Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb


Bakı və Abşeron yarımadasında dekabrın 3-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək.

Lakin axşama doğru yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 4-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 3-də əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 4-də əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacağı, bəzi şərq rayonlarında isə havanın çiskinli, az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Geri dön