalıyıq. 2) Hədəf millətin xoşbəxt, azad və rifahda yaşamasıdır. Hədəf millətin potensial imkanlarını üzə çıxarmaq üçün imkan əldə etməsidir. Sözünü deyə bilməsi və dünya durduqca milli-mənəvi və maddi yüksəlişə doğru getmək imkanı əldə etməsidir. 3) Parçalanmış millətin birləşmək istəyi fəlsəfi yanaşma tərzində mütləq dəyər daşıyan məsələdir. Ona görə ki, millət parçalananda onun milli-mənəvi və icma həyatı da parçalanır. Milli-mənəvi həyatı parçalanmış millətin bütövlük istəyi (bütün siyasiictimai istəkləri kənara qoyulsa belə) sadəcə instinkt duyğusudur. Burada millətin tarixi yaddaşı yaşamaq ictimai varlıq kimi kimliyinin təriflənməsi kimi, mütləq dəyər daşıyan fəlsəfi amillər var. İctimai kimliyi olmayan və təriflənməyən toplum yaşaya bilməz. Ona görə də a) İctimai və siyasi məsələlərin nəzəri əsaslarının araşdırılması və öyrənilməsi; b) Toplumu öyrənərək fəaliyyətimizin ictimai və tarixi çevrəsini cızmaq; c) Əməli iş bölgüsü və imkanların dəyərləndirilməsi əsasında işləmək faktorları təşkilatlanmağımızı zəruri edir. Bütün bunlar üzərində yüklənmiş maddi-mənəvi və ictimai-siyasi problemlərin həllinə yönəlməli və tərəqqiyə xidmət etməlidir. Millətin iqtisadi ziyanına aparan, mənəviyyatını zorlayan, onu zəif salan, duyğusal hərəkətlərə yol açan, milli və əxlaqi standartlardan uzaq şüarların elmi əsası yoxdur və MDHP tərəfindən qəbul edilmir. Biz milli siyasət yürütməyin tərəfdarıyıq. Ölkəmizin və millətimizin bu günkü durumuna bu baxımdan yanaşaraq millətlərarası sistemində dayanıqlı xarakter daşıyan ictimai, iqtisadi əlaqələrin kəsilməsinin, zəifləməsinin deyil, güclənməsinin tərəfdarıyıq. Bu istək millətimizin iqtisadi, maddi rifahına qulluq etdiyi (üçün ali hədəflərimizin gerçəkləşməsinin xidmətində olan bir istəkdir. Bu günkü beynəlxalq hüquq normaları və ictimai münasibətlərin yaratdığı imkanlar MDHP fəaliyyətində nəzərə alınır. 1. Partiyanın məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prinsiplərinə əsaslanan milli dünyəvi, sosial, demokratik hüquq dövlətinin qurulması; 2. Xalqımızın hər cür istismara, əsarətə, diktaturaya, milli və mənəvi ədalətsizliyə, insan haqlarının pozulmasına qarşı mübarizəsini vahid məcraya yönəltmək; 3. Azərbaycanın milli, mədəni, siyasi, ictimai, iqtisadi yüksəlişinə çalışmaq, vətənimizin bütünlüyünü, demokratikliyini və rifahını təmin etməkdir; 4. MDHP zorakıhğı, terrorizmi məqsədəçatma üsulu kimi pisləyir və fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə etməyi məqbul sayır. 5. MDHP digər siyasi partiyalarla könüllülük əsasında birləşib bloklar və ittifaqlar yarada bilər. 6. Partiya seçkili dövlət orqanlarına seçilmiş nümayəndələri vasitəsilə öz Məramnamə məqsədlərini həyata keçirməyə çalışır. 7. MDHP Respublikada və dünyada baş verən ictimai-siyasi hadisələrə, aksiyalara öz münasibətini bildirmək, əhalinin xəbərdarlığınm artması, siyasi səviyyəsinin yüksəldilməsi, aşkarlığın təmin olunması üçün mövcud bütün informasiya vasitələrindən istifadə edir. 8. MDHP ictimai fikrin düzgün formalaşmasında və xalqın mənafeyinə uyğun demokratik qanun layihələrinin ümumxalq müzakirəsində iştirak edir, Azərbaycanın ümumi mənafeyi ilə bağlı ictimai-siyasi, sosial və mədəni sahələrdə mühüm proqram və layihələrin hazırlanmasını təşkil edir. MÜASİR AZƏRBAYCAN DÖVLƏTİ Bütövlükdə biz dövlət dedikdə, o cümlədən Azərbaycan dövləti mövcud ərazini, yəni Vətəni və mənsub olduğu millətin bölünməzliyinin qorunması ön planda olmaqla vətəndaşların təhlükəsizliyinin təmini, ictimai əmin-amanlığın və sosial ədalətin qorunması, iqtisadi və sosial davranışların nizamlanması məqsədilə millət tərəfindən qurulan və eyni zamanda kəskinliklə millətin iradəsini ifadə edən strukturlar sistemidir. Azərbaycan dövləti tarixi ənənələrinə sadiq qalaraq müstəqilliyini qorumaqla demokratik, milli, laik (dünyəvi) sosial hüquq dövləti olmaq prinsipinə üstünlük verir. Milli dövlət dedikdə, yəni ali hakimiyyətin hər hansı bir fərdə, qəbilə və ya tayfaya, klana, partiyaya, zümrəyə yox, heç bir şərt olmadan yalnız millətə məxsus olduğunu başa düşmək lazımdır. Hüquq dövləti dedikdə isə yalnız hüququn hakim olduğu, daha doğrusu qanunun şah olduğu dövlət kimi başa düşülür. Anayasada təsbit olunmuş və dövlətin qəbul etdiyi uluslararası sənədlərə uyğun insan haqları, vətəndaş hüquqları və insan azadlıqlarının qanunla qorunmasını, hakimiyyət bölgüsünün gerçəkləşməsini və məhkəmə hakimiyyətinin müstəqilliyini əsas qəbul edirik. Laik (dünyəvi) dövlət dedikdə dinin dövlətdən ayrılmasını, dinin, təriqət və şəriətin dövlət işlərinə qarışmamasını və eyni zamanda dinin müstəqil fəaliyyətinin dövlət tərəfindən təsbitini başa düşürük. Ona görə ki, heç bir toplum dinsiz ola bilməz. Ancaq din toplumun dövlət işlərinə qarışmamalı, siyasətə alət olmamalı, yalnız öz varlığını sürdürməlidir. Sosial dövlət dedikdə ilk növbədə sosial ədalətin gözlənilməsi, ölkənin bütün vətəndaşları üçün imkan bərabərliyi, milli gəlirin ədalətli bölünməsi, məmləkətin hər bir fərd üçün iş, təhsil, səhiyyə və s. kimi sosial, iqtisadi, mədəni imkanların yaradılması və hər bir kəsin insan kimi yaşayıb rifaha qovuşa bilməsi məqsədilədemokratik sistemə zərbə vurmadan dövlətin sosial və iqtisadi həyatda nizamlayıcı rol oynamasının labüdlüyünü nəzərdə tuturuq. Demokratiya dedikdə, dünya dəyərlərini nəzərə alaraq mövcud sistemlər içərisində çağdaş birtoplum üçün ən uyğun və ən ideal bir həyat tərzi demokratiyanı sayırıq. Ona görə ki, milli iradənin üstünlüyü və eyni zamanda millətin ali hakimiyyətinin həqiqətən millətə məxsusluğu demokratiyasız mümkünsüzdür. İnsan haqlarının aliliyi, vətəndaş hüquqları və azadlıqları, azsaylı xalqların öz varlıqlarını sərbəst davam etdirməsi yalnız demokratiya yolu ilə mümkündür. ƏDALƏTLİ STATUS-KVO SİYASƏTİ Bu siyasəti həyata keçirmək üçün MDHP aşağıdakıların həyata keçirilməsini zəruri sayır: -1813-cü ildə bağlanmış Gülüstan müqaviləsi və 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycanın, Azərbaycan türk xalqının iki yerə parçalanmasının nəticələrinin aradan qaldırılmasını; -Quzey Azərbaycanda, o cümlədən indiki Ermənistan ərazisində və Güney Azərbaycanda Azərbaycan türklərinin, digər müsəlman xalqlarının yüz minlərlə kütləvi şəkildə qətlə yetirilməsinin, onların öz yurdlarından qovulmasının, əmlakının qarət edilməsinin, məhv edilməsinin nəticələrinin aradan qaldırılmasını; -1920-ci il aprel ayının 27-də Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci il oktyabr ayının 18-dək işğalın nəticələrinin aradan qaldırılmasını; -1988-ci ildən başlayaraq Azərbaycan Respublikası öz dövlət müstəqilliyini qazandığı ərəfədə və dövlət müstəqilliyi qazanıldıqdan sonrakı dövrdə Azərbaycanm dövlət müstəqilliyini qazanması və qorunması ilə bağlı mübarizə aparan şəxslərə qarşı baş verən cinayətlərin, ədalətsizliklərin nəticələrinin aradan qaldırılmasını; -Hakimiyyətdə olan qüvvələrin müxalifətdə olan şəxslərə və partiyalara, onların liderlərinə, üzvlərinə və tərəfdarlarına, qohumlarına qarşı onların siyasi mövqeyinə görə represiya tədbirlərinin nəticələrinin aradan qaldırılmasını; -Çoxsaylı iş qabiliyyətli vətəndaşımızın işsiz qalaraq, yaşaya bilməsi üçün vətəni tərk etdiyi üçün onların siyasi, iqtisadi, sosial, əmək və başqa hüquqlarına, o cümlədən öz vətənində yaşamaq və işləmək hüquqlarına vurulan zərərlərin, habelə ölkənin iqtisadi, sosial, demoqrafik, siyasi və hərbi potensialına vurulan zərərin nəticələrinin aradan qaldırılmasını; -Azərbaycan hökumətinin doğru olmayan qərarı ilə dövlət idarəçiliyində olan xəstəxanalarda, poliklinikalarda, başqa tibb təşkilatlarında vətəndaşların müayinə və müalicə edilməsinin pullu olduğuna, yüz minlərlə insanın müalicə üçün pul tapa bilmədiyinə görə ölkədə insan ölümünün sayının iki dəfə artmasının, insanların kütləvi sürətdə sağlamlığını