Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Hüseyn Türkelli:Məktəblərdə 80 faizi fars sözlərindən ibarət eybəcər Azəri dili oxutdurmaq istəyərlər (Müsahibə)
Hüseyn Türkelli:Məktəblərdə 80 faizi fars sözlərindən ibarət eybəcər Azəri dili oxutdurmaq istəyərlər (Müsahibə) |
Davam.az saytının Kanadada fəaliyyət göstərən Güney Azərbaycan Türklərini Müdafiə Mərkəzinin başqanı, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkellinin müsahibəsi.
Hüsyin bəy İranın qərblə dostlaşmasının Güney azərbaycan Türklərinə təsiri müsbət və mənfi cəhətləri nə olabilər? Qərblə İran arasında son anlaşma bütövlükdə İnsan Haqları sahəsinə eləcə də Güney Azərbaycan probleminə mənfi təsir edəcəyini ehtimal etmək olar.Çünkü İranın nüvə çalışmaları qərbi çox ciddi milli təhlükəsizlik problemi ilə qarşı-qarşıya qoyub. Artıq qərb üçün təhlükəsizlik problemi birinci prioritetə çevrilib. Batının bütün iddialarına rəğmən demokratiya və insan haqları kimi məsələlər ya 3-cü, 4-cü dərəcəli məsələlərdir. İranla bağlı danışıqlarda insan ümumiyyətlə danışıqlar mövzusu deyil. İranın nüvə çalışmalarından başlıca məqsədi Şimali Korea kimi öz hakimiyyətini garantiya almaqla yanaşı “düşmən” ölkələri qarşılıqlı nüvə hücumu qorxusu ilə üz-üzə qoymaqdan ibarətdir. Hələlik Tehran rejimi nüvə silahına sahib olmasa da nüvə silahına sahib olmanın bir addımlığına dək getməkdə olduqca qərarlıdır. İqtisadiyatı tam dağılmaqda olan molla rejimi bir sıra taktiki gedişlər etmək zorunda qalsa da uzun vədəli arzusu olan nüvə ölkəsi olmaq strtagiyasında dəyişiklik edəcəyini inanmaq çətindir. İqtisadi Sanaksiyalardan əslində rejim nümayəndələri deyil, sravi vətədaşlar əziyət çəkirlər. Və şovinist rejimin iqtisadi diskriminasiya siyasətinə görə özəlliklə Azərbaycan Türkləri hamıdan çox sanksiyalardan, infliasiyadan, işsizlikdən və başqa sisial iqtisadi çətinliklərdən əziyyət çəkirlər. Qərblə anlaşmanın başlıca müsbət cəhəti iqtisadi sanksiyalardan yumuşaldılması və və vətəndaşların sosial- ekonomik baxımdan bir azcıq rahatlamasıdır. Amma bu özü özlüyündə rejimin ömrünün uzanması baxımından mənfi hal sayıla bilər. Beynəlxalq Nüvə Agentliyinin İranın nüvə obyektlərinə baxış keçirməsinə imkan yaradılması və iranın nüvə programının hərbiləşməsinin keçici olsa da dondurulması anlaşmanın başqa olumlu cəhətləri kimi dəyərləndirilə bilər. Keçmiş Ettellat naziri Əli Yunesinin etniklər və qeyri fars millətlərlə bağlı fikirlərinin arxasında nə dayanır? Uzun illərdir iran adlanan ölkədəki qeyri-fars millətlər ana dilində təhsilə qarşı anti-konstitusyon qadağanın aradan qaldırılmasını tələb edirlər. Rejim anlayır ki, bu tələblərin qarşısında əski metodlarla müqavimət göstərilməsi mərkəzdən qaçma hərəkatlarının genişlənməsinə və etnik azlıqlar özəlliklə ölkə əhalinin yarısını təşkil edən Azərbaycan Türklərinin azadlıq hərəkatının get-gedə sərt forma almasına səbəb ola bilər. Uzun illərdir ölkə prezidentliyinə və parliamentinə namizədlər mədəni hüququn gerçekleşmesi ilə bağlı seçki-qabağı vədlər verir amma hakimiyyətə gəldikdən sonra vədlərinin əskini həyata keçirirlər. Həsən Ruhani keçmiş Ali Təhlükəsizlik Şurasının katibi olub və təhlükəsizlik məsələləri üzrə böyük eksperti olduğundan vəziyyətin bu şəkildə davam etməsinin mümkünsüzlüyünü anlayır. Rejim mərkəzdən-qaçma hərəkatlarının artıq sosial sifarişə çevrildiyini dərk edir. İndiki prezident Azərbaycan milli azadlıq hərəkatının sosial bazasının azaltmaq məqsədinə nail olmaq üçün bir sıra addımlar atmaq istəyir.O cümlədən güman etmək olar ki, misal üçün vəd etdiyi Azərbaycan Türkcəsi dil qurumu yaratmaq istəyir. Ancaq Həsən Ruhani və onun köməkçisi Əli Yunisiyan yaxşı dərk edirləri ki, Azərbaycan Türklərinin minimum tələbi Azərbaycan Türkcəsində təhsildən ibarətdir. Yəni Güney Azərbaycanın şəhər, kənd və əyalətlərində məktəblərdə ana dilində təhsil almaq Azərbaycan milli hərəkatının ən yumuşaq tələbidir. Ancaq bəlli olduğu kimi bu tələbi həyata keçirmək istəmədiklərindən insanlarımızın başını dil qurumu ilə qatmaq istəyirlər. Bundan başqa həmin “dil qurumu”nun hansı dil üzrə fəaliyyəti də bəlli deyil. Böyük əminlikə demək olar ki, həmin dil qurumu əsl Azərbaycan Türkcəsin deyil, şovinist Pəhləvi və Xomeyni rejimlərinin bu millətə təhmil etməyə çalışdığı nə farsın nə də azərbaycanlının anlamadığı eybəcər və yararsız “Azəri dili” olacaq. Hətta ola bilər ki, 1-2 özəl məktəb aça bilərlər. O “məktəblərdə” 80 faizi fars sözlərindən ibarət eybəcər “Azəri” dili oxutdurmaq istəyərlər. Təbi ki, kimsə o “məktəblərə” getməyəcək. Qıssa müddətdən sonra da həmin özəl “məktəbləri “ bağlatdıracaqlar ki, “azərbaycanlılar öz dillərində oxumaq istəmədi” və bu kimi propagandalar yaymaqla özlərinə bəraət qazandırmağa çalışacaqlar. Ayrıca, hansısa dil qurumunun görəvinin nə olacağı bəlli deyil. Misal üçün iranda Fars Dil Qurumu var. Həmin qurumun başına Xaməneyi özünün ultra-şövinist qudası Həddad Adili gətirib, hansı ki, azərbaycanlıların hətta öz evlərində ana dilində danışımasının əleyhinədir. Fars Dili Qurumunun əsas görəvi fars dilindəki yabancı sözlərə qarşılıq tapmaq və dildə islahat aparmaq və fars dilinin ölkədə və xaricdə yayılması yönündə programlar həyata keçirməkdir. Ana dilində yazıb oxumağı bilməyən millətlərə ilk öncə məktəblərdə öz dilini öyrətmək lazımdır. Məncə fars şovinizmi yenə də məkrlə bir tərəfdən millətimizin milli istiqlal mücadiləsindən yayındırmaq və başqa bir tərəfdən dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışır. Bununla güya artıq Azərbaycan türklərinin ana dili ilə bağlı problemin artıq çözüldüyünü göstərmək istəyir. Davam.az Geri dön |