Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Telefon Rabitəsi texniki dəstək xidmətinə alternativ nömrəni işə salır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakı Telefon Rabitəsi texniki dəstək xidmətinə alternativ nömrəni işə salır

Bakı Telefon Rabitəsi texniki dəstək xidmətinə alternativ nömrəni işə salır


"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakı şəhərinin ümumi telefon şəbəkəsinin abonentləri üçün texniki dəstək xidmətinə alternativ nömrə daxil edib. Bu barədə şənbə günü İB-dən bildiriblər.
Abonentlər texniki qüsurların aradan qaldırılması üçün iş günləri saat 09:00-dan 18:00-dək üçrəqəmli 150 nömrəsinə sifariş verə bilərlər.
Yeni texniki dəstək nömrəsi digər sifarişlərin avtomatik qəbulu xidmətinin 122 (telefon rabitəsi xidməti üçün) və 155 (internet xidməti üçün) nömrələri ilə yanaşı fəaliyyət göstərəcək.
Telefonlarda nasazlıqların aradan qaldırılması üçün 122 (hər hansı digər telefon nömrəsi ilə) nömrəsini yığmaq lazımdır. Abonentin sifarişi operatorun texniki dəstək xidmətinin məlumat bazasında qeydə alınacaq. Müraciətlərin qeydə alınmasından sonra sonrakı prosedurlar sistem tərəfindən avtomatik, insan amili olmadan həyata keçirilir. Nasazlıqların uzaqdan aradan qaldırmasının qeyri-mümkün olduğu halda texniki mütəxəssis göndərilir.
İstifadəçilərin internet şəbəkəsinə qoşulması üçün müraciəti zamanı 155 nömrəsini və telefonun nömrəsini daxil etmək lazımdır. Nömrə daxil edildikdən sonra sistem istifadəçinin daxil etdiyi nömrənin düzgünlüyünün təsdiqini tələb edir, bundan sonra abonent internet xidmətini tədarükçüsünün sorğusunun alınması haqqında məlumatlandırılır.

Geri dön