itirməsinin nəticələrinin aradan qaldırılmasını; -Bələdiyyələrə, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin və Azərbaycan Respublikası Prezidenti seçkilərinin saxtalaşdırılması yolu ilə hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsi imkaniarının aradan qaldırılmasını; -Vəzifəli şəxslərin hakimiyyətdən sui-istifadə, korrupsiya, rüşvətxorluq və zorakılıq yolu ilə dövlətin, şirkətlərin və vətəndaşların mülkiyyətini ələ keçirməsinin, bu yollarla dövlətə, şirkətlərə və vətəndaşlara vurulan başqa maddi zərərin nəticələrinin aradan qaldırılmasını; -Azərbaycan hakimiyyətinin vətəndaşlara humanist münasibət göstərməməsi, polis, prokurorluq, məhkəmə və başqa orqanlarda korrupsiya və rüşvətxorluğun kütləviləşməsi nəticəsində vətəndaşların əsassız cinayət məsuliyyətinə cəlb edilməsi və heç bir səbəb olmadan azadlıqdan məhrum etmə cəzasına məhkum edilənlərin sayının bir neçə dəfə artmasının, korrupsiya, rüşvətxorluq və talançılıq, troybolist cinayətlərin, xüsusi ilə də onun mutəşəkkil formalarının. kökünün kəsilməsini, cinayətkar qrupların dövlət strukturları ilə birləşməsi və cinayətkarlığın dövlət siyasəti səviyyəsinə yüksəldilməsinin, habelə milli sərvətlərin texnoloji və ekoloji tələblərə məhəl qoymadan milli maraqlara zidd olaraq təsərrüfatsızlıq və israfçılıqla istismar edilməsinin zərərli nəticələrinin aradan qaldırılmasını; -İndiki Ermənistan Respublikasından deportasiya edilmiş azərbaycanlıların öz doğma yurdlarına qayıtma haqqının tanınmasını, deportasiya edilən qaçqınların Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və siyasi həyatına tam qovuşması üçün bütün imkanlar yaradılmasını, Azərbaycan dövləti onların indiki Ermənistana - öz yurdlarına qayıtma haqqı qazanmaları üçün zəruri işlər görməyi, onların bu haqqıqazandığı halda həmin yerlərdə onları evlə və başqa zəruri vəsaitlərlə təmin etməyi, təhlükəsiz yaşamasına təminat verilməsini öz öhdəsinə götürməyini; -Şəhid ailələrinə yardımlar verilməsini, onların evlə təmin edilməsini, müharibə əlillərinə xüsusi qayğı göstərilməsini, onların Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və siyasi həyatına qovuşması üçün bütün imkanlar yaradılmasını, müharibə iştirakçılarına təhsil alması, evlə və işlə təmin edilməsi, başqa zəruri ehtiyaclarının ödənməsi üçün güzəştlər verilməsini; -Ermənistanın işğalı nəticəsində Azərbaycan vətəndaşlarının həyatına və sağlamlığına vurulan zərərin, Azərbaycanın dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlaka, tarixi abidələrə və başqa maddi və mənəvi dəyərlərə vurulan maddi zərərin həcmi beynəlxalq təşkilatların iştirakı ilə dəqiqləşdirilməsini, Ermənistan dövlətindən bu zərərin tələb edilməsi və alınmasını, Ermənistanın bu cinayətkar müharibəsini aparan müharibə caniləri beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməsini; -Ölkədə insan hüquq və azadlıqlarının gerçəkdən təmin edilməsini, siyasi mənsubiyyətinə görə insanların təqib edilməsinə son qoyulmasını, indiki Azərbaycan Respublikası hökumətinə müxalifətdə olan şəxslərə, partiyalara, onların liderlərinə, üzvlərinə və tərəfdarlarına, qohumlarına qarşı repressiyaların, digər təzyiqlərin dayandırılmasını, həbsdə olanların azad edilməsini, ölkədən kənarda yaşamaq məcburiyyətində olan siyasətçilərin haqqında olan həbs qərarları ləğv edilməsini və onların ölkəyə qayıdıb azad şəkildə siyasətlə məşğul olmasının təmin edilməsini, partiyaların bərabər şərtlər və imkanlar əsasında fəaliyyətlərinə imkan yaradılmasını, yeni hakimiyyətlərin də müxalifətə və partiyalaa eyni münasibətdə olmasını; -Seçkilərdə iştirak edən namizədlərə bərabər imkanlar tanınmasını, hakimiyyətdə olan qüwələrin dövlətin siyasi və maddi imkanlarından seçkilərdə istifadə etməsinə, rəqiblərinə maneçilik törətməsinə yol verilməməsini; -Millətimizin ali məfkurəsini əks etdirən milli ideologiyamızın rəsmi dövlət səviyyəsində