Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Telman Dəmir-in Əli Kərim haqında poeması
Telman Dəmir-in Əli Kərim haqında poeması |
Ayrılıq
(poema) Biz qapıda dayandıq, Titrək barmaqlarımla Asta döydüm qapını. Gözlükdən baxdım içəri, Heç nə görə bilmədim, Nə kölgə, nə qaraltını. Susdum, kimsə qapı dalından -Kimdir? – deyə astaca pıçıldadı. Sonra da taxta nimdaş qapı Asta-asta açıldı. Görən kimi o məni Kirpiyini çalaraq Hönkür-hönkür ağladı. Bir neçə an tutuldum, Onun hıçqırıqları Ürəyimi dağladı. Təkcə dodaqlarında - Sənsən? – sözünü dedi. Qapını açaraq Bizi otağa ötürdü... Tanış etdim Zümrüdü, Qucaqlaşıb öpüşdülər. Elə bil ki, yüz ildi tanışdılar, İllər arxasından gəlib onlar, Təzədən görüşdülər. Üç körpə görüb bizi Min təlaşa düşdülər. Zümrüdlə hər üç oğlan uşağı Ən doğma adam təki Öpüşüb görüşdülər. Yarı zirzəmi otaqda, Yorğun lampa işığında Dayandıq biz lal kimi. Biz də yorğun yolçu tək Baxışdıq xəyal kimi. Başını saldı aşağı, Sanki günahkar kimi Bizdən ayrıldı, Hər üç oğlan uşağı... Bir il idi gəlmirdim, Tanıdığım, oxuduğum Məşhur kitabın ilk səhifəsini Oxumağa qorxurdum. Axı ondan sonra mən Asfalt yollara - Bu ünvana uzaqdan baxırdım. Qoçaqlığım çıxıb yaddan, Tüstüsüz, alovsuz Alışıb yanırdım, ancaq Qorxmurdum oddan. Çay gətirdi o bizə, Masa arxasında Dayanmışdıq üz-üzə. İyirmi doqquz illik Qara şəvə saçları Ağarmışdı necə də! Cüt o qara gözlər Batmışdı sanki Qaranlıq gecədə Dəniz dərinliyində... İtmişdi elə bil ki, Otağın şirinliyi də. Otağın küncündə Kitab rəfindən Boylanırdı Heminquey, Onunsa boynundakı Alabəzək şarfdan Görünürdü Yana daranmış, Sıralanmış saçları. Bir də, bir də Dişləri arasından Görünürdü həzin təbəssümü, Baxdıqca itirirdim özümü. Təbəssümü içində Bir kədər də var idi. Qəmli o baxışlarda Bir səhər də var idi. Hamı susmuş, danışmır, Xəyal qaçmış uzağa. Elə bil ki, düşmüşdük Sibirdəki sazağa. Elza pozdu sükutu, - Artıq nə etmək olar!? Ötüb keçən araya, Allah ömür versin, Böyük Rəsul Rzaya! Düzəldib məni işə. Fikirlərim dağılır, Başım qarışır kitablara, Yol getmirəm keçmişə. Paşa, Azər böyüyür, Orxan da dingildənir, Süleyman babasın görür. Qapı dalında gizlənir... Bu an qapı döyüldü, Gəldi Süleyman kişi, Bizi görən tək onun Sanki, artdı təşvişi. - Nə yaxşı qonağın var! Çoxdan görünmür gözə. Nə əcəb, xanımıyla O, qonaq gəlib bizə! Salamlaşıb, görüşdük, Dayandıq lap üz-üzə. Keçmişləri bölüşdük, Söz calandı təp-təzə. Həyəcanlı anlarda Danışmaq da çətindir. Keçən hicranlı günlər Mənim də qismətimdir... Dünya vəfasız imiş, Ömrün vəfası buymuş! Uzaqdan baxmaq ilə Kimlər bu hissi duymuş!.. * * * Oxumağa gəlmişdim Darülfünə, Bakıya... Kəndçi bir bala idim Yel əsirdi başımda, Binalara baxırdım Xəzər də yaddaşımda. Uzun saçlı oğlanlar Şalvar geyən qızlarla, Mavi buludlar kimi Sıxlaşıb, toqquşurdular, Nabələd fikirlərsə Beynimdə çaşırdılar. Qəribə, gözlənilməz Havalar da olurdu, Şeir yazmaq həvəsim Başıma tez dolurdu. Uydururdum sözləri Xəzərin nəfəsinə. Qafiyələr, rədiflər Tapırdım hərəsinə... “Ulduz” jurnalı alıb Ünvanını öyrəndim. Təzə şerlərimlə Həmin ünvana gəldim. Məni çoxu dinlədi: Məmməd, Tofiq dinlədi. Şerləri qaytarıb Məni yola saldılar. Məndən hayif aldılar. Dedilər ki, zəifdir, Hələ şeir deyildir. Biri kobudca dedi: - “Sən sərsəmsən, Yazdıqların veyildir”. Kor-peşiman addımladım Bir baxçanın içinə. Dəli şeytan dedi ki, Heç nə alma vecinə!... Baxçada oturacaqda Xeyli xəyala daldım. Ötən gün şeirlərin Bir-bir yadıma saldım. Bu an başım üstündə Parladı yeni şimşək. - Çox da rahatsız olma,- söylədi o, Bir an gülümsəyərək. - Hamısı zəif deyil, Bəzisi açıb çiçək. Yaxşı yazmaq üçün sən Çoxlu oxuyasan gərək! Sonra əlin uzadıb, - Əli Kəriməm, - dedi. Adıma qafiyə de! - Bəli, dərdi sərimsən,- dedim. Xeyli gülümsəyərək Əlimi bərk-bərk sıxdı, Sonrakı dostluqlarda Hər şey yadımdan çıxdı. O anlar, o zamanlar Onun yanına gələrdi Biri Vaqif İbrahim, Biri – Adil Rəsul, Biri də Sarı Vaqif... Hərəsinin öz yeri, Hərəsində bir üsul. Biri əməldə vaqif, O birisi günlərə. Mən də ölçüb biçirdım Sözlərimi min kərə... Çox uzun yaşamadı... İndi sükut içində Unutmuram o adı... Şeir də gəldi, getdi, Şair də gəldi, getdi. İlahinin işidi, Taleh gör nələr etdi!.. Bir poema üstündə Ona nələr dedilər... “Bir santimetr balladayla” Onu ləkələdilər. İşdən azad etdilər, Ağır oldu dərd ona İçində çəkdi dərdi. Ədalətsiz hökmlər Həyata itki verdi... Ayrılıq da, itki də Bu şeirə vida dedi. Təhlükəli baxışlar, İstedadları yedi!!! Bircə ona şadam mən, Ona dediyim sözlər, Oxuduğum şeirlər, Sonradan yerin tutdu. Ona kim qurğu qurdu Həyat özü onları Yer üzündə unutdu... Ancaq Əli qəlblərdə Yaşayır çiçək kimi. Şeiri gənc dodaqlarda Səslənir ürək kimi... O, çox çətin yaşadı, O, nigaran yaşadı Susdu, yandırdı özün Hadi kimi sözüylə Kor etdi çoxunun gözün. Ürək dostu olanlar Ona məhrəm oldular. Zatı xilaf qalanlar Adıyla adlandılar... * * * Ürək dostu – bir nəfər Ona qardaş demişdi. İnamla, əqidəylə Etibarlı, məqsədsiz Ona can-baş demişdi. İnanıb istedadına, Qələminə, adına Şübhəsiz imkanlara, Müqəssir adamlara Baxaraq maddım-maddım, Ürəyi yana-yana Baxıb bahara, yaza Ona qardaş – demişdi Böyük şair Rəsul-Rza! Ağli-qaralı günlər Ötürdü yavaş-yavaş. Sınıq könlü olanı Necə qorusun qardaş?! Ən böyük qardaşısa, Böyük Fikrət Qocaydı. Sanmayın onun boyu Kimlərdənsə ucaydı. Əqli Kamil insandı Yoldaşlar arasında. Az görünərdi gözə, Bəzən itib batardı Şerinin sırasında. Fikrət Sadıq da yaxın, Lap yaxın qonşu idi. Uşaqlarçün yazardı, Çiyninə ədalətli Bir nəfəs qonmuş idi. Haqqa inanardı Əli, Baş əyməzdi heç kimə. Nə Calala baş əydi, Nə də pullu Rahimə. Dərdi çəkdi içinə, Heç kəsə dərd vermədən Gizildədi, sızladı Heç bir dosta demədən. Onda qüsur yox idi, Əhməd cavadınkı tək, Müşfiqi düşünərdi, Cavid tək üşünərdi Düşünüb qüsur haqda Susur, susurdu o, Sinəsində bir ürək. Suallar və cavablar Qalırdı qüsur kimi. Qəlbində iztirablar Susdururdu qəlbini. Əziz bacım Elza da Düşünürdü, susurdu. Sanki müqəssir idi, Cavabları udurdu... Ədalət axtaranlar Sübut, dəlil tapmırdı. Bu an Əli Kərimdə Sanki, nəsə çatmırdı... Ürəyimlə deyirəm Bu sözləri indi mən. Həqiqəti deyirəm, Ədalətlə deyirəm: -Çıx qəlbimdən qalmasın Böyük kədər Böyük qəm! Qoy qalmasın içimdə... Sərdar Əsəd dərdi də Əliyə bir yük idi. Sərdarın faciəsi Hər işdən böyük idi, Saxlayırdı içində, Heç kimə söyləmirdi. Sanki susmağı ilə Çox şeylər gözləyirdi. Gizlədirdi içində Neçə qəmi, kədəri. Beləcə o, açırdı Gecələrdən səhəri. Həmişə düşünərdi, Paşa, Azər Orxanı... Onların gələcəyi – Onların görəcəyi Yenilməz bir quş kimi Düşündürərdi Elzanı. Əlininsə sükutu Ovutmazdı insanı... *** Oğlanlarla oynayır Atılıb düşər Əli. Çətin günlər çox olub... Məgər cinayət olub? Yalandan söyləyəkmi? Sonu bəraət olub: - Bəli! Ona ittiham yoxdur, Ona bəraət ola! O böyük şair idi, Xalqa xidməti olan! O hər dərdə dözürdü, O, özünü üzürdü... İçindəki ağrılar Onu doğrayır, kəsir. O isə durub dözüb Heç kimə söyləmirdi. Bəlkə düşünürdü ki, Ömrün son anlarıdır... Bəlkə düşünürdü ki, Bütün bunlar hamısı Allahın fərmanıdır. Haqqa qənim çıxanlar, Ədalətli, insanı Nahaqdan yandıranlar Hər an düşünürdülər, Onların dövranıdır. Ancaq çoxu bilmədi, Kəsiləntək səsləri, İtəntək nəfəsləri Unudulacaqdır onlar, Pozulacaqdır onda O zamankı qanunlar... Əsil insandan isə Qalacaqdır nəğmələr. Qaranlıqlar düşsə də, Açılacaq al-səhər Deyər, gülər, danışar Onun haqda nəsillər, Canlanar xatirələr!... O sevirdi torpağını, Sevirdi Vətənini, Sevirdi həm gəncliyi. Ailəsini sevirdi, Üç oğlunu sevirdi, Canından əziz, Canından artıq olan O, onları bilirdi. -Gəl Azərim,- deməklə Canı fəda verirdi. O sevirdi Xəzərin Sahilində gəzməyi. O sevirdi Göyçayın Çaylarında çimməyi. Gecələr çıl-çıraqlı Bakı küçələrində İşıqlara baxardı, Xumarlanıb durardı. Qırmızı, yaşıl, sarı İşıqforu seyr edər, Ümüd çıraqlarıyla Mənzilinə o gedər. Xəzərin sahilində Qum üstə gəzinərdi. Suların sahilində Qağayılara baxar, Qəlbi onlarla birgə, Sevinər əzizlənərdi. Bir gün öz qələmini Qağayılara da atdı. Elə düşündüm bu an O faciə yaratdı. Bil ki, daha yazmıram, Söylədi o dənizə. Dəniz kükrədi- daşdı, Ləpələr hönkürləyib, Lap yaxın gəldi bizə. Qələm batdı sularda, Kağız olmadı orda, Yazıb şeir yaratsın. Əgər kədər gələrsə, Əzrayıl ölüm desə, Bax, ona güllə atsın. Baxışlardan ayrıldı, Duruşlardan ayrıldı. Tələsdi sevgisiylə Görüşsün, ayrılmasın! Xoş bahar müjdəsiylə Görüşsün, ayrılmasın! Anasının səsiylə Yazsın təzə şeirlər. Hərdən belə deyirlər Düşünsün, ayrılmasın! Eh, mənim də xəyalım Sərsəmləyir rüzgar tək, Nə istəsən sən düşün, Gör, nələr edir fələk?! İndi lalam, dinməzəm, Töyşüyürəm paravoztək. Elə bil ki yad deyil, Qışın orta çağıdır, Körpə fidan kimi üşüyürəm Lap kimsəsiz insan tək... Sıxır məni qüssə, qəm, Dolanır bütün aləm; Yadıma saldıqca Olub keçəni, o qara gecəni, ağır gecəni Quruyur dodağım, Yanır yanağım, Keçir bir rüzgar... Məndən əl çəkməyir, Köhnə yuxular... Ayrılıq ölümdən Ağırmış – ağır, Ayrılıq ölümdən Betərdən-betər! İndi həsrət, ümid De, kimə yetər? Səmada ulduzlar Bir-birini çağırır, Necə pıçıldayır Biri-birinə. Biri batır- gedir, O biri də qalxır, Ayın yerinə... Tənhalıq da yamanmış! Ay, mənim Elza bacım, O bizi atdı, getdi... Bax, o canı yanmış Bizi aldatdı, getdi. Rəsul Rza sarsıldı Onun bu itgisindən... Ancaq o şux dayandı. Ayrılmadı bizlərdən- Azəri ölkəsindən. Anar Krımda idi, Gəlib çata bilmədi. Yazar ömrü belədi, Sonra gəlib çıxsa da, Heç vaxt üzü gülmədi. Bizimlə birgə getdi, Rəsul Rza o günü. Əlini biz dəfn etdik, Boz dağın ətəyində!.. Eh, o görə bilmədi Paşanın toy-düyünün. Ancaq neçə gün qabaq Görmüşdü Əzrayılı. Vəsiyyət də yazmışdı Dostlarına o ki, var, Biz də yaxın qoymadıq. Qoymadıq ki, qəşş edər Bax, o körpə fidanlar... * * * Lalə rəngi geyibdir, Bax, bu günkü gecəmiz. Sabahın baxan gözü Bizi necə gözləyir? Gəzdiyimiz küçəmiz Onsuz bizi izləyir. Mən şəfa verməyirəm Heç kimə, heç bir zaman. Məsləhətsə verməyə, Hazıram dayanmadan... Elza bacım böyütdü, Üç oğlunu atasız... Hər biri alim oldu, Əlinin istəyincə. Arzular da doğuldu, Əlinin istəyincə. Paşanın oğlu Əli Qururla gəzir indi, Nənə nəvəyə baxıb, Gör, nə qədər sevindi. Hər üç oğul atadır, Fərəhlidir həyatı. Hamısının baxışı, Atasının arzusu, Yüz şeir nəqaratı, Kaş ki, gələ biləydi, Kaş ki, görə biləydi Əli Kərim bu günü! Bax, qəlbi isinərdi, Ovudardı könlünü, Uzadardı ömrünü. Təzə şerlər yazıb Nəğmələr bəsləyərdi, Dostlarını bu anda Xoş günə səsləyərdi. Ancaq indi Göyçayda El gəlir ziyarətə, Əli baxır, səsləyir Hamını səadətə... Əli Kərim parkı da Əllərə çiçək verir. Qızıl şəfəqli günlər Hamıya ürək verir... Telman Dəmir 30.06.09. Geri dön |