Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Geosiyasi təriqətlər və strateji xaos
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, DAVAMın yazıları > Geosiyasi təriqətlər və strateji xaos

Geosiyasi təriqətlər və strateji xaos


Geosiyasi proseslər əsri

Suriyada idarə olunan xaos, fundamental islam fenomeni konteksində, geosiyasi təriqətlər fonunda prinsipal mövqelər formalaşdırır. Suriya üzərindən geosiyasi müharibəyə de fakto qoşulmuş dövlətlər İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı və Livan strateji xaos nəzəriyəsi müstəvisində mühairibəni regionlaşdırır. Proseslərin geosiyasi təriqətlər fonunda inkişafı, lokal regionlar üzrə yayılma tendensiyası, idarə olunan xaos modelinin praktiki təzahürlərini anliz etmək imkanı yaradır. Geosiyasi xaos həm də intelektual, klassik hərb modelinin konseptuallıgını nümayış etdirir.
Suriyada lokal müharibəni, pərdə arxasında daha böyük oyunçular aparır. Regiona bir başa daxil olmadan müxtəlif mövqeləri dəstəkləyən fövqəl dövlətlər, ideoloji- siyasi mərkəzləri qarşı -qarşıya gətirməklə regional proseslərə təsir edir.


Ölkə daxilində münaqişənin konkret tərəfi yoxdur. Geosiyasi təriqətlər və strateji xaos, proseslər müstəvisində unikal kombinasiyada bir- birini tamamlayır. Bu fakt özlüyündə həm rejimin legitimliyini fokuslaşdırır, həm də onu beynəlxalq sistemdə siyasiləşdirir. Eyni zamanda müxalif qruplarında arqumentləri üçüncü ölkələr tərəfindən konsepsiyalaşdırılır.
Bizə görə geosiyasi təriqətlər və strateji xaos tezisinin məntiqi izahı belədir. Prosesi yaradan və onu idarə edən tərəflər, qüvvələr nisbətində xaosun modelini oldugu kimi saxlamaqla geosiyasi balns strategiyasını, məhzəblər fonunda, ölkələr qrupu çərçivəsində müəyyən edir və onları qarşı- qarşıya gətirməklə geosiyasi maraqlarını həyta keçirir. Suriyda münaqişəyə cəlb olunmuş tərəflər müstəqil hərəkət etmir. Bütün bunlar isə o deməkdir ki, ideoloji cografiya üzərindən siyasi cografiya yenidən formalaşdırılır.

Suriya münaqişəsnə strateji təriqətlər müstəvisində yanaşıldıqda: müəyyən olunur ki, proseslərin dialektik inkişafı üçün potensial mühit və tarixi ideoloji qarşı durmalar təcrübəsi var.
Məsələn: post Osmanlı təcrübəsi ilə hərəkət edən klassik Türkiyəsinin regionun siyasi mənzərəsinə, məhz sünnü məhzəb indisturiyaları konteksində yanaşması faktı inkar edilmir. Bu ideoloji məhzəbə alternativ olan şiyə ideoloji institutunun mövqeyi də tarixi prosesin davmıdır. Prosesin inkişaf xüsusiyyəti dəyişməyib. Onun üçündür ki, klassik Türkiyə regional rəqiblərillə tarixi prosesi davam etdirmək məcburiyyətini hiss edir. Nəticədə Suriya münaqişəsi fonunda təriqət və məhzəb müstəvisində qarşı durma baş verir.

