Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün -03 fevral 2014-cü il tarixdə Milli Məclisin yaz sessiyası başladı/(audio)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Bu gün -03 fevral 2014-cü il tarixdə Milli Məclisin yaz sessiyası başladı/(audio)

Bu gün -03 fevral 2014-cü il tarixdə Milli Məclisin yaz sessiyası başladı/(audio)


Millət vəkili Fərəc Quliyev cari məsələlərin müzakirəsi zamanı bildirdi ki, Milli Məclisin iclaslarında çox səmərəli təkliflər irəli sürülür. Amma bu təkliflər Parlament divarları arasında qalmasın deyə,təklifləri ümumiləşdirərək aidiyyatı qurumlara, nazirliklərə göndərmək olar. Bununla həm təkliflərin həyata keçməsini təmin etmək olar, həm Qanunverici orqanla, icra orqanları arasında ahəngdar işi qurmaq olar. Müvafiq icra strukturları verilən təkliflərin icrası haqda Milli Məclisə məlumat verər. Onsuz da iclas stenoqram olunur. Ayda bir neçə dəfə keçirilən iclaslarda səslənən təklifləri umumiləşdirib aidiyyatı üzrə göndərmək məncə elə bir çətinlik yaratmaz. Burada Suriyaya döyüşməyə gedənlərlə bağlı fikirlər səsləndi. Məncə, bu istiqamətdə daha çox maarifləndirici, profilaktik tədbirlər görülməldir. Orta məktəblərin yuxarı siniflərində, ali məktəblərdə islam dini, başqa dinlər də olduğu kimi kimi öyrədilməlidir. Məzhəblər, təriqətlər haqqında aydınlatmalar olmalıdır ki, gənclər seçim qarşısında yanılmasın. Televiziyalarda mənasız verilişlərin yerinə, hərbi-vətənpərvərlik, maarifləndirici verilişlər verilməli, insanlar arasında təbliğat aparılmalıdır: "Onların adlarını istər muzdlu, istər başqa şey qoysaq da, onlar Azərbaycanın vətəndaşlarıdırlar. Onlar haqqında cəza tədbirləri seçməkdənsə, onları öz "kisəmizə" qaytarmalıyıq".
Orta məktəblərdə həm də hərbi dərslərin keyfiyyəti artırılmalıdır. Bir çox məktəblərdə hərbi dərs üçün əyani vəsait, bəzi məktəblərdə isə hətta hərbi dərs üçün nəzərdə tutulan otaqlar yoxdur. Bu məsələ yubanmadan həllini tapmalıdır.
MDHP mətbuat xidməti.
PS-Millət vəkili Fərəc Quliyev Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il yaz sesiyasının qanunvericilik işləri planı haqqında məsələnin müzakirəsi zamanı da təkliflərlə çıxış etdi. Bu çıxışı audio yazı halında nəzərinizə çatdırırıq.




(çıxışın mətni)
Təşəkkür edirəm, cənab sədr!

Mən yaz sessiyasında nəzərdə tutulan işlərin hamısını dəstəkləyirəm. Çox ciddi qanun layihələri vardır və hesab edirəm ki, çox sürətli nəticələr verəcəkdir. Xüsusilə hərbiçilərin statusu ilə bağlı qanun və bu kimi məsələləri nəzərdə tuturam. Elə bu aspektdən bir məsələni qaldırmaq istəyirəm ki, bəzən Azərbaycanda Qarabağ qazilərindən yaxud da şəhid ailələrindən məqsədli şəkildə sui istifadə etmək halları olur. Bunun qarşısını almaq üçün hesab edirəm ki, çoxlu sayda muharibə veteranlari təşkilatları, şəhid ailələri təşkilatları mövcuddur ki, Bir Dövlət Şəhid ailələri və Veteranlar komitəsi yaradılmalıdır.Bu məncə aktual məsələdir, hər halda bu mənim fikrimdir. Bütün bu mərkəzləşləşdirilmiş şəkildə veteranların, şəhid ailələrinin məsələləri, sosial məsələləri onların problemlərini müzakirə etmək,həll etmək mümkündür və başqalarının kənar qüvvələrinin də bundan sui istifadə etməsinin qarşısını almaq mümkündür.

