Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Dövlət rəsmisinin jurnalistə cavavı
Dövlət rəsmisinin jurnalistə cavavı |
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Prezident İlham Əliyevin sərəncamı əsasında Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binasına çəkilən xərclərin şişirdildiyi barədə iddialara münasibət bildirib.
AzPolitika.info-nun araşdırmasında bildirilirdi ki, bir neçə ay əvvəl jurnalistlərə paylanan 2 bloklu, 17 mərtəbəli binanın tikintisi və təmirinə KİV-ə Dəstək Fondunun maliyyə hesabatında göstərildiyi kimi, 22 milyon manatdan artıq vəsaitin xərclənməsi real görünmür. Lakin Fond bu iddiaları qəbul etmir və irad bildirir ki, jurnalist araşdırma apararkən binanın tikintisi və təmirindən əlavə görülən işlərə çəkilmiş xərcləri nəzərə almayıb, həmçinin tikintinin sahəsini xeyli az göstərib. Fondun icraçı direktoru Vüqar Səfərlinin məktubunu oxuculara təqdim edirik. “AzPolitika.info saytının redaktoru cənab Elnur Məhərrəmliyə Saytınızda 04.02.2014-cü il tarixdə yerləşdirdiyiniz “KİV-ə Dəstək Fondunun sensassiyalı hesabatı: jurnalistlərin 2 otaqlı mənzili dövlətə 143 min manata başa gəlib!” başlıqlı yazıda böyük yanlışlıqlara yol verilmişdir. Odur ki, real faktları oxucularınıza çatdırmaq üçün aşağıdakı məlumatların verilməsini zəruri hesab etdik. Sizin əməkdaşınız yazıda reallığı əks etdirməyən və qərəzli şərhlər verməklə, oxucuları yanlış istiqamətə yönəltmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, yazıda adları çəkilən konkret şəxslərin binanın tikintisini aparan “PORTOS” MMC ilə heç bir əlaqəsi yoxdur. Binanın tikinti sahəsinə gəldikdə isə, burada böyük yanlışlığa yol verilmişdir. Belə ki, binanın ümumi sahəsi 21.514 m2 olduğu halda sizin əməkdaşlar öz hesablamalarında binanın yalnız 12.500 m2 -lik yaşayış hissəsini nəzərə almış, 9 min m2 çox sahəni hesaba almamışlar. Elə buna görə də binanın hər m2 çəkilən xərc barədə fantastik rəqəm göstərmişlər. Bu və digər istiqamətlər üzrə apardığınız araşdırmalar da həqiqəti əks etdirmir. Binanın tikintisinin xərclər təsnifatını əks etdirən məlumatları sizə təqdim edirik: Tikinti xərclərinin təsnifatı Tikintinin ümumi dəyəri – 22.396.316 Ədv-siz dəyəri – 18.979.928 Ədv – 3.416.388 Tikintinin ümumi sahəsi – 21.514 m² Mənzillərin ümumi yaşayış sahəsi – 12.178 m² Zirzəmi – 2152 m² I mərtəbə – 1076 m² Mansard – 1076 m² Lift,koridor,pilləkən marşı,keçidlər – 5032 m² 1) Tikinti sahəsindən ayrı olan işlər Şaquli planlaşma – 760237 AZN Yaşıllaşma – 88518 AZN Səkilər və yollar – 129035 AZN Su kanalizasiya – 50754 AZN Qaz – 251675 AZN Su anbarı – 93928 AZN Nasosxana – 66818 AZN CƏM – 1.440.966 AZN 2) Elektrik padstansiyası xarici kabel və rabitə – 1.147.152 AZN (1000 KW 2 ədəd) 3) Fasad hissəsi Polirutan – 1.527.776 AZN 4) Müvəqqəti bina qurğular və nəzərə alınmayan xərclər – 741.800AZN 5) Vergi (əmlak və mənfəət) – 872.750 AZN 6) 17 mərtəbəli yaşayış binası 17. 210m2 + 2 mərtəbə zirzəmi 2.152 m² + mansard 1.076 m² – 13.249.484 AZN Hörmətlə, icraçı direktor V. Səfərli” Geri dön |