Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkili: “İndi əsl müharibə ilə qarşılaşırıq” MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Millət vəkili: “İndi əsl müharibə ilə qarşılaşırıq” MÜSAHİBƏ

Millət vəkili: “İndi əsl müharibə ilə qarşılaşırıq” MÜSAHİBƏ


Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev son günlər cəbhədə baş verən hadisələrlə bağlı Hafta.az-a müsahibə verib.
F.Quliyev Azərbaycanın tədbirləri daha da gücləndirməli olduğunu və hərbi yolla davam etməyin düzgün olduğunu deyib.


- Cəbhədəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Müharibə gedir və hələ də bitməyib. İndi əsl müharibə ilə qarşılaşırıq. Atəşkəs deyilən rejim simvolik bir şey idi. Onsuz da ermənilər hər gün atəşkəsi pozurdular. Hər gün atışmalar olur, hər gün şəhid veririk. Təbii ki, düşmənin atdığı addımlara adekvat olaraq Azərbaycan Müdafiə Nazirliyinin cavabları normal qarşılanmalıdı. Mən hesab etmirəm ki, danışıqlarla nəyisə həll etmək mümkündü. Ermənilər əvvəldən təcavüzü planlaşdıran dövlətdi. Onların məqsədi Azərbaycanda daxil olmaqla, türk dövlətlərinin ərazisində Böyük Ermənistan qurmaqdı. Məncə, əvvəl-axır hərbi yola əl atmaq lazımdı. Beynəlxalq təşkilatlar bu məsələnin dinc yolla həll edilməsini istəyirlərsə, biz də onlara bunun üçün vaxt limiti qoymalıyıq. Buyurun, biz də məsələnin dinc yolla ədalətli həllində maraqlıyıq. Ermənilər Azərbaycan torpaqlarını tərk etsin, dövlət sərhədlərimiz BMT-nin tanıdığı formada təmin edilsin. Amma o vaxt limitində bunlar təmin edilməyəcəksə, müharibə qaçılmazdı. Ermənilər sülh danışıqlarını gündəmdə saxlaya-saxlaya atəşkəsi pozub Azərbaycan əsgərlərini öldürürsə, biz haqlı olaraq tədbirlər görürük. Mən hesab edirəm ki, bu tədbirlər daha da gücləndirilməlidi və ermənilər yerində oturmalıdırlar.

- Vəziyyətin belə gərgin səviyyəyə çatmasının səbəbi nədi?

- Azərbaycanı sevən dövlətlər olduğu kimi, sevməyənlər də var. İranın və Rusiyanın təxribatçı qrupları Azərbaycanda pozuculuq işləri görürlər. Azərbaycanın bölgədə nüfuzunun artması, Avropanın enerji təchizatında rolu və özünün müstəqil siyasəti kimlərəsə sərf etmir. Ermənilər bir maşadı və həmin qüvvələr ondan Azərbaycana təzyiq üçün istifadə edirlər.

- Bilirik ki, Ermənistanla yanaşı, Rusiyaya qarşı da vuruşmalı olacağıq. Azərbaycan Ordusu buna qadirdimi?

- Əgər böyük, güclü dövlət qarşında dayandığı üçün ərazini təhvil verəcəksənsə, bu o deməkdir ki, sən daim işğal altında olacaqsan. Dünyada bir çox kiçik dövlətlər öz müstəqilliklərini qoruyub saxlayırlar. Azərbaycan üzərinə kim savaşa girəcəksə, ona qarşı vuruşacağıq. Biz qonşularımızı özümüz seçmirik, amma onlarla münasibətlərimizin də normal olmasını istəyirik. Rusiyada işğalçı dövlətin tərəfini tutacaqsa, biz də Rusiyaya qarşı döyüşmək məcburiyyətində qalacağıq.

- Rusiyanın iştirakı Azərbaycanın vəziyyətini çətinləşdirirmi?

- Rusiyanın özünün kifayət qədər problemləri var. Ölkədaxili çəkişmələr, partlayışlar və azlıqların özlərinin müqəddəratı uğrunda mübarizə aparması Rusiyanı kifayət qədər çökdürüb. Mən hesab etmirəm ki, biz beynəlxalq təşkilatlardan və dünyadan təcrid olunmuş vəziyyətdə müharibə aparacağıq. Azərbaycanın kifayət qədər güclü müttəfiqləri var. Bu bölgədə Azərbaycan ən güclü dövlətdi. Başqa ölkələrin Ermənistanı müdafiə etmək fikri olsa, Azərbaycan tək qalmayacaq. Bu savaş artıq iki düşüncənin savaşıdı. Daxili qüvvələr, Azərbaycan xalqı toparlanarsa, istənilən qüvvənin qarşısında dayanmaq olar.

- Əsgərlərdə və əhalidə yaranan “Rusiya xofu” prosesə mənfi təsir edə bilərmi?

- Heç bir xof yoxdu. Biz 90-cı illərin əvvəllərində Qarabağda vuruşanda da bilirdik ki, bizimlə döyüşən ermənilər yox, ruslardı. Bütün dünya da bilirdi, Rusiya da etiraf edib ki, Xocalı faciəsi 366-cı rus alayı törətmişdi. Biz erməni paltarında olan rus qoşunu ilə döyüşə-döyüşə Xankəndinin 7-ci kilometrinə qədər gedib çıxmışdıq. Daxildə olan təlamtümlərdən sonra bu proses dayandı. O zaman çox zəif ordu ilə bunu etmişdik. Amma son dəfə ermənilər öz paradını rus bayrağı altında və rus qoşunu ilə birgə keçirdi. Azərbaycan əsgəri isə öz ölkəsinin istehsalı olan hərbi maşında, müasir hərbi silahlarla və başı üzərində Azərbaycan bayrağı ilə öz paradını keçirdi. Azərbaycan bölgədə ən güclü orduya malik dövlətdi. Həm ordu potensialımız, həm də vətənpərvərliyimiz baxımından hər şeyə hazırıq.

Murad Əhməd, Hafta.az

Geri dön