Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb, DAVAMın yazıları > “Qarabağa doğru” yürüş aksiyası keçirilib
“Qarabağa doğru” yürüş aksiyası keçirilib |
2014-cü il fevralın 17-də Qaradağlı faciəsinin və fevralın 26-da Xocalı soyqırımının törədilməsinin 22-ci ili ilə əlaqədar olaraq fevralın 21-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının və “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının təşkilatçılığı (AVCİYA) və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qarabağa doğru" yürüş aksiyası keçirilib. Xocavənd rayonunun Nərgiztəpə adlanan hissəsində keçirilən yürüş aksiyasında AVCİYA-ya daxil olan digər QHT-lər də iştirak ediblər.
Yürüş iştirakçıları əvvəlcə Xocavənd RİH-də rayonun icra başçısı Eyvaz Hüseynovla görüş keçiriblər. Daha sonra Xocavənd əhalisinin iştirakı ilə rayonun Nərgiztəpə adlanan hissəsində geniş tərkibli anım mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə Nərgiztəpə üzərində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə kompleksinin üzərinə qərənfillər düzüldükdən sonra mərasimin rəsmi hissəsi başlayıb. Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynov rayonun Qaradağlı kəndində törədilmiş faciə barədə ətraflı məlumat verib. O qeyd edib ki, böyük miqyaslı bu cinayətlər son 20-25 ilin hadisəsi deyil. Bu cür hadisələr əsrlər boyunca ermənilər tərəfindən dəfələrlə həyata keçirilib. Daha sonra çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bu gün tədbir iştirakçları anım tədbirinə hərbi geyimdə qatılmalarının əslində Azərbaycan xalqının öz torrpaqlarını azad etmək üçün daim hazır olmasının göstəricisi olduğunu bildirib. Həmçinin açıq havada təşkil edilmiş nümunəvi bir abidə -kompleksin ölkəmizdə vətənpərvərlik ruhunun yüksəlməsində xüsusi dəyərə malik olduğunu və gələcəkdə də bu cür tədbirlərin davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb. "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalının baş elmi məsləhətçisi, tarix elmləri üzə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bildirib ki, Xocavənd rayonunun Qaradağlı kəndində baş vermiş faciə barəsində 2010-cu ildə kitab yazıb. O, həmçinin əlvə edib ki, bu qəhrəman insanların göstərdiyi şücaəti dünyaya çatdırmaqdır. "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalının baş redaktoru Zaur Qəriboğlu rəhbərlik etdiyi e-jurnal barədə ətraflı məlumat verərək informasiya mübarizəsi dövründə ermənilərə qarşı informativ mübarizənin son dərəcə vacibliyini xüsusi vurğulayıb. "Azərbaycanda Regional İnkişaf Mərkəzi" İB-nