Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Narkomaniyaya qarşı mübarizədə Valideyn Müəllim Assosiyasının (VMA) birgə fəaliyyəti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Gənclik > Narkomaniyaya qarşı mübarizədə Valideyn Müəllim Assosiyasının (VMA) birgə fəaliyyəti

Narkomaniyaya qarşı mübarizədə Valideyn Müəllim Assosiyasının (VMA) birgə fəaliyyəti


Narkotika ilə mübarizədə VMA-nın fəaliyyətinin aktivliyi xüsusi qeyd olunmalıdır. Uşağın hansı yolla getməsində valideyn və müəllimin təsiri danılmaz olduğu kimi onların birgə fəaliyyəti də həlledicidir:
• VMA –nın fəaliyyət proqramında narkomaniyaya qarşı mübarizə tədbirləri öz əksini tapmalı, konkret tədbirlər həyata keçirilməlidir.
• VMA yetiyetmələrin narkomaniyaya meyilliyinin səbəbini ilk olaraq ailədə axtarmalı, valideynlərin məktəblə əlaqəsini möhkəmləndirilməsi təmin edə biləcək tədbirlər hazırlamalıdır.
• VMA – nın təşkilatçılığı ilə yetkinlik yaşlı məktəblilər vaxtaşırı məcburi müayinədən keçirilməli, müayinədən yayınma hallarının qarşısı alınmalıdır.
• “Narkonomiyaya və Narkobiznesə qarşı Mübarizə Günü” məktəblərdə də xüsusi qeyd olunmalı, valideynlərin, digər müvafiq təşkilatlar tədbirə cəlb olunmalı, şagirdlərin tədbirdə fəal iştirakı təşkil edilməlidir.
• Narkotika qəbuledicisinin gizlədilməsi hallarına da qarşı barışmazlıq olmalı, aşkar olunan kimi müalicə tədbitləri görülməlidir. Yeri gəlmişkən, Rusiyada da narkotikdən istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək anlayışı yoxdur. Onlara iki yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə olunmaq, ya da azadlıqda könüllü müalicəyə razılaşmaq.
• VMA hər bir yeniyetmənin ətrafını, yoldaşlıq, dostluq etdiyi uşağı da diqqət məkəzində saxlamalı, yeri gəldikdə ondan müsbət təsir vasitəsi kimi istifadə etməlidir.
• Məktəb direktorları, psixoloqları və tərbiyə işləri üzrə direktor köməkçiləri bu mövzu ilə bağlı iclaslarda və tədbirlərdə fəallıq göstərməlidirlər.
• VMA İcra Hakimiyyətləri aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibiləri, “Narkomaniyaya Qarşı Mübarizə İctimai Birliyinin” nümayəndələri ilə məktəb arasında əlaqəni gücləndirməlidir.

• Məktəb psixoloqlarının və yuxarı siniflərlə işləyəcək sinif rəhbərləri narkomaniyaya meyilli yeniyetmələrlə iş sahəsində xüsusi təlim kurslarından keçmələri vacib məsələlərdəndir. VMA- nın tərkibindəki valideynləridən də bu sahəyə yönəltmək imkanlarından istifadə mümkündür.
Məlumatın təqdimi mühüm əhəmiyyət kəsb edir. Təqdimin emosionallığı, vahiməsi gələcək bəlanı, faciəni qabaqcadan göstərə bilməlidir.
• VMA- nın KİV –də öz yeri olmalı, özünə aid mətbu orqanı, televiziya verilişi və internet səhifəsi olmalı, valideynin və ya şagirdləri abunəçi olmağa və həmin verilişlərin izlənməsi, mümkün qədər yaxından iştirakına nail olmaq əsas məsələlərdəndir.