tanınmasını, onun cəmiyyətimizin hakim ideologiyası kimi qəbul edilməsini və ölkəmizin ali qanununun - konstitusiyasının məhz həmin ideologiya əsasında qurulmasının təmin olunmasını, millətin varlığının onun ideologiyasının, dövlətinin, siyasətinin, dininin, dilinin, adət-ənənələrinin, mənəvi, psixoloji, maddi, milli və etnik, habelə əxlaqi dayaqlarının vəhdətinə və sağlamlaşmasına əsaslanmasını; -Millətimizin nicatı ali məfkurəmizin təntənəsində, aparıcı qüvvəsi milli birlikdə, sağlam gələcəyi isə milli hakimiyyətin bərqərar olunmasında axtarılmasında; -Milli iqtisadi inkişafı təmin etmək üçün bütün insan maddi və başqa resurslar birləşdirilsin, mülkiyyət hüququ qorunsun, azad iqtisadi rəqabət həvəsləndirilsin, sahibkarlıq inkişaf etdirilsin, azad bazar iqtisadiyyatının formalaşması üçün bütün zəruri şərtlərin yaradılmasını; -Milli gəlirin korrupsiyalaşmış bölgüsü aradan qaldırılmasını, milli gəlirin əhalinin bütün təbəqələri arasında ədalətlə bölünməsini; -İqtisadi və sosial quruculuq işləri intensiv aparılsın, bu işdə dövlət və özəl mülkiyyətin imkanlarından səmərəli istifadə edilərək yeni sənaye, xidmət müəssisələri və başqə müəssisələr yaradılsın, bu yollarla işsizlik aşağı həddə çatdırılsın, vətəndaşların evlə təmin edilməsi üçün uzunmüddətli kredit verilməsi və bu məqsədlə başqa imkanlardan istifadə edilsin; -Abşeron kəndləri ətrafında olan torpaqlar bütün ölkədə edildiyi kimi bu kəndlərin sakinlərinə paylanmasını, bu ərazilərdə ənənəvi Abşeron məhsullarının yetişdirilməsinə yardım edilməsini; -Hərbçilərin, polis əməkdaşlarının, elm işçilərinin, müəllimlərin, həkimlərin, məmurların, tələbələrin dövlət xidmətində olan digər şəxslərin maaşları, qocalığa, əlilliyə görə təqaüdlərin, tələbələrə verilən və digər müavinətlər minimal əmək haqqının gerçək tələbata uyğunlaşdırılmasını; -Hərbçilərin mənzillə təminatı ilə bağlı xüsusi dövlət proqramı qəbul edilsin, əmanət banklarında dəyərini itirmiş vəsaitlərə görə vətəndaşlara kompensasiyalar verilməsini, liberal bazar prinsipinə əsaslanan təsərrüfat mexanizmlərinin yaradılmasının və onun formalaşdırılmasının başa çatdırılmasını; -Azərbaycan gənclərinin, o sıradan tələbələrin sağlam böyüməsi, fərdi və milli inkişafa təminat verən təhsil alması, peşələrinə görə işlə təmin edilməsi üçün iqtisadi, elmi, texniki imkanlardan istifadə edilməsini; -Azərbaycan dövləti və xalqının doğru tarixi elmi prinsiplərlə akademik səviyyədə hazırlanmasını, böyük tirajla çap edilməsini; -Elm və təhsilin ölkənin siyasi, iqtisadi, sosial, mədəni, hərbi inkişafını təmin edən səviyyədə qurulmasını, milli, mənəvi və dini dəyərlərin öyrədilməsini və təbliğ edilməsini, bütün dindarların -müsəlmanların, xristianların, yəhudilərin və başqa dinlərdən olan insanların vicdan azadlığının qorunmasını. İDARƏETMƏ Yeni dünya düzəni qaydaları dövləti idarəetmədə də yeni yanaşmalar tələb edir. Artıq Dövlətin cəmiyyət üzərindəki nəzarəti və müdaxiləsi kiçilməkdədir. Həm də beynəlxalq təşkilatların üstqurum kimi funksiyası genişlənir. MDHP bu yeni dönəmdə dövlətin cəmiyyət üzərində kontrol və müdaxiləsindən çox standartlar müəyyən etmə, siyasət kursunu müəyyən etmə, qaynaqlar çıxarmaqla idarəetməni qurmaqda israrlıdır. Dövlət idarəetməsində təməl ünsürlər kimi şəffaflıq, toplum önündə hesabat vermə məsuliyyətini üstün tutur. Oğurluğa yol verməyən idarəetmə üçün cəmiyyətə açıqlıq, hesabat vermə mühümdür. -MDHP qəbul edir ki, dövlətin rolu: -Ədaləti təsis etmək, -Daxili və xarici güvənliyi təmin etmək, -Makro iqtisadi planlamanı həyata keçirmək, -Sosial ədaləti təmin etmək, -Cəmiyyətin ahəngdar inkişafını təmin etmək, -Regional tarazlığı saxlamaqla, dövlətin milli siyasətini irəli aparmaq, -Tibbi vətəhsil xidmətini inkişaf etdirmək, MDHP Cəmiyyətin təməl ehtiyatlarının ödənməsi üçün Dövlət-bazar-mülki cəmiyyət iş birliyini zəruri sayır. Bu düsturun oturuşması üçün insan mərkəzli sivil