Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güləşçilərimiz Tehranda 1 qızıl və 1 bürünc medal qazandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Güləşçilərimiz Tehranda 1 qızıl və 1 bürünc medal qazandı

Güləşçilərimiz Tehranda 1 qızıl və 1 bürünc medal qazandı


Yarışların ikinci günündə mübarizəyə qoşulan güləşçilərimizdən Azad Əliyev finala qədər maneəsiz irəliləyib

İdman İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə 34-cü “Yadigar İmam Kuboku” Beynəlxalq turniri keçirilib.

Yarışda Azərbaycanla yanaşı, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparıb. "AGF"nin saytının məlumatına görə, yığma komandamızın üzvləri turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.

İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yarışan güləşçilər xalça üzərinə çıxıb. Yığmamızın heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq), Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizə aparıb. Yalnız Elman Muxtarov (59 kq) mükafatçılar sırasında yer alıb. Güləşçimiz bürünc medal üçün yerli idmançı Museyib Əkbərini üstələyib. Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) yarışı 5-ci sırada tamamlayıb.

Yarışların ikinci günündə mübarizəyə qoşulan güləşçilərimizdən yalnız Azad Əliyev (66 kq) finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Ggürcüstan, Macarıstan və İran güləşçilərini məğlub edən həmyerlimiz, finalda daha bir gürcü pəhləvanını vaxtından əvvəl üstələyərək turnirin qızıl medalına sahib olub. Niyaməddin İbrahimov isə, bürünc medal şansını dəyərləndirə bilməyib və turniri 5-ci sırada tamamlayıb.

Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və güləşçilərimiz ilk dəfə olaraq yeni çəki dərəcələrində qüvvələrini sınayıblar.

Geri dön