Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP Güney Azərbaycan Departamentinin Kürd terroristlərinin Azərbaycana qarşı yersiz torpaq iddiaları ilə bağlı bəyanat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar > MDHP Güney Azərbaycan Departamentinin Kürd terroristlərinin Azərbaycana qarşı yersiz torpaq iddiaları ilə bağlı bəyanat yayıb

MDHP Güney Azərbaycan Departamentinin Kürd terroristlərinin Azərbaycana qarşı yersiz torpaq iddiaları ilə bağlı bəyanat yayıb


Bəyanatda bildirilir:

Hörmətli soydaşlar,əziz həmvətənlər:

Kürd terroristlərinin Azərbaycana qarşı yersiz torpaq iddiaları getdikcə yeni formada özünü göstərməkdədir. Son zamanlarda PKK terroristlərinin planlı şəkildə Güney Azərbaycanın Qərb bölgəsinə kütləvi axın etməsi, Azərbaycan ərzisində kürdüstan vilayəti yaratmaq cəhdləri bir daha kürd terroristlərin Azərbaycana qarşı pis niyyətinin dərinliyindən xəbər verir.

Son zamanlar Şimali İraqda qurulan qondarma Kürdüstan höküməti özlərinin televiziyasında və mətbuu orqanlarında “Böyük Kürdüstan” xəritəsini təbliğ edərək Güney və Quzey Azərbaycan ərazilərinin bir çox hissəsini tarixi kürd torpaqları kimi təqdim edirlər.

Həmin xəritədə Urmiya, Sulduz, Sayın Qala, Qoşaçay, Salmas, Xoy, Makı, Poldəşt, Naxçıvan və Qarabağın Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və indiki Ermənistan adlanan tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur və Vedibasar bölgələrini “Kürdüstan” əraziləri olduğunu idia edirlər.

Azərbaycan ərazilərini inzibati bölgü adı altında parçalamağa çalışan iran rejimi kürd terroristərinə verdikləri dəstək hesabına onları elə cəsarətləndiribdir ki, artıq iran parlamentində təmsil olunan kürd əsilli vəkillər Şimali İraqda anti Türk güclərin himayəsilə qurulan qondarma Kürd hökümətinə güvənərək Azərbaycanın əraziləri hesabına yeni kürd vilayəti qurmağı belə dilə gətirirlər və bu yersiz iddialara iran rejiminin bəzi vəzifəli şəxsləri də dəstək verir. Bütün bu kimi, olayları diqqətə alaraq biz Azərbaycan türkləri bu həssas dönəmdə ayıq olmalı və düşmanlarımızın apardıqları bu təhlükəli fəaliyyətin qarşısını kəskin şəkildə almalıyıq. Düşmənlərimiz bilməlidir ki, əzəli Azərbaycan ərazilərində kürdlərşdirmə siyasəti heç bir halda baş vermiyəcək və biz Azərbaycan türkləri olaraq onların apardıqları bu siyasətin qarşısını alaraq tarix boyu qoruduğumuz əzəli tormaqlarımıza sahib çıxacayıq.

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti kürd terroristlərinə və İran rejiminə xəbərdarlıq edərək bəyan edirik ki, bu kimi çirkin planların gerçəkləşdirilməsinə qəti olaraq yol verməyəcəyik və bütün imkanlardan istifadə edərək millətimizin milli iradəsini səfərbər edərək vətənimizə qarşı yönələn istəlinən hücümların qarşısını almaq gücünə malikik.

MDHP Güney Azərbaycan departamenti ümum milli məsələlərdə bütün Dünya Azərbaycanlılarını milli həmrəyliyə dəvət edir.

Hörmətlə:

MDHP Güney Azərbaycan Departamenti

Geri dön