Məsələn, Hazırda İranın Livanla strateji müttəffiqliyi və Hizbullahın regionun siyasi xüsusiyyətinə təsiri yuxarıda qeyd olunan dialektik ideoloji mübarizənin tarixi təcrübəsiinə görə bu cür olmuşdur.
Bütün hallarda demokratik hüquq dövləti modeli ilə regionun fransası olan Türkiyənin imkanları daha genişdir. Bu isə onun siyasi xarakterinə əlavə dividentlər gətirir. Ümumi planda isə - lider Türkiyə- modelində fantasmaqorik siyasi birlik və sünnü məhzəbə motivsiya Qərb üçün qəbul edilməzdir. Bu Qərbin qətiyyətlə qarşı çıxdıgı orjinal faktdır. Aşagıdakı faktı xatırlmaq kifayyətdir.
Məsələn: İraqda Amerikanın dəstəklədiyi azınlıq, orta mərkəzçi şiyə ideoloji məhzəbi, siyasi kateqoriya olaraq ikinci stansiya kimi nəzərdən keçirilir.İranın ekvivalenti olan bu hakim siyasi institut, mövcud Maliki Höküməti, Türkiyənin strateji təsirlərini neytralaşdırmaq məsələsində Tehranla müttəffiqdir. Bu isə Qərbin nisbətən dəstəklədiyi konsepsiyadır. Amerikanın sünnü və şiəyər müstəvisində regionda balans yaratmaq strategiyası və buna uygun olaraq formalaşdırmaga çalışdıgı intelektual strateji balans sistemi hələlik effektiv nəticələrə səbəb olmamışdır.

Türkiyənin regional liderlik ambisiyalarına və Neo Osmançılıq çagrışlarına qarşı Vaşinqtonun tərtib etdiyi kontr konsepsiya əsas məqsədini məhz yuxarıda qeyd etdiyimiz amillərə söykəyir. Türkiyənin başında durdugu hər hansı bir ideoloji birlik siyasi cografiyanın xarakterinə bir başa təsir edə bilər. Bu strateji məntiq Vaşınqtonu ehtiyatlı davranmaga məcbur edir. Türkiyənin ideoloji sistemindən daha çox onun siyasi xarakteri və tarixi diplomatik məhzəb strategiyası, unikal sistemə malikdir. Bu fakt ierararxik cografiyada ona təmsil olunmaq hüququ verir ki, bu da digər bir faktordur. Təbii ki, bütün bunlar fantasmaqoriyadır.
Onun üçündür ki, Suriyada proseslərə əlavə olunan elementlərin- ekstremist qrupların mürrəkkəbliyinə xüsusi önəm verilir və marjinal qrupların xaos nəzəriyyəsi fokuslaşdırılır. Hazırda Suriyada bu proseslərin həll edici mərhələsi müəyyən olunur. Hələlik bu müəyyənliyi real siyasi prosesə çevirmək üçün ciddi etimad cografiyası müəyyən edilməmişdir. Çünki burda balans strategiyasına təsir edən üçüncü dünya mövcuddur. Bu Çin və Rusiya oxunun mərkəzi periferiyalara dogru təsiridir. Ancaq onların, hərbi iqtisadi qüdrəti və daxili siyasi birliyi nəzərə alındıqda müəyyən olunur ki, bu qütbün proseslərə prinsipcə təsir etmək imkanı məhdudur. Bzim gəldiyimiz qənaətə görə əslində Qərbin qətiyyətli mövqeyi son anda bu qütbün strateji davranışlarına təsir edə bilər.
Çin- Rusiya oxunun regional proseslərə təsirini formalaşdıran Suriya rejimi, geosiyasi təriqət modelinin hazırki mərhələdə prinsipal aktivistdir. Rejimin xarci siyasət stregiyası həm Aralıq dənizində strateji balansı nisbətən bu qüvvələrin, xeyrinə formalaşdırır, həm də Qərbin, proseslərə təsirini azaltmaq müstəvisində Rusiya və Çini regionlaşdırır.