• Konkret faktlara əsaslanan materiallar isə kəskin təsirə malik olduğundan belə materialları axtarıb, dəqiqləşmələrdən sonra daha çox qabartmaq tərbiyəvi təsir vasitələrindəndir. Məsələn, Narkoman modelin dəhşətli görüntüləri
"Vətəninfo.az"ın məlumatına görə, 22 yaşında olarkən Strauss Amerikanın ən öndə gedən manikenlərindən olub. Gözəlliyi və forması ilə ad çıxarıb. Lakin indi, 28 yaşında ailəsinin dediyi kimi metamfetaminlə mübarizədə məğlub olur.
“Metamfetamin kimyəvi narkotik maddədir. Tərkibində adrenalin var, ona görə də əsəb sisteminə güclü təsir göstərir, göz bəbəkləri genişlənir, ürək sürətlə çırpınır.”
Onu narkotikdən xilas etmək üçün ailəsi Dr Filə müraciət edib. Lakin Strauss dəfələrlə xəstəxanadan qaçaraq küçələrdə yaşayıb.
Ailəsi deyir ki, 2007-ci ildə modelin ən yaxın dostlarından biri dozadan artıq narkotik qəbul etdiyi üçün ölüb. Ondan sonra daha da əzab çəkən model narkotikdən ayrıla bilməyib. İndi bir zamanlar Amerikanın bir nömrəli gözəllərindən olan Jaelin dişləri laxlayır, bədəni isə yaralarla örtülüb.
• Daha yaxından tanıdıqları adamların son aqibətini dəqiq faktlarla nümayiş etdirmək də bu qəbildən olan tədbirlərdəndir. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov azadlığa buraxılıb.
Qeyd edək ki, aktyorun oğlu 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə 6 il həbs cəzası almışdı. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnmişdi. Rəhmanov həm də müğənni kimi fəaliyyət göstərib, 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub. Publika.Az-a danışan aktyor oğlunun sağlam həyata Evə qayıtmasına görə çox sevindiyini dedi:
- Allah mərdimazara lənət eləsin, oğlum vaxtı ilə “kruqa” düşdü, narkotikdən istifadə etdi, həbsdə yatdı. İndi şükür Allaha, azadlığa buraxılıb, narkotikdən malicə olunub, namaz qılır. Artıq müğənni kimi də fəaliyyətə başlayır. 6 yeni mahnı yazdırıb, efirlərə çıxacaq.
• Uşaqların güclü tərbiyəvi təsirə malik KİV-ə cəlb olunmasının və davamlı təşkili üzərində xüsusi dayanılmalıdır. Maarifləndirmə xarakterli, narkotikaya qarşı barışmazlıq, narkomanlığın acı nəticələrini ifadə edən, iradi keyfiyyətlərin aşılanmasına, formalaşdırılmasına xidmət edən verilişlərin, qısa metrajlı sənədli, bədii, cizgi filimlərinin nümayişinin və təhlilinin, həmin materialların yayılmasının, hər ailəyə çatdırılmasının ( disklərdə və s.) təşkili əsas məsələlərdəndir.
• Məktəblərdə həmin mövzunu əhatə edən plakat və foto, rəsm, karikarura sərgilərinin, eyni zamanda məktəblilərin də həmin sərgidə iştirakının təşkili, bu mövzuya həsr olunmuş musiqi festifalları, musiqi gecələri, məktəblilərin yaxından iştirakını, müəyyən bədii əsərlərin səhnələşdirilməsi də bu baxımdan əhəmiyyətlidir. Unutmaq olmaz ki, musiqi ən güclü təsir vasitəsidir. Qədim Şərqdə dəli olmuş adamları musiqi ilə müalicə üsuluna üstünlük verilirdi.
• Valideynin valideynə təsirinin yaxşı səmərə verdiyini bilərək VMA bu vasitədən də yerli-yerində istifadə etməlidir.
“Vaxt itkisi” vermək istəməyən valideyn əksər hallarda övlad itkisi ilə üzbəüz qalırlar. “Uşaqlara vaxtınızı əsirgəməyin!” devizi altında keçirilən tədbirlər də bu baxımdan əhəmiyyətlidir. Əksər hallarda “uşağa vaxt tapa bilməyən” valideyinin sonrakı tədbirlər üçün həm artıq vaxt, həm maddi vəsait, həm də əmək sərf edir. Bəzi hallarda isə gecikmiş tədbirlər əhəmiyyətsiz qalır.