Mən iki il əvvəl Qarabağ dinləmələri ilə bağlı olaraq bir məsələ qaldırmışdım. Biz-Azərbaycan parlamentinin üzvləri 17-yə qədər Avropa ölkəsində Qarabağ dinləmələri keçirtdik ,amma çox təəssüfki Azərbaycan parlamentinin özündə bu istiqamətdə dinləmələr yoxdur. Mən düşünürəm ki, bunu sadəcə olaraq təkcə hesabat almaq kimi yox, sadəcə olaraq Qarabağ problemi ilə bağlı məsələlər koordinasiya olunsun kimi qəbul etməliyik. Və bunun vacibliyi var ortada. Çünki Avropa Şurasında,başqa Avropa təsisatlatında bizim nümayəndə heyətinin üzvləri iştirak etdiyində çox vaxt özlərinin bədahətən ağıllarına gələn bir fikir ilə çıxış etmək məcburiyyətində qalırlar.

Hətta Kiyevdə samit qabağı bir bəyanatlar səsləndi və məlum oldu ki, dövlətin bu məsələlərdən heç məlumatı yoxdur. Bütün bu məsələlər koordinasiya olunmalı və çərçivə müəyyənləşməlidir. Bu çərçivə burda müzakirə olunmalıdır ki, biz nə istəyirik, buna yanaşmamız nə olmalıdır? Bu həmdə KİV-nin özlərinin də Qarabağ məsələləri ilə bağlı yazılarında,elektron KİV-də cəfəngiyyat ,absurd məsələlərə toxunulur. Bir gün tutulmuş ermənini göstərirlər ki, doğru edilib döyülüb,sabah göstərirlər ki,bu nədən döyülüb və s.

Amma erməni saytlarına baxanda panormeniya və.s saytlar vardır, burda paralel şəkildə ermənilərlə bağlı olaraq eyni formada mərkəzləşmiş şəkildə Ermənistan dövlətinin istəkləri ilə bağlı olaraq eyni addımı ata bilirlər.

Biz Azərbaycanda müxalifətdə və iqtidarda olmasından asılı olmayaraq, müxalifətyönlü və iqtidaryönlü olmasından asılı olmayaraq kimin yaxud da hansı KİV olursa olsun Qarabağla bağlı vahid mğvqedən çıxış etməsini təmin etmək üçün mütləq bu dinləmələri keçirməliyik ki, həm Xarici İşlər Nazirliyinin apardığı danışıqlar, həm Avropa təsisatlarında bizi təmsil edən millət vəkillərinin mövqeləri, həm güc strukturlarımızın bugün qoyduğu prioritetlər aydın olsun, məlum olsun. Bugün prezidentin yeni Hərbi Nazirin təyinatından sonra çox doğru, çox ciddi addımlar atılır. Mən Moskvada bizim Hərb Nazirinin Rusiyanın Müdafiə Nazirliyinə irad tutması ki, siz erməniləri açıq-açıqna dəstəkləyirsiz və təhdid edirsiniz ki, Azərbaycan ərazilərini hərbi yolla azad etməyə çalışsa Rusiya buna biganə qalmayacaq.Bunun qarşısında Rusiya rəsmisinin təkzibə can atması mütərəqqi haldır .Amma Hərb Nazirini də tək buraxmaq olmaz ki. Cəmiyyət özüdə, bizim xarici siyasət idarələridə, partiyaların özüdə bayaq dediyim kimi saytların özüdə vahid mövqedən çıxış etməlidir. Mən ona görə hesab edirəm ki, bu dinləmələrdə prioritet məsələnin müzakirəsi çox əhəmiyyətli olar.

Mən bir məsələni də keçən sesiyanın sonuncu iclasında qaldırmışdım. Yanacağın qiyməti qalxdıqdan sonra hər kəs bunu bilir ki, bazarda qiymətlər dəyişib, qalxıbdı, mənehtiyac meyari,minimum əmək haqqi məsəsinə yenidən baxılmasının zəruri olduğunu düşünürəm. Düşünürəm ki, bu məsələnində parlamentdə müzakirə olunması da, rəqəmlərin dəyişilməsinə də çox böyük ehtiyac vardır. Siyavuş bəy toxundu. Siyasi partiyalar bağlı olaraq ,onların dövlət tərəfindən maliyyələşmə məsələsinə yenidən baxılması və müzakirə olunması vacib şərtdir. Biz meydanlardan müzakirələri parlamentə daşımaq üçün, sivil qayda da mübarizə aparmaq üçün bütün partiyalara sivil mübarizə meydanı verməliyik ki, bu da, dövlət tərəfindən maliyyələşməyə bağlıdır. Bununla bağlı addım atılıb ,amma etiraf edək ki, bu maliyyə məsələsi çox cüzi məsələdir. Bu üç məsələnin yaz sesiyasının gündəliyə salınmasını xahiş edirəm.

Təşəkkür edirəm

Geri dön