yanaşma labüdşeydir. Şişirdilmiş dövlət aparatından, çevik, kiçik, modern idarəetmə aparatına keçid təmin olunacaqdır. İdarəetmə islahatlarının həyata keçirilməsi dönəmində bütün nazirliklərin hüquq, məsuliyyət və funksiyalarına yenidən baxılacaqdır. Makrosiyasəti müəyyən etməni MDHP hakimiyyəti öz üzərinə götürməklə digər hüquqlar cəmiyyətin müxtəlif sektorlarına veriləcəkdir. İctimai idarəetmə anlayışı MDHP-dən pasport alacaq və yerli idarəetməyə üstünlük veriləcəkdir. MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASININ DAXİLİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ -Azərbaycan xalqının öz vətəninin sahibinə çevrilməsi; -Azərbaycan xalqının hakimiyyətin qarşısına qoyduğu vəzifələrin həyata keçirilməsində vasitə kimi istifadə edilməsinə yox, onların həmin vəzifələrin başlıca məqsədinə çevrilməsi; -Azərbaycan xalqının azad və təhlükəsiz yaşaması; -Azərbaycanlıların firavan, xoşbəxt və sağlam yaşaması; -Azərbaycan dövlətinin inkişafı və güclənməsi, dövlətin bütün məsələlərinin ölkə konstitusiyası və qanunlara uyğun həll edilməsi, hüququn üstün olduğu bir dövlətin qurulması; -Dövlətin və hakimiyyətin ölkənin və vətəndaşların qarşısında olan məsuliyyətini dərk etməsinə və öz vəzifələrini yerinə yetirməsinə nail olunması; -Ölkəmizdə ədalətsizliyin, rüşvətxorluğun, tayfabazlığın, maddi, intellektual və digər sərvətlərin talan edilməsinin, korrupsiyanın, mənəviyyatsızlığın, təslimçilik, köləlik və qul psixologiyasının aradan qaldırılması; -Azərbaycanda kasıblığın, yoxsulluğun aradan qaldırılması; -Azərbaycanda insanların arasındakı düşmənçilik və ədavətin aradan qaldırılması, qisasçılığa son qoyulması, insanların bir-biri ilə barışması, dövlətin onları əhv etməsi; -Azərbaycan torpaqlarının Ermənistan silahlı qüwələrinin işğalından azad edilməsi; -Azərbaycanda uzun illər ərzində evsiz qalmış, sahibsizlik və kimsəsizliyin bütün acılarını dadmış qaçqınların öz yurdlarına - Qarabağa və başqa torpaqlarımıza dönməsi, onların bütün ehtiyaclarının ödənməsi; -Azərbaycanın bütövlüyü və dünyada yaşayan bütün azərbaycanlıların həmrəyliyi, harada yaşamasından asılı olmayaraq öz milli haqlarına sahib olması; -Azərbaycanda yaşayan bütün insanların öz etnik kimliyi və mədəniyyətini, dini mənsubiyyətini yaşatmasına geniş imkanlar yaradılması; -Azərbaycanın nicat yolunun ölkə daxilində axtarılması və həll edilməsi, Azərbaycanın insanların xoşbəxt yaşadığı, dünyanın inkişaf etmiş ölkələri içərisində layiqli yeri olan, bütün azərbaycanlıların burada yaşamaq arzusu və haqqı tanınan, uğrunda şəhid olmağa hazır olduqları bir vətən olması naminə. XARİCİ SİYASƏT MDHP Azərbaycanm xarici siyasət kursunu müəyyən etdikdə müstəqillik və ədalətli status-kvonu qoruyacaq yanaşmanı əsas götürəcək: -Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yerini və rolunu doğru qiymətləndirəcək. -Avrasiyanın siyasi münasibətlərin kəsişdiyi, formalaşdığı, dünya siyasətini istiqamətləndirən mərkəz olduğu nəzərə alınacaq. MDHP qəbul edir ki; -Avropa ilə Asiyanın qızıl körpüsü olan Azərbaycan çox əhəmiyyətli geosiyasi məkandır. -Azərbaycan aparıcı dünya dövlətləri ilə müqayisədə təsir imkanı az olan dövlətdir, amma potensialına görə qısa zamanda orta təsirli dövlətə çevrilmək imkanına malikdir. -Buna görə də Azərbaycanın dünya siyasətinə təsirini bu inkişaf imkanları ilə uzlaşdırmaq və dövri reseptlər hazırlamaq lazımdır. Birinci mərhələdə Azərbaycan əldə etdiyi müstəqiliiyi saxlamalıdır. İkinci mərhələdə orta təsir dərəcəli dövlətə çevrilməsi təmin olunmalıdır. -Azərbaycan bəşər təhlükəsizliyi üçün ortaya qoyulmuş Yeni Dünya Düzəni siyasətində, Avrasiya təhlükəsizlik sisteminin yaradılmasında fəal iştirak etməlidir. -Azərbaycan Transavrasiya təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak etməlidir. -Bu təhlükəsizlik sistemini Türk dövlətlərinin yerləşdiyi ərazi boyunca Transkontinental Avrasiya Bloku