Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan vilayətləri haqda (1)
Güney Azərbaycan vilayətləri haqda (1) |
XX əsrin əvvəllərində türkdilli Qacarlar sülaləsi devriləndən, hakimiyyət farsdilli Pəhləvilər sülaləsinə keçəndən sonra (Rza şahın səltənətə gəlməsindən başlayaraq) tarixi Güney Azərbaycan torpağı bir neçə yerə parçalanaraq müxtəlif əyalətlər şəklinə gətirilib.
Güney Azərbaycanın vilayətləri haqda məlumatları sizin diqətinizə təqdim edirik. İlk yazıda Şərqi Azərbaycan əyaləti təqdim olunur. İranın Şimal-Qərb bölgəsində yerləşən Şərqi Azərbaycan əyaləti şimaldan Azərbaycan Respublikası (o cümlədən Naxçıvan Muxtar Respublikası), Ermənistan Respublikası, qərb və cənub-qərbdən Qərbi Azərbaycan əyaləti, şərqdən Ərdəbil əyaləti, Cənub-Şərqdən isə Zəncan əyaləti ilə əhatələnib. Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbriz şəhəridir. Əyalətin ümumi sahəsi 45491 kvadrat kilometr, əhalisi, 2011-ci ilin statistikasına görə, 3 milyon 734 min 620 nəfərdir. Şərqi Azərbaycan 22 şəhərdən ibarətdir: Təbriz, Azərşəhr, Əhər, Üskü, Bostanabad, Binab, Culfa, Çaroymaq, Xudafərin, Sərab, Şəbüstər, Əcəbşir, Kəleybər, Marağa, Mərənd, Mələkan, Miyana, Vərzəqan, Ələmdar, Heris, Həştrud və Hurand. Geri dön |