• Narkotika qəbul edən və alveri ilə məşğul olan valideynlərin uşaqlarının təsir altına düşmək ehtimalı (həm gələcək istifadəçi, həm də narkotika alverçisi kimi yetişməsi) daha çoxdur. “Sənin oğlun, qızın, sənə əziz və yaxın olan digər insanlar da satdığın narkotikanın istifadəçisi və ya alverçisi kimi dəhşətli bəlaya düçar ola bilər, həm də sənin dolayısıyla iştirakınla” fikrinin təbliğinə xidmət edən materiallar hazırlanmalıdır.
• Uşağın narkonomiyaya olan meyillərinin səbəbləri: ailə, yoldaş, kənar təsir, məktəb (yəni məktəbdəki təsir vasitəsi), valideyn laqeyidliyi aşkar olunmalıdır. Həmçinin irsiyyət müəyyən təzahürləri ilə başqa xüsusiyyətlərdə özünü göstərir. Ana bətnindəki zəhərlənmə valideyn günahının nəticəsidir. Sonrakı şərat də buna əlavə olunduqda xilas yolu daha da çətinləşir. Nəticəni aradan qaldırmaq üçün hökmən səbəb araşdırılmalıdır.
• Uşağa və valideynə təsir paralel aparılmalıdır. Əgər valideyn laqeyidlik edirsə və yaxud özü də bu yolun yolçusudursa uşağa təsir o qədər də əhəmiyyətli olmayacaq. Hərtərəfli təsirə: valıdeyn, məktəb, yoldaş və s. nail olmaq işi asanlaşdırar.
• VMA-nın iclaslarında müvafiq tədbirlər, gözlənilən və baş verən hadisələr (həm müsbət, həm də mənfi) müzakirə olunmalı, təklif və iradlar nəzərə alınmaqla müəyyən məsələlərin həlli yollarını axtarılmalıdır. VMA öz işini iclaslarla məhdudlaşdırmamalı, birgə tədbirlər planı hazırlamalıdır. Valideynlərin şəxsi təşəbbüsləri ilə məktəb tədbirlərinin sintezini əks etdirən guşələr yaradılmalıdır. Guşədə valideynlərin də iştirakı ilə narkomaniyanın fəsadlarını əks etdirən materiallar toplanmalıdır.
• Müalicə prosesində də ata-ana uşağa nəzarəti gücləndirməli, xəstənin qıcıqlarına, tutmalarına hazır olmalıdır. Bu işdə psixoloq və həkim xəstə ilə paralel valideynin də müəyyən istiqamətdə hazırlığına nail olmalıdır.
• VMA-nın iclaslarına lazım gəldiyi hallarda şagirdlər də dəvət olunmalıdır. Müəyyən müzakirələrdə iştirak etməlidir.
• Zahirən gözəl və cazibədar görünmək, sağlam olmaq hər kəsin arzusudur. Yeniyetməlik və gənclik dövründə bu arzunun xüsusən güclü olduğunu bilərək narkomanın şəkillərinin KİV- də, məktəb və sinif guşələrində müqayisəli verilməsi də yeniyetmələrə təsirin bir vasitəsi ola bilər.
• Əksər hallarda böyüklər tüfeyli həyat sürənlərdən uşağın uzaq gəzməsinə çalışırlar. Bu bir tərəfdən onun belələrinin təsiri altına düşmək, müxtəlif təhlükəli hadisələrdən uzaqda olmaq şansını yaratsa da belələrinin özlərini necə məhv etdiklərinin şahidi olmaq və ibrətamiz dərs almaq imkanı da verir.
• Narkomanların müalicə olunduğu obyektlərdən videolentlər hazırlamaq, onların acınacaqlı halını dana yaxından müşahidə edilməsinə şərait yaradılmalıdır. Məsələn, bu tip müalicə müəssisələrinə ekskursiyalar təşkil etmək, kamera, monitor quraşdırılmış otaqlardan xəstələri müşahidə olunmasına şərait yaradılmalıdır.