Göründüyü kimi strateji xaosun aktorları regionda bir -birinə qarşı mübarizə aparan ölkələr qrupu üzrə ideoloji islam məhzəblərini intelektual agılla idarə edir. Suriyada eyni zamanda geosiyasi təriqətlər müstəvisində eksprimentlər aparılır. Sünnü və Şiyə ideoloji baxışların cografi siyasətdə dizayn edilməsi nəticəsində bölgənin siyasi xarakteri müəyyən ediləcək. Məsələn həm İran həm də Türkiyə proseslərin nəticəsindən asılı olaraq regional mövqelərini itirə bilər. Qərbin Suriyadakı münaqişəyə müdaxilə etməməsinin arxasında bu faktın durdugu aydınlaşır. Orjinal fikir bundan ibarətdir ki, Qərb dövlətlərinin əsas məqsədi regionda imper təşkilatlanmaları nəzarətdə saxlamaqdan ibarətdir. Bunun üçün regional strukturu hissələrə bölmək, idarə etmək fəlsəfəsi önəmli olmalıdır. Hazırda Suriyada Qərb bunu edir. Bəs görəsən geosiyasi məhzəb dövlətləri ki, onlar praktikada belə adlandırılmır, burda necə hərəkət edir. Bizə görə onlar bu proseslərdə intelektual davranmır.

Məhzəb qarşı durması siysi cografiya

Regionda məhzəb dövlətləri və onların daxilində gizlənən strateji niyyətlər.
İran: İran fundamental İslaam prinsiplərini inkar edən dövlətdir. O, tarixi proseslər nəticəsində, müəyyən olunmuş ideoloji cografiyada, siyasi islam modelini məhzəb anlayışında regionlşdıran monoetnik siyasi sistemə malikdir. Müsair İran şiyə ideologiyasını dövlət siysəti səviyyəsində təşkil edərkən geosiyasi hədəflər müəyyən etmişdir. İran özlüyündə, İraq, Türkiyə, və Livanda, cografi məkanlar üzrə isə, Qfqaz və Orta Asiya regionlarında aktivlik nümayiş etdirir. Sünnü məhzəbə qarşı mübrizə aparır. Məhz bu cür ideoloji mövqe Qərbin cografi siyasətə təsirni xarakterizə edir və onun imkanlarını formalaşdırır.

Suriyada İranın dəstəklədiyi model şiə modelidir. Onun burdakı rəqibləri əsasən Türkiyə və Səudiyə Ərəbistanıdır. İranın təsirləri indiki mərhələdə həll edici deyil. Ancaq o, Rusiya və Çinin prinsipal mövqeyindən maksimum divident əldə edir. Belə demək mümkündürsə Türkiyənin təsirlərini düşmən mövqeyə çevirmədən və Ankara ilə münasibətləri qoruyub saxlamaqla Tehran Suriyada öz mövqeyinin iterpertasiyası ilə məşguldur. İran eyni zamanda Türkiyənin enerji ehtiyacını emosianal iqtisadi siyasətlə qarşılayır. Bu o deməkdir ki, İran proses yaradan tərəf kimi çıxış etməsədə prosesələrə təsir edən dövlət kimi nəzərdən keçirilməsini tələb edir.
Suriyada Bəşər Əsəd rejimi ölkənin 65 faizinə qarşı müharibə aparır. Hakim elitada təmsil olunan “aristokratik” Əsəd tərəfdarları və onların məhzəb birliyi, Suriya daxilndə hissə -hissə mövqelərini itirir. Özlüyündə bu proses, regionda İranın mövqelərinə təsir edir,onun realizə olunan ideoloji sistemini marjinalaşdırır. İran bunun fərqindədir. Əgər bu belə olmasa idi o, neft hasilatını artırmagı və qərblə prinsipal məsələrdə razılaşmagı düşünməzdi. İran hazırkı mərhələdə Qərblə əməkdaşlıga meyillidir. Bütün hllarda demək lazımdır ki, İranın regionla baglı prinsipal siyasəti intelektual prosesləri təşkil etməkdən çox uzaqdır. Onun varlıgı isə kölgədə ABŞ-ın regional siyasətini xüsusilə formalaşdırır. Vaşinqton hazırda İranı regionda bir neçə istiqamətdə istifadə edir. İran geosiyasi müstəvidə təziq vasitəsidir.

