Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni deputat: Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Erməni deputat: Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil

Erməni deputat: Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil


Levon Zurabyan: “Ermənistan artan templə davam edən mühacirəti dayandıra və Suriyadan gələn miqrantlara şərait yarada bilmir”

Ermənistan artan templə davam edən mühacirəti dayandıra və Suriyadan gələn miqrantlara şərait yarada bilmir. “Novosti Armenii”in verdiyi xəbərə görə, bu barədə fevralın 4-də müxalif “Erməni Milli Konqres”in parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. O qeyd edib ki, ötən il ərzində respublikada xarici investisiyaların həcmi 32 faiz, birbaşa investisiyalar isə 64 faiz azalıb. “İlin yekunlarına görə inflyasiya 5,6 faiz olduğu halda orta əməkhaqqı cəmi 4,2 faiz artıb. Ermənistanı daha on minlərlə insan tərk edib. Bundan başqa, ölkəyə Suriyadan minlərlə miqrant gəlib. Lakin hökumət nə onların, nə də digərlərinin qeydinə qalmır”, deyə Zurabyan əlavə edib.



“Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil. Vətəndaşlara yalnız ölkəni birdəfəlik tərk etmək, xaricdə iş axtarmaq, və yaxud, fəal etiraz yolu ilə öz haqlarını bərpa etmək və xalqı viran etmiş hökumətin hakimiyyətdən getməsinə nail olmaq qalır”, deyə Zurabyan qeyd edib və vurğulayıb ki, hakim koalisiya müxalifətlə istənilən kompromisə getməkdən imtina edir.

Geri dön