• Hər hansı hadisənin acı nəticəsini həmin hadisənin içərisində olan, o həyatı yaşayanlar, acısını çəkənlər daha yaxşı bilər və konkert faktlarla izah edə bilərlər. Bu baxımdan narkotika xəstələri, müalicə olunaraq həyata qaytarılanlar, həmçinin bu sahənin həkimləri və psixoloqları ilə görüşlər də təşkil olunmalıdır.
• “Yağış damcısı asvaltı deşir – müdrik kəlamını xatırlayaq. Yağış damcısı ona görə möhkəm asfaltı deşir ki: 1) həmişə eyni yerə düşür; 2) yağış vaxtaşırı yağır; 3) bəzən güclü, bəzən zərifliklə asfaltı döyəcləyir ( yəni həmişə eyni üsul və metod tətbiq olunmamalı, fərqli və rəngarənglik özünü göstərməlidir. Kəskin və mülayim üsulların hər biri sınanılmalı, xəstənin xarakterinə uyğun olanı tətbiq olunmalıdır. Əks tədqirdə münasibətlər pozulur, təsir əkstəsirə çevrilir. Məsələ kəskinləşir, aqresivlik, yoruculuq yaranır, şablon öz təsir gücünü itirir.
• Asudə vaxtın səmərəli təşkili də valideyn müəllim birliyinin tələblərindəndir.
• “Cinayətə gedən yol” rublikası altında yuxarıda sadalanan imkanlardan istifadə ilə narkotikanın ən qorxuc cinayət olduğunu uşağın beyninə həkk etmək vacibdir. Göruləcək cinayətə yol narkomanın bunun üçün pul tapa bilməməsi ilə başlayır. Əvvəlcə evdən, sonra küçədən oğurluq edir. Bu da alınmırsa, onda həmin xəstələr, xüsusən qadınlar insan alverçilərinin toruna düşürlər. İnsan alverçiləri dedikdə birmənalı başa düşülməməlidir. Qeyd etmək lazımdır ki, oğlanlar da bu və ya digər cinayətlərə sürüklənir, işçi qüvvəsi, muzdlu qatil kimi və s. istifadə olunma halları ilə istəmədiyi həyatı yaşamağa məcbur olunurlar. Bu mənada narkomanların sayının artmasında əsas səbəb təbii ki, ailədir. Ya pul həddən artıq çox olur deyə övlad rahatlıqla narkotiki alıb istifadə edir, ya da ailə həddindən artıq kasıb olur və övladına vaxt ayıra bilmir. Pul qazanmağın dalınca gedən valideyn övlada nəzarəti itirir, xəbər tutanda isə artıq çox gec olur. Təsirə düşmə halları da bunun üstünə əlavə olunduqda daha ağır nəticələr verir. Məktəb də bu məsələdə əhəmiyyətli rol oynayır. Valideynin və məktəb birliyinin uşaq üzərində nəzarəti olmalıdır.
• Dəstəkləyici mühitin yaradılması da unudulmamalıdır. “Öz övladlarımızla dost olaq”, “dosta kömək”, ”sənin dostun narkonomiyaya meyl edirsə...”, “ən güclü təsir vasitəsi sənin şəxsi nümunəndir” fikri yaradılmalıdır. Valideyin də müəllim də uşaq da narkotikanın qurbanına dəstək olmalıdır.
• Sənət, peşə seçimi baxımından da narkotika istifadəçilərinə qoyulan məhdudiyyətlər valideyn və şagirdlərin diqqət mərkəzinə çəkilməlidir. Hansı peşə və sənətdə işləmək arzusunun itirmək məsələsi üzərində dayanılmalı, konkret şəkildə narkotika istifadəçilərinin həmişə işsizlik problemi ilə üzbə-üz olduğunu konkret faktlarla sübut etmək, bu cür tədqiqata şagirdlərin və valideyılərin özlərini yönəltmək lazımdır.
