Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İspaniyalı deputat: Ermənistan BMT qətnamələrinə əməl etmir
İspaniyalı deputat: Ermənistan BMT qətnamələrinə əməl etmir |
Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İspaniya Parlamenti üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Z. Əsgərov deputatların NATO, AŞPA kimi nüfuzlu beynəlxalq qurumlarda görüşdüklərini, Avropa İttifaqı çərçivəsində yaxşı əlaqələrin olduğunu bildirib. Z. Əsgərov parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, ölkələr arasında daha sıx və çoxşaxəli əməkdaşlığın inkişafı üçün parlamentarilər hüquqi bazanı daha da genişləndirməlidir. Dağlıq Qarabağ problemindən ətraflı söhbət açan Z. Əsgərov ispan deputatların nəzərinə çatdırıb ki, Ermənistanın təcavüzkar mövqeyi hələ də davam edir, son həftələrdə erməni tərəfi atəşkəs rejimini dəfələrlə pozub, sərhədyanı bölgələrdə itkilərimiz var: “Bədnam qonşularımız 1988-ci ildən bu günədək Azərbaycan ərazisində yüzlərlə terror hadisəsi, 1992-ci ilin 26 fevralında isə Xocalı qətliamını törədiblər”. O, Ermənistan rəhbərliyini daim siyasi və dini ekstremizmi dəstəklədiyini qeyd edib. Görüşdə nümayəndə heyəti adından fikirlərini bölüşən İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə komissiyanın təmsilçisi Xose Maria Çikiyo Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını qeyd edərək qarşılıqlı səfərlərin intensivləşməsi vacibliyini vurğulayıb. Hazırkı səfərdən məqsədin Azərbaycan reallıqlarını öz gözləri ilə görüb həqiqəti anlamaq olduğunu deyib. Qonaq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu, Xocalı faciəsi barədə məlumatlıdırlar: “20 ildən çoxdur, Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etmir”. İnsan hüquqlarının qorunması vacibliyinə toxunan X. M. Çikiyo qeyd edib ki, Azərbaycanın qaçqın və köçkünləri yalnız ev-eşiyini itirməyib, eyni zamanda psixoloji travma alıbdır: “Biz o travmanın aradan qaldırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni etməyə hazırıq. Onu da nəzərə çatdırırıq ki, parlamentlərarası əlaqələrimizin möhkəmlənməsi İspaniyanın iri şirkətlərinin də Azərbaycana gəlişinə yol aça bilər”. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |