Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan türkcəsi Dağistanda dövlət dili olacaq
Azərbaycan türkcəsi Dağistanda dövlət dili olacaq |
Dağıstan Respublikasında yaşayan 32 xalqın hər birinin dili dövlət dili statusu alacaq.
Bu barədə Dağıstan prezidenti Ramazan Abdulatipov Rusiya Elmlər Akademiyasının Dağıstan Elm Mərkəzində keçirilən iclasında deyib. İclasda çıxış edən institutun direktoru Maqomed Maqomedov da bildirib ki, ölkədə yaxın günlərdə komissiya yaradılmalı, “Dağıstan Respublikasının xalqlarının dili” haqqında qanun qəbul olunmalıdır: “Qanun qəbul olandan sonra Dağıstanda olan hər bir xalqın dili dövlət dili kimi qəbul ediləcək. Məktəblərdə hər bir xalqın dili tədris olunacaq”. Dağıstanda yaşayan həmyerlimiz, Beynəlxalq Gülüstan Ədəbiyyat İttifaqının prezidenti Tahir Saleh Lent.az-a açıqlamasında bildirib ki, dövlət dili statusu alacaq 32 dil arasında Azərbaycan dili də var. Geri dön |