Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Münhendə ABŞ və İran xarici işlər nazirləri arasında görüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Münhendə ABŞ və İran xarici işlər nazirləri arasında görüş keçirilib

Münhendə ABŞ və İran xarici işlər nazirləri arasında görüş keçirilib


İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.


İran mətbuatının verdiyi məlumata görə, fevralın 2-də Münhen şəhərində baş tutan görüşdə İranın nüvə proqramı ilə yanaşı, rəsmi Tehranla “altılıq” ölkələri arasında davam etdiriləcək danışıqların növbəti mərhələsi əsas müzakirə mövzusu olub.





ABŞ dövlət katibi bildirib ki, İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrində bütün tərəflərin yaxşı niyyətinin olması zəruridir: “Rəsmi Tehranın öz öhdəliklərini yerinə yetirməsi vacibdir”. C.Kerri həmçinin ABŞ-ın İrana qarşı mövcud sanksiyaların tətbiqini davam etdirəcəyini vurğulayıb.



M.C.Zərif də jurnalistlərə açıqlamasında İranla “altılıq” ölkələri arasında fevralın 18-20-də Vyanada keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələri barədə fikir mübadiləsi aparıldığını deyib.





Bəzi xəbər agentlikləri isə ABŞ dövlət katibinin iranlı həmkarından bu ölkədə həbsdə olan vətəndaşları casusluqda günahlandırılan Əmir Hikməti və keşiş Səid Abedininin sərbəst buraxılmasını, həmçinin 7 il əvvəl İranın Kiş adasında yoxa çıxmış Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Robert Levinsonun tapılması üçün əməkdaşlıq etməsini istədiyini də yazıblar.



Lakin İran Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı açıqlamada nazirlərin görüşünün məzmunu barədə verilən bu tipli xəbərlərin doğru olmadığını bildirib: “Bu cür məlumatlar tərəfimizdən təsdiqlənmir. Görüşdə yalnız İranın nüvə məsələsi və danışıqların növbəti mərhələsi barədə fikir mübadiləsi aparılıb”.

Geri dön