Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞ PA-da Azərbaycanda internetin azad olduğu diqqətə çatdırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > AŞ PA-da Azərbaycanda internetin azad olduğu diqqətə çatdırılıb

AŞ PA-da Azərbaycanda internetin azad olduğu diqqətə çatdırılıb


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış plenar sessiyasında " İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri" adlı hesabatın müzakirəsi zamanı Azərbaycanda internetin azad olduğu və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığı diqqətə çatdırılıb.
Belə ki, mövzu ətrafında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qeyd edib ki, qlobal şəbəkə dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsinitəmin edir. Elektron hökumətin yaradılması, insanlar və hökumət arasında daha güclü, daha şəffaf və daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir. Internet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya və bloklar, onların platforması haqqında məlumat əldə edir və bu onların əsas informasiya mənbələrindən birinə çevrilir. Bununla yanaşı gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi təşiri də müşahidə olunur.
Millət vəkili çıxışında Azərbaycanda internetin azad olduğunu da diqqətə çatdırıb.
"Müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığının göstəricisidir. Azərbaycanda internet azaddır. Ölkəmizdə internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün əhalinin təxminən 65 faizi internet istifadəçisidir. İstər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib"- Fətəliyeva bildirib.
O, əlavə edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkədə və dünyada gedən bütün sıyası proseslərə öz münasibətini azad şəkildə sosial şəbəkə vasitəsilə bildirir və fikir mübadiləsi aparır. Müasir cəmiyyət proqresdən imtina edə bilməz. Siyasət də diğər sahələr kimi yeni texnologoyalarla addımlamalıdır. Lakin unutmamalıyıq ki, bizim şəxsi baxışlarimiz və mövqeyimiz, kiminsə tərəfindən təqdim olunan, bəzən qərəzlı, düzgün interpretasiya olunmayan və qeyri konstruktiv məlumatlar əsasında yox, real hadisələr və proseslər əsasında qurulmalıdır .
Hesabat ətrafında çıxış edən digər millət vəkili Sahibə Qafarova internetin müasir cəmiyyətdə xüsusi rolunu vurğulayıb və hazırda internet kütləvi informasiya vasitələri arasında geniş yayılan informasiya vasitəsi olduğunu qeyd edib.

S. Qafarova internet resuslarının son on illikdə Azərbaycanda sürətli inkişaf yolu keçdiyini xatırladıb və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığını diqqətə çatdırıb.

"İfadə azadlığı, prüalizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində, tam demokratik idarəçiliyə nail olmaqda mühüm amillərdir. Vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və social şəbəkələrdən lazımınca isitfadə vacibdir"- Qafarova deyib.

Geri dön