Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Saz ifaçılığı dərnəyinin rəhbəri Ramiz müəllimin istedadlı yetirmələri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Saz ifaçılığı dərnəyinin rəhbəri Ramiz müəllimin istedadlı yetirmələri

Saz ifaçılığı dərnəyinin rəhbəri Ramiz müəllimin istedadlı yetirmələri


Qurban Abbasov adına mədəniyyər sarayında fəaliyyət göstərən dərnəklərdən biri olan “saz ifaçılığı” dərnəyinin rəhbəri Ramiz müəllimin istedadlı yetirmələri vardır. Ramiz müllim texniki elm üzrə ali təhsil almasına baxmayaraq, saz havaları ifaçılığında orijinal qabiliyyətə malikdir. Onun beş barmağnın bütün havalarda pərdələr üzərində işləməsi, özünün dediyi kimi, Zahid Aslanoğlundan gəlmişdir. Hələ kiçik yaşlarında atası Bayram müəllim (cöğrafiya fənni üzrə müəllim) Ramizi Gədəbəy rayonundan olan aşıq İslam Əkbərova şəyirdliyə vermiş və Ramiz saz-sözü Aşıq İslamdan öyrənmişdir. Ramiz müəllimin yetirmələrindən olan Babazadə Elmir Elçin oğlu və Abdullayev İlkin Ceyhun oğlu on iki yaşlı yeniyetmələr olmaqla artıq hərəsi üç saz havasını təqdirə layiq ifa edirlər... Onlarla söhbət zamanı sual verdim ki, gələcəkdə aşıqlıq sənətinə yiyələndikdən sonra ancaq bu sənətlə qazanıb dolanacaqsız, yoxsa başqa bir peşəyə də yiyələnmək məqsədiniz var? Onlar cavablarında bildirdilər ki, hər ikisinin də texniki fənlər üzrə ali təhsil almaq məqsədləri və istehsalat, elm sahəsində fəaliyyət göstərmək arzuları var. Ümumiyyətlə, hər bir insan kişik yaşlarından incəsənətin bir növünə həvəs göstərib öyrənməsi və bədii təfəkkürə malik olması həmin şəxsin sivil insan kimi formalaşmasında mühüm rol oynayır. Bəzən adi bir insan tamaşaçı kimi başqa bir sənətçinin ifaçılığına münasibət bildirəndə məlum olur ki, həmin şəxs nə vaxtsa, musiqi ifaçılığı dərnəyinin öyrəncisi olmuş, sonra başqa peşə öyrənmiş, ali təhsil almış və mühəndis, pedoqoq və s. fəaliyyətilə həyatını yaşayır. Burada önəmli olan estetik yanaşma insan duyğularının incəliyə varmasında musiqinin və şeriyyətin aparıcı roludur. Uşaqlarımızın və gənclərimizin vətənpərvərlik, mədəni millətçilik ruhunda tərbiyəsində incəsənətin milli xüsusiyyəti baxımından Türk folklorunun bir qolu olan ozan saz –söz sənəti həyatımızın mənəvi tərəfində aparıcı vasitədir...




Hazırladı:
Niftalı Göyçəli

Geri dön