Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Türkiyə baş nazirinin İrana səfəri başlayıb
Türkiyə baş nazirinin İrana səfəri başlayıb |
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranda rəsmi səfərdədir.
İran mətbuatının verdiyi məlumata görə, səfər İranın birinci vitse-prezidenti İshaq Cahangirinin dəvəti əsasında baş tutub. Türkiyə baş nazirini Tehranın Mehrabad beynəlxalq hava limanında İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan qarşılayıb. R.T.Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Nihat Zeybəkçi, iqtisadi inkişaf naziri Cövdət Yılmaz, mədəniyyət və turizm naziri Ömər Çelik, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, habelə digər rəsmi şəxslər, iş adamları və mətbuat nümayəndələri müşayiət edir. Türkiyə baş naziri yanvarın 29-da Səədabad Sarayında İranın prezidentinin birinci müavini tərəfindən rəsmi şəkildə qarşılanacaq. Bundan əlavə, R.T.Ərdoğanın həmin gün İran prezidenti Həsən Ruhani, ali dini lider ayətullah Əli Xamneyi və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü də gözlənilir. Eyni zamanda Türkiyə baş nazirinin səfər proqramında iki illik fasilədən sonra keçiriləcək İran-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti toplantısında iştirak etmək var. R.T.Ərdoğanın İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq İşlər İnstitutunda müəllim və tələbələr qarşısında çıxışı da nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələr başda olmaqla, regional və qlobal məsələlərin əsas müzakirə mövzusu olacağı bildirilir. Qeyd edək ki, bu, Türkiyə baş nazirinin Həsən Ruhaninin hakimiyyət başına gəlməsindən sonra İrana ilk səfəridir. Bəzi məlumatlara əsasən, R.T.Ərdoğanın keçirdiyi görüşlərdə İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılacağı, iki ölkə arasında güzəştli ticarət razılaşmasının imzalanacağı, İranla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağı bildirilir. Eyni zamanda görüşlərdə Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, enerji və ticarət sahəsində əməkdaşlıq, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyatla bağlı da fikir mübadiləsi aparılacağı qeyd olunub. Geri dön |