Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kocaeli şəhərində Türkiyə-Azərbaycan münasibətlərinə həsr olunmuş konfrans keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Kocaeli şəhərində Türkiyə-Azərbaycan münasibətlərinə həsr olunmuş konfrans keçirilib

Kocaeli şəhərində Türkiyə-Azərbaycan münasibətlərinə həsr olunmuş konfrans keçirilib


Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təşkilatçılığı ilə Kocaeli şəhərindəki “Sabançı” mədəniyyət mərkəzində “İnkişaf edən və dəyişən dünyada Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, TADF-in sədri Bilal Dündar, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvləri Şuay Alpay, Yusuf Halaçoğlu, Əli Özgündüz, Kocaeli valiliyi və bələdiyyəsinin rəhbərləri iştirak ediblər.
Qənirə Paşayeva bildirib ki, qardaş Türkiyədə müstəqilliyimizin XX ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi yüksək səviyyədə olan əlaqələrimizin hazırkı vəziyyətini və birgə fəaliyyətimizin perspektivlərini dəyərləndirmək baxımından çox önəmlidir. Bizim ölkələrimiz hər zaman bir-birinə dəstək olmuş və bu gələcəkdə də davam etməlidir. Türkiyənin gücü bizim də gücümüzdür. Ümidvaram ki, gələcək nəsillər bizdən daha çox həmrəy olacaq və ortaq gələcəyimiz üçün daha çox səy göstərəcəklər.
TADF-in sədri Bilal Dündar çıxışında vurğulamışdır ki, Türkiyənin Qurtuluş Savaşında ilk köməyə yetişən də, bu ilin oktyabr ayında Vanda baş vermiş zəlzələdən sonra ilk yardım göndərən də qardaş Azərbaycan olub.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov tədbirdə çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin tarixi, bu günü və perspektivlərindən danışıb.
Türkiyənin millət vəkili Yusuf Halaçoğlu Xocalı soyqırımı, Qərbin bu və digər qətliamlarla bağlı ikili standartlarından, qondarma “erməni soyqırımı” təbliğatının saxta olmasından ətraflı bəhs edib.

Geri dön