Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağ ev: İran Cenevrə razılaşmasını istədiyi kimi təfsir edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Ağ ev: İran Cenevrə razılaşmasını istədiyi kimi təfsir edir

Ağ ev: İran Cenevrə razılaşmasını istədiyi kimi təfsir edir


Ağ evin sözçüsü Cey Karni yanvarın 23-də jurnalistlərlə görüşündə İranla Qərb arasındakı Cenevrə razılaşmasından və İran rəsmilərinin həmin razılaşmanın mahiyyəti haqdakı bəyanatlarından danışıb.

Cey Karni deyib ki, İran rəsmilərinin Cenevrədəki nüvə razılaşmasının mahiyyəti barədəki bəyanatları ölkə ictimaiyyəti üçündür: “Bir daha təkid edirik ki, önəm daşıyan əsas məsələ İran rəsmilərinin bəyanatları yox, onların Cenevrə razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir. Təəssüflər olsun ki, İran və onun rəsmiləri Cenevrə razılaşmasını istədiyi kimi təfsir edir”.

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yanvarın 22-də Amerikanın CNN telekanalına müsahibəsində ölkənin Qərblə son nüvə razılaşmasından danışıb. Zərif deyib ki, İran nüvə obyektlərini ləğv etməyəcək: “Ağ evin nüvə razılaşmasını izah edərkən işlətdiyi sözlər razılaşmanın mətni ilə fərqlənir və üst-üstə düşmür. Onlar İranın üzərinə götürdüyü öhdəliklərdən danışanda onu şişirdirlər. Nüvə razılaşmasına əsasən, İran öz nüvə obyekt və avadanlıqlarını yığışdırmaq və ya sentrifuqaların fəaliyyətini tamamilə dayandırıb onları məhv etmək xüsusunda üzərinə heç bir öhdəlik götürməyib. Sadəcə olaraq əgər biz əvvəllər sentrifuqaları 20 faiz dərəcəsində zənginləşdirirdiksə, bundan sonra onları 5 faizdən artıq zənginləşdirməyəcəyik”.

5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir.

Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.

Geri dön