• Əyləncəli gecələr təşkil etmək, bu zaman yeri gəldikcə “narkotika aləmi” nə həsr olunmuş materiallardan: mahnılar ifa etmək, səhnəciklər hazırlamaq, intellekt oyunların, foto, rəsm sərgilərinin təşkili, şagirdlərlə birlikdə valideynlərin də yaxından iştirakına nail olunmalıdır. Rəngarəng proqramlarla təşkil edilmiş tədbirdə yeri gəldikcə innovativ təlim metod və iş formalarına (kollektiv, qrup vəya cütlüklər) da müraciət oluna bilər. Düşündürücü tapşırıqlar da yerinə düşər. Məsələn, belə bir tapşırığa diqqəti yönəldək.
Tapşırıq iki formada: 1) boş xanalar verilir, uşaq - valideyn cütlüyü və ya qrupu lazım olan sözləri yazır; 2) söz və ya şəkillə ifadə olunan fikirlər uyğun yerə yapışdırılır. Qeyd edək ki, bu tip işlər şagirdlərlə tədris proseində də mövzuya və fənnə uyğunlaşdırılmaqla istifadə oluna bilər. Həmçinin məktəbin, sinif otaqlarının divarlarında bu səpkidə lövhələr asmaq təsirli tədbirlərdəndir.

• Narkotikaya meyil, qəbulu və s. kimi təhlükə halları aşkar edilmədiyi halda da bütün sadalananların qabaqlayıcı tədbir kimi tətbiqi əhəmiyyətlidir.
Bütün bunlarla yanaşı bir gerçəklik var: NARKOTİKA adlı bəladan xilas olmaq bu yoldan ilk addımda çəkinməkdən qat-qat çətindir, bəzən mümkünsüzdür. İstər valideyn, istərsə də dövlət bəla dərinləşəndən sonra əvvəlkindən daha artıq zəhmət, vaxt və maddı vəsait sərf edir. Üstəlik nə qədər uğurlu nəticə əldə etsə də sağlamlığın və bundan irəli gələn vəziyyətlərin əvvəlki kimi olması gözlənilməzdir. Hər yerdə narkotikanın – böyük bəla olduğunu əks etdirən lövhələr asılmalıdır. Uşağa əsasən yaxın olan canlı qüvvələrin: valideyn, müəllim, psixoloq və dost - yoldaş birliyi və ayrılıqda imkanlarından istifadə praktik olaraq öz müsbət təsirini göstərir.

Narkomaniyaya qarşı mübarizə tədbirləri

Narkotik maddələri istər qəbul etmək, istər gətirmək, istərsə də satmaq cinayət tərkibli əməldir. Əgər hər hansı bir cinayət tərkibli əməldə ilbəil artım varsa və bu getdikcə gəncləri və yeniyetmələri daha cox özünə cəlb edirsə onun qarşısının alınması yolunda profilaktik tədbirlərin görülməsi mütləqdir:
• Ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri (KİV), hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi ayrı –ayrılıqda deyil, əlaqəli fəaliyyət göstərməli, vaxtaşırı birgə müəyyən tədbirlər keçirməlidir.
• Qadağalar, qanunlar nə qədər möhkəm olsa da beyinlərə təsir vasitələri mexanizmi hazırlanmalıdır.
• Psixoloji yanaşma tədbirləri iki: narkotika qəbulediciləri və narkobiznes istiqamətdə aparılmalıdır.
• Bu sahədə güclü psixoloqların yetişdirilməsi faydalı tədbirlərdəndir.
• Narkotika qəbuledicisinin müalicəsinin, reseptinin pulsuz və məcburi aparılması olduqca vacibdir.
• “Narkonomiyaya və Narkobiznesə qarşı Mübarizə Günü” respublika səviyyəsində xüsuliə KİV- də geniş şəkildə qeyd olunmalıdır.
• Hər bir məktəbdə VMA yaradılmalı, narkomaniyaya qarşı mübarizə VMA –ın daim diqqəti mərkəzində olmalıdır.

Əsədova İlhamə
ARTPİ- nin elmi işçisi

Geri dön