Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankara İsraillə barışmaq üçün ciddi şərtlər irəli sürdü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Türk dünyası-Turan > Ankara İsraillə barışmaq üçün ciddi şərtlər irəli sürdü

Ankara İsraillə barışmaq üçün ciddi şərtlər irəli sürdü


Ankarada İspaniyanın baş naziri Mariano Rajoy ilə mətbuat konfransı keçirən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailə barışmaq üçün çox ciddi şərtlər qoyub.
Bununla da Ərdoğan daha öncə "İsraillə barışığa həddindən yaxın" olduqlarını deyən xarici işlər naziri Əhməd Davudoğlunun dediklərini təkzib edib.
Türkiyə baş naziri mətbuat konfransında deyib: “İsraillə “Mavi Mərmərə” danışıqlarında hələ müəyyən bir razılığa gəlməmişik. Bir “üzr” məsələsi vardı, bu reallaşdırıldı. Təzminat məsələsində açıqlamalar verildi. Embarqonun (təhrim) qaldırılması məsələsi də var idi. Embarqo qaldırılmadan heç bir şey olmaz”,- deyə Ərdoğan əsas şərt kimi Qəzza sektoruna qoyulan embarqonun aradan qaldırılmasının əsas şərt olduğunu vurğulayıb. “Qəzzaya embarqonun qalxması və bunun yazılı bir protokola təsdiqlənməsi lazımdır. Yaxşı niyyətin qeydiyyata girməsi gərəkdir”.
Daha sonra o, 7 avqust 2010-cu il tarixdə İsrail əsgərlərinin Fələstinə humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumundan danışıb: ““Mavi Mərmərə” gəmisində kimsənin əlində silah yox idi. Amma silahlı İsrail əsgərləri beynəlxalq sularda 9 vətəndaşımızı şəhid etdilər”.

Geri dön