Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib

Azərbaycanda 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib


Onlardan 60 minə yaxını uşaqdır

Hazırda Azərbaycanda 488 min 551 nəfər əlil kimi qeydiyyatdan keçib. Onlardan 60 minə yaxını uşaqlardır. Bunu Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əlillərin sayı yerli əhali ilə nisbətdə 10-15 faiz olduğu halda, Azərbaycanda bu rəqəm 5 faizdən artıq deyil: “Bu sevindirici haldır”.

İttifaq sədri dövlət qurumları tərəfindən əlillərin hüquqları və reabilitasiyası ilə bağlı müvafiq işlərin görüldüyünü bildirib: “Əlbəttə, hökumət əlillərin reabilitasiyası ilə bağlı müvafiq işlər həyata keçirir. Bu yöndə mərkəzlər, internat məktəblər fəaliyyət göstərir. Lakin reabilitasiyada yalnız tibbi istiqamət nəzərdə tutulur. Bu isə düzgün deyil. Təəssüf ki, ölkədəki reabilitasiyanı tam mənada özündə əks etdirən mərkəzlər fəaliyyət göstərmir. Reabilitasiya çox geniş bir məfhumdur, burada insanla bağlı bir çox məqamlar yer almalıdır. Təqdirəlayiq haldır ki, Milli Məclisdə bununla bağlı qanunvericilikdə dəyişikliklər olunması nəzərdə tutulur”.

D. Rəhimli onu da deyib ki, sədri olduğu təşkilat Dövlət Arxitektura Komitəsinə və Ombudsmana şəhərsalmada, tikinti işləri aparılan zaman əlillərin nəzərə alınması barədə təlimat təqdim edib.

Geri dön