Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > QURANİ-KƏRİMDƏ ƏSAS HİKMƏT
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > QURANİ-KƏRİMDƏ ƏSAS HİKMƏT

QURANİ-KƏRİMDƏ ƏSAS HİKMƏT


QURANİ-KƏRİMDƏ birinci surə- Əl-FATİHƏ surəsi yeddi ayədən ibarət olması bizim həyatımızda mühüm rol oynayan yeddi rəqəmi ilə bağlıdır. Göyün və yerin yeddi qat olması və bizim yer üzərində mövcudluğumuz, yeddi duyğularla: görmək, eşitmək, iy bilmək, dad bilmək, hiss etmək, beynimizdə Allahdan gələn siqnalı qəbul edən qurğu və ruh vasitəsilə fəaliyyət göstərməklə əməllərimizin düzgün istiqaməti birinci ayədə göstərilir. Deyəndə ki, “Həmd olsun aləmlərin Rəbbinə!”, “Bizi doğru yola yönəlt, nemət verdiklərinin yoluna, yolunu azmışların, qəzəbə düçar olmuşların yoluna yox!” Sonrakı ayələrdə isə doğru yolun istiqamətləri göstərilir və yolunu azmaq, qəzəbə düçar olmaq nədir,- deyə izahat verilir... Sonuncu surədə-114-cü ƏN- NAS surəsində altı ayənin olması bizim altı müstəvi arasında mövcudluğumuz və altı istiqamətin dərk edilməsi ilə bağlıdır. “Pənah aparıram aləmlərin Rəbbinə” yəni, insan dünyasını dəyişməsi və əməllərinə görə getdiyi son məkan... “Kəbə” sözünün mənası kub olması və ziyarətgahın altı bərabər müstəvidən ibarət olması da mahiyyət kəsb edir. Biz insanlar kosmosda olsaq belə, dört müstəvi arasında qalırıq. Yaşadığımız evlərin dört müstəvidən ibarət olması, son mənzilimiz- qəbirlərin də dört müstəvidən ibarət olması ƏN-NAS surəsilə bağlıdır...
Mənim yazdığım bu araşdırmalara münasibət bildirənlər deyə bilərlər ki, İslam təvsirçiləri nə üçün belə bir təfsirlər ortaya qoymamışlar? Məlum olduğu kimi hələ VII-XI əsrlərdə otuzdan çox Azərbaycan məkanından olan Şirvani, Cəncəvi, Təbrizi və s. təxəllüslərlə təvsir ədəbiyyatı nümayəndələrinin əksəriyyəti İslama sufizm baxışları ilə yanaşmışlar. Digər xalqların nümayəndələri də İslam təfəkkürü haqqında fikirlər söyləsələr də Qurani-Kərimin əvvəlki və sonuncu surələrinin mahiyyətinə vara bilməmişlər.
Mənim bu yazıma hər-hansı bir münasibət bildirənlərə əvvəlcədən təşəkkürlərimi və istəlinən müzakirələrə hazır olduğumu bildirirəm.

Niftalı Göyçəli

Geri dön