şəklində həyata keçirilmənin zəruriliyində görür. -Bu blok coğrafi mənada Türkiyə də daxil olmaqla Çinə qədər bütün Türk Dövlətlərinin yerləşdiyi ərazini nəzərdə tutur. -Avropa Birliyi bir xristian klubu olmadığı kimi, bu blok da müsəlman və ya türk klubu deyildir. Bu yeni regional təhlükəsizlik sistemində Əfqanıstan, Pakistan, Gürcüstan, Moldova da rahat inteqrasiya oluna bilər. -Bu blok kollektiv olaraq Avropa təsisatları ilə əməkdaşlığı asanlaşdıracaq. -Bütün kollektiv təhlükəsizlik sistemləri üç məsələni əsas götürməlidir: xarici siyasətin koordinasiyası; regional kollektiv təhlükəsizlik, regional iqtisadi inkişaf və əməkdaşlıq. -MDHP inanır ki, ölkələrin tək-tək Avropaya reinteqrasiyasına çalışmaqdansa, bölgədə bloklaşmış ölkələrin yeni platsdarmı şəklində Avropa ilə bağlanması həm əlverişli, həm də asandır. -MDHP hesab edir ki, çağdaş dünya yerləşdiyimiz bölgədən imperiya arzularını gerçəkləşdirmək naminə yox, bəşəriyyətin sabit inkişaf və təhlükəsizliyi naminə istifadə etməlidir. -Dinlərarası və etnoslararası dialoq prioritet istiqamətlərindən olmalıdır. DİASPORA SİYASƏTİ MDHP: -Diasporaya, yönəlmiş xüsusi siyasət yönəldəcəkdir. Azərbaycan diasporası ilə Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizmini özündə ehtiva edən konsepsiya həyata keçiriləcəkdir. -Diasporanın vətənə sahiblik hissini artıracaq proqramda həm də diasporanın vətənə güvənmə mexanizmi əksini tapacaqdır. -Azərbaycan Respublikasından kənarda yaşamaq məcburiyyətində olan on milyonlarla soydaşımızın statusuna yenidən baxılacaqdır. -Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir. MDHP hər bir azərbaycanlının Azərbaycan Respublikasının vətəndaşlığını alma imkanlarını sadələşdirəcəkdir. -MDHP tarixi Azərbaycan ərazilərində, o cümlədən indiki İran dövlətinin tərkibində olan Güney Azərbaycanda və başqa ərazilərində yaşayan Azərbaycan türklərinin BMT-nin insan hüquq və azadlıqları bəyannaməsinə və başqa hüquq sənədlərinə uyğun olaraq insan, milli hüquq və azadlıqlarına sahib çıxmasını, öz müqəddəratı ilə bağlı qərarları azad qəbul etməsini müdafiə edir. -MDHP Azərbaycanlılar yaşayan ölkələrlə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, ticarət, humanitar fəaliyyətlərin aparılmasında həmvətənlərimizin iştirakını təmin edən proqramları həyata keçirəcəkdir. -Borçalıda və Dərbənddə öz ata yurdlarında yaşayan azərbaycanlıların Azərbaycana gəlib-getmə və Azərbaycan Respublikasının vətəndaşlığını alma prosedurları sadələşdiriləcək. Azərbaycan Respublikası dövləti azərbaycanlıların yaşadığı bu ərazilərdə onlar üçün iş yerlərinin açılması, iqtisadi və sosial imkanlarının artırılması məqsədi ilə investisiya qoymalıdır. MDHP hesab edir ki, Rusiya və Gürcüstanla siyasi, iqtisadi və başqa münasibətlər orada yaşayan azərbaycanlıların mənafeləri nəzərə alınmaqla gerçəkləşdirilə bilər. HÜQUQ Gecikən ədalət ədalətsizlikdir. Demokratik ölkələrdə hüququn aliliyinə qayğı, Haqq arama yollarının açıq tutulması, qanun önündə bərabərlik, fərdin haqq və azadlıqlarının qorunması, idarəetmənin hüquqa bağlılığının gözlənilməsi təməl dəyərlərdir. Bu dəyərlərin həyata keçirilməsi ilə hüquq dövləti qurulur. Biz hüququ, qorxutmanın və cəzalandırmanın deyil, ədaləti saxlamanın vasitəsi kimi görürük. Biz qadağalarla zənginləşdirilmiş qanun dövləti deyil, hüquq dövləti sistemini quracağıq. Məqsədimiz toplumu cinayətin azaldığı, qorxunun olmadığı bir barış toplumu halına gətirməkdir. Biz ixtilafları önləmək üçün "qoruyucu hüquq" sistemi quracağıq. Bunun üçün hüquq maarifləndirməsinə geniş yer verəcəyik. Toplumun dirçəlişi, dövlətin inkişafı hüquq dövləti anlayışını həyata keçirmədən mümkün deyildir. Məhkəmə gücünü tətbiq edənlərin görəvlərini qanunların müəyyən etdiyi çərçivədə tərəfsiz olaraq tətbiq etməsi insanların haqq və azadlıqlarının ən önəmli təminatıdır. Ölkəmizdə ədalət xidmətlərini əngəlləyən bütün amillər aradan