Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib

Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib


Quruma əlavə səlahiyyətlər verilib, İslam təmayüllü dini icmalar idarəyə tabe edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nizamnaməsinə dəyişiklik edilib. Dəyişiklik “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə bağlıdır. QMİ-nin Nizamnaməsi “Dini etiqad azadlığı haqqında” qanuna uyğunlaşdırılıb.

“Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərlə QMİ-yə əlavə səlahiyyətlər verilib, ölkədə fəaliyyət göstərən İslam təmayüllü dini icmalar QMİ-yə tabe edilib.

Həmçinin, qanuna edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı fərmanda QMİ-yə dövlət büdcəsindən maliyyə yardımının göstəriləcəyi bildirilir. Bundan başqa, QMİ-yə müvafiq ölkələrdə nümayəndəliklərini yaradılması təklif edilib.

QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, artıq Nizamnamə müvafiq dövlət qurumlarına, həmçinin İslam təmayüllü dini icmalara təqdim olunub.

Geri dön