Türkiyə: Türkiyənin daxili idoloji sistemi bütün region üçün heyranlıq mənbəyidir. Ankra regionun siyasi mənzərəsinə daxili sistemi vasitəsilə təsir edir. Bu ölkə Suriyada, ümumiyyətlə Yaxın Şərqdə, Orta Asiya və Qafqazda hüquqi dövlət modeli və demokratik siyasi sistemi ilə bir çox proseslərə müdaxilə edə bilir. Onun üçündür ki, Türkiyənin mövqeyi xüsusilə Suriya məsələsində həzm olunandır. Regional müstəvidə, Türkiyənin mövqeyi demokratikdir. Ancaq Ankara təsirlərini beynəlxalq hüquq prinsipləri çərçivəsində müəyyən etdikcə, bu mövqe saglam hesab oluna bilər.
Paralel müstəvidə, müasir Türkiyədə siyasi sistem getdikcə mürəkkəbləşir. AKP, siyasi islam cizgilərində hərəkət edən və sünnü məhzəb kateqoriyasında tarixi proseslərin və narativlərin təsirlərinə məruz qalan partiya kimi nəzərdən keçirilir. AKP regional proseslərə məhzəb konteksdə yanaşır. Onun üçündür ki, Türkiyənin Suriya münaqişəsinə mövqeyi daha çox məhzəb müstəvisində dərk olunur. Bu fövqaladə ciddi yanlışdır. Xüsusilə bü cür yanaşma müasir Türkiyənin Avropaya Birliyinə inteqrasiyasını ləngidə bilər. Qərb Osmanlı fəlsəfəsinə qaydış hesab etdiyi bu tip siyasi baxışı fokuslaşdıra və nəticədən asılı olmayaraq Türkiyənin Avropa birliyinə younu müəyyən müddətə baglaya bilər. Onun üçündür ki, Kamalizmin ruhunda tərbiyə olunan kalssik Türkiyənin siyasi sistemini və onun müəyyən etdiyi prinsipləri xarici siyasətdə təbiq etmək ugurlu strateji uduş ola bilər. Türkiyə Suriya məsələsində maksimum məhzəb siyasətində kənarda qalmalıdır. Əslində Türkiyənin regional liderliyini demokratiya sədaqət, sekuliar sistem müəyyən edəcəkdir.
İraq- Səudiyyə Ərəbistanı: İraq və Səudiyə Ərəbistanı kimi ölkələrin regiona təsiri və onların Suriyadakı geosiysi məhzəb müharibəsinə təsiri, ölüçülüb biçilmiş formadadır. Onlar bu prosesdə Qərbin planlarını həyata keçirir. Bunu edərkən isə Türkiyənin İranın və s, aktorların təsirlərini neytralaşdırmga çalışırlar.

Strateji xaos modeli
Bu model belədir ki, əgər ümumiyyətlə belə bir model yoxdursa onun adı xaos olacaq. Yəni proseslər idarə olunmayacaq. Əslində idarə olunan xaosun mükəməlliyi ondadır ki, o müəyyən mərhələdən sonra, məntiqi sonluga qovuşur.
Mülahizələrdən belə bir nəticəyə gəlmək olar ki, Suriyada münaqişə tərəfləri həm daxili həm də xarici tərəflər bucagına daxildir. Regional səviyyədə proseslərə əlavə olunan tərəflər üçün məqsədin ifadəsi: məhzəblər müstəvisində geosiyasi hakimiyyətdir. Xarici qüvvələr üçün bunun istinad nöqtəsi isə daha böyük halqada iqtisadi siyasi maraqlardır. Lokal regional səviyyədə isə əsas məqsəd region daxili təhlükəsizlikdir. Bütün hallarda Suriyada münaqişədən sadə xalq əziyyət çəkir. Ancaq rejimin bu qədər ayaqda qalmasında, məntiqlə beynəlxalq siyasi sistem maraqlı olmuşdur. İslam aləmi üçün bu mürrəkkəb geosiyasi məhzəb müharibələrindən yegnə çıxış yolu strateji xaosun konturlarını müəyyən etməkdən keçir. Əks təqdirdə regional dövlətlərin hamısında bu proses baş verə bilər.

Zamin Axundov
Politoloq

Geri dön