qaldırılacaq. Məhkəmələrin tam müstəqilliyi əməldə gerçəkləşdiriləcək. Hakim və prokurorluğun tərfi sistemi, hakimliyə zərər gətirmədən dəyişdiriləcək. Məhkəmə xətasına görə zərər çəkənin təzminatı üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Konstitusiya məhkəməsinə seçim yeni qaydalarla keçiriləcək. Parlamentin bu məsələdə daha üstün söz sahibi olması təmin ediləcəkdir. Bu gün ölkəmizdə ədalətə güvən duyğusu çox zəifləyib. İnsanlar ədaləti təmin edəcək strukturlardan nəinki haqlarını ala bilmir onlar tərəfindən haqqlarının tapdanması ilə üz-üzədir. Ədalət sistemində kadr rəqabətini sağlam zəminə keçirmək üçün yeni yanaşmalar təklif ediləcəkdir. Beləliklə də MDHP mərkəzi idarə ilə məhəlli idarə arasında tarazlıq quracaq, koordinasiyanı təmin edəcəkdir. İSLAM DİNİ İslam dini ümümbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olan, Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı, sosial tarixi hadisə və fenomendir. İslam dini şüuru VIII əsrdən etibarən Azərbaycan xalqının qədim və zəngin mifoloji, bədii-estetik, əxlaqi-mənəvi, fəlsəfi, hüquqi, iqtisadi, habelə hərbi şüuri ilə bir kontekstdə təkamül yolu ilə təşəkkül tapıb formalaşmağa başlamışdır. İslam şüuru eramızın VIII əsrindən sonrakı bütün tarixi dövrlərdə, o cümlədən xüsusilə XIX əsrdə xalqımızın ictimai-fəlsəfi fikri keçmişin zərərli qalıqlarından sayılan fanatizmə, fatalizmə, asketizmə, mistikaya, mövhümata, xurafata və başqa bu kimi mənfi hallara qarşı mübarizə aparmışdır. Doğrudur, XX əsrdə ölkəmizdə də islam şüuru demək olar ki, tamamilə siyasiləşdirilərək öz mütərəqqi mahiyyətini xeyli dərəcədə itirmişdir. Lakin, buna baxmayaraq Azərbaycan xalqı ötən əsrin 90-cı illərində rus-sovet imperiyasına qarşı ölüm-dirim mübarizəsi nəticəsində öz milli müstəqilliyini bərpa etdikdən sonra islam dininin ümumbəşəri mənəvi dəyərlərindən daha səmərəli və məqsədyönlü şəkildə istifadə etmək üçün şərait yaranmışdır. Müstəqil ölkəmizdə dünyəvi, hüquqi, demokratik dövlət, hümanist, sivilizasiyalı və vətəndaş həmrəyliyi cəmiyyəti quruculuğu kimi ali missiyanın yerinə yetirilməsində - islamın ümümbəşəri mənəvi dəyərlərindən bəhrələnmək xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Bu, xalqımızın, ümumiyyətlə dünya azərbaycanlılarının milli dirçəlişinin güclənməsinə beynəlmiləl həmrəyliyinin möhkəmlənməsinə çox ciddi şəkildə təkan verər. Məhz buna görə də MDHP özünün çoxcəhətli fəaliyyətində islam amilinin önəmliliyini daim xüsusi diqqət mərkəzində saxlayacaq, onun kəsb etdiyi ali missiyanın müvəffəqiyyətlə yerinə yetirilməsinə çalışacaq və buna ciddi səy göstərəcəkdir. İQTİSADİYYAT MDHP iqtisadi fəaliyyətin məqsədinin insanların rifah halının yaxşılaşdırılması olduğunu qəbul edir. Azad bazar sistemi içərisində işləyən, demokratiya, hüququn üstünlüyü və şəffaflığın hakim olduğu iqtisadiyyat Milli Dirçəiişin təməllərindəndir. MDHP iqtisadi siyasətində bu yanaşmam əsas götürəcəkdir. MDHP hesab edir ki, iqtisadi müstəvidə də təşəbbüs gücü iqtisadi inkişafın qaynağıdır. MDHP Azərbaycanda indiyə qədər tətbiq olunmuş dövlət nəzarəti ilə sənayeləşmə, planlı iqtisadiyyat, liberal və xaricə açıq böyüyən iqtisadiyyat modellərinə təcrübə kimi baxaraq, dövlətlərarası rəqabət güclü özünəməxsus iqtisadi sistemin oturuşmasında maraqlıdır. Bütün hədəfimiz yeni iqtisadi proqramlarla dövlətə olan inamı artırmaqla vətəndaşlarımızın gəlirlərini artırmaq, rifah halını yaxşılaşdırmaqdır. MDHP tarixi, coğrafi iqtisadi bağlardan qaynaqlanan regional inteqrasiyanı önə çəkməklə həm də Avropa təsisatları ilə iqtisadi iş birliyində maraqlıdır. MDHP-nin hazırladığı iqtisadi proqram, özündə iqtisadiyyatın şoklara qarşı dayanıqlığını artırmasını və bütün potensialımızın tam olaraq səmərəli istifadəsini, həm də bu proqramın həyata keçməsində cəmiyyətin bütün təbəqələrinin iştirakını özündə ehtiva edir. MDHP tətbiq edəcəyi iqtisadi proqramlarının arxasında güclü bir siyasi iradə ilə duracaqdır. SOSİAL SİYASƏT İqtisadi siyasət cəmiyyətin rifahını artırmada və insanlara xidmətdə zəruri olmaqla yanaşı təkbaşına yürüdüldükdə təsiri aşağı olur. Təsirli sosial siyasətlə sintez olunmayan iqtisadi siyasət cəmiyyətdən dəstək almadığı üçün uğursuz olur.Ona görə də MDHP iqtisadi dirçəliş proqramını, sosial proqramlarla ahəngdar, sintez olunmuş şəkildə yürüdəcək. Ölkədə sosial siyasətin düzgün qurulmaması, yoxsulluq, geniş xalq kütləsinin iqtisadi, siyasi, sosial həyatdan kənarda qalmasına səbəb olub. Bu isə varlılarla yoxsullar arasında yaşam standartları fərqinə görə qütbləşmə yaradıb. Bu qütbləşmə isə asayişin pozulmasına, "ümidsizlik" duyğusunun cəmiyyətdə hakim olmasına gətirib çıxarır. Yürüdülən səhv iqtisadi-sosial siyasət işsizlər ordusunun yaranmasına səbəb olub. Toplumun passionar hissəsi ölkəni tərk etməklə təkcə mənsub olduqları ailələrin gücsüzləşməsinə deyil, həm də bütövlükdə Azərbaycanın iqtisadi, müdafiə qüdrətinin zəifləməsinə səbəb olub. İşləyən insanların isə qəpik-quruş hesabına qiymətləndirilməsi, məvaciblərin gündəlik tələbat zənbilinin kiçik bir hissəsinə belə uyğun olmaması, vergilərin artması, kommunal xərclərin artması toplumu yoxsulluq səviyyəsindən də qat-qat aşağıda məhv olmağa məhkum edib. İnflyasiya və monopoliyalar yoxsulların əlində olan cüzi gəlirin də zəngin təbəqənin əlinə keçməsinə səbəb olur. Yürüdülən səhv sosial-iqtisadi siyasətin nəticələrini yumşaltmağa çalışan hökumət beynəlxalq maliyyə təşkilatlarına ifrat açıqlıq göstərmiş, ölkə iqtisadiyyatının bir çox sektorları diqtə ilə idarə olunmağa başlamış, beləliklə ölkə iqtisadi müstəqilliyinin böyük bir hissəsini qurban vermək məcburiyyətində qalmışdır. Sosial ədalət, insan rifahının yüksəldilməsi olmayan iqtisadi proqramlar sosial fəlakətlərə səbəb olar. İnsan Haqları Beynəlxalq Bəyannaməsi və Avropa Sosial Şərti kimi beynəlxalq sənədlərdə "yoxsulluğa məhkum edilməmə" kimi haqqlar təsbit olunmuşdur. Həm də yoxsulluğu aradan qaldırmaq bir əxlaqi insanlıq borcudur. MDHP-nin insan amilini mərkəzdə tutan sosial dirçəliş proqramını həyata keçirəcəkdir. -Bu proqramın əsasını həyata keçirilən iqtisadi proqramın sosial siyasətə uyğunluğu, sosial bütünləşmə, işsizliyi azaldan, yoxsulluğu aradan qaldıran amillər təşkil edəcək. -İqtisadi inkişafdan əldə olunan gəlirlərin ədalətli bölünməsi təmin olunacaq. -Ayrıca "yoxsulluqla mübarizə" proqramı hazırlanıb ki, bu proqram təcili həyata keçiriləcək. -Yeni təşəbbüslərin ortaya çıxmasına şərait yaradılacaqdır. -Yoxsul təbəqənin təhsil və tibb xidmətlərindən faydalanmasını asanlaşdıran proqram həyata keçiriiəcəkdir. -Rüşvətxorluq və dövlət malını oğurlamaqla çox sərt mübarizə proqramı hayata keçiriləcəkdir. -Bunun üçün siyasi sistem, media, prokurorluq, mülki cəmiyyət və özəl sektor təmsilçilərinin iştirakını təmin edən birgə mübarizə proqramı tətbiq ediləcəkdir. MDHP MƏRAMNAMƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİNDƏN ÇIXARIŞ OLARAQ, BU BAZAYA ƏSASLANARAQ MDHP ÖZÜNÜN - "Gənclik siyasəti" konsepsiyası; - "Qarabağ siyasəti" konsepsiyası; - "Bakı və ətraf kəndlər siyasəti" konsepsiyası; - "Borçalı siyasəti" konsepsiyası; - "Dərbənd siyasəti" konsepsiyası; - "Güney Azərbaycan siyasəti" konsepsiyası; - "Elm və təhsil siyasəti" konsepsiyası; - "Səhiyyə siyasəti" konsepsiyası; - "Ordu quruculuğu siyasəti" konsepsiyası; - "Hərbi-Sənaye Kompleksi (HSK) quruculuğu" konsepsiyası; - "Daxili, regional, qlobal təhlükəsizlik" konsepsiyası; - "Seçki siyasəti" konsepsiyası; - "Sahibkarlığın gələcəyi" konsepsiyası; - "Yoxsulluqla mübarizə" konsepsiyası; -"Korrupsiya, dövlətdən oğurluq, rüşvətxorluqla mübarizə" konsepsiyası; -"Urbanizasiyaya qarşı-əyalətlərin inkişafı" konsepsiyası və başqa proqram sənədləri hazırlayıb. MDHP bu proqram sənədlərin həyata keçirilməsinə çalışacaqdır. MDHP Mətbuat Xidməti Geri dön |