Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mirfatma Mirbaba qızıın yardıcılığı haqındda...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Mirfatma Mirbaba qızıın yardıcılığı haqındda...

Mirfatma Mirbaba qızıın yardıcılığı haqındda...


Mirfatma xanım istedadlı, yaradıcı şairlərimizdən biri olan ziyalı alimdir. Onun ixtisası əsasən texniki fənlər üzrə olsa da, bədii yaradıcılıqda özünəməxsus orijinal yolu vardır. Eyni zamanda, şeriyyətin müxtəlif janrlarında təqdim etdiyi bədii fikir həyati və tərbiyyəvi cəhətdən kamilliyə istiqmətvericidir, düşündürücüdür.
Mirfatma xanım yaradıcılığında tərənnüm eydiyi doğru yola, halallığa çağırış İslam dinin mahiyyətilə səsləşir. Bundan əlavə, dünyanın müvəqqəti bir zaman fəlsəfəsində bizim üçün sınaq meydanı olduğunu vurğulayır. Həqiqətən də, insanın altmış, yetmiş, yüz əlli il yaşamasında zaman deyil, onun xeyir əməlləri axirətə aparacağı dəyərlərdir. Mirfatma xanımın dediyimiz mətləbə uyğun iki şeirini təqdim edirik və növbəti təqdimatlarımızda şairənin silsilə şeirlərilə də oxucuları tanış edəcəyik.


BU QAYIQ ÇOX ƏZİZDİR

Biz nə edə bilərik,
Zaman öz işin görür.
Uşaq minir qatara,
Qoca qatardan düşür.
Saralanda yarpaqlar
Həzin əsən küləklər
Güclü tufana dönür.
Sanma heçdir bu dünya,
Yaman olsa da sonu.
Nəzərə al ki bunu,
Səni yaratdı fərqli
Yaradan uca, əla.
İnsanlar şükr edirmi
Gələn də bu dünyaya?
Cahan böyük bir dərya,
Bəzən həqiqət kimi,
Bəzən də xülya, röya...
Təhlükədir hər anı...
Üzə bilirmi hamı
Ömür məsafəsini?
Kimisi yarı yolda
Batır gedir dərinə...
Kimisi üzür sona
Qurtarır səfərini...
Yer kürəsi adlanan
Qayığa minmiş hamı.
Bəzən nəhəng dalğalar
Hücum çəkir üstünə,
Fəqət qoruyan vardır.
Nə sənin gücün çatar,
Nə mənim gücüm çatar
Qayığı batırmaqçın
Lap girsək də qəsdinə...
Ömür məsafəsinə
Çatmaq üçün hamıya
Yer kürəsi adlanan
Bu qayıq çox əzizdir.
Əsrarəngiz sahilə
Yetmək üçün indi o
Yeganə yol, bir izdir...






GÜNAHLARLA BARIŞIRIQ

Keçir illər axarıyla, sel-sulara qarışır,
Yağış yağır gözümüzə,
gözümüzdən üzümüzə.
Köks ötürüb udqunaraq dayanırıq,
Qəmlər çökür köksümüzə...
Biz də bu yer kürəsində
yurd salırıq özümüzə.
Içimizi çıxarıb bəzən deyirik üzə.
Şər-böhtanı atanlardan danışırıq,
deyirik.
Danışırıq qarışırıq...
günahkar axtarırıq,
Bəzən olur səhvləri də doğru bilib
günahlarla barışırıq.
Yalanlarla sarmaş-dolaş yaşayırıq,
Tamah da ki, dad aman!..
nəfsə bulaş yaşayırıq.
İnsan oğlu, gəl bir baxaq ömrümüzə,
Altmış, yetmiş, lap olsun da yüz əlli...
amma dünya fani-hədər,
Heç kəsə də qalmır, bəlli...
Doğru yoldur, səxavətdir
ömrümüzün qiyməti,
unutmayaq qiyaməti!..


Hazırladı:
Niftalı Göyçəli

Geri dön