Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək


Bakı və Abşeron yarımadasında dekabrın 6-da gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 5-dən 6-a keçən gecə yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, havanın temperaturu gecə 2-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 6-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 7-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz əsasən dekabrın 6-dan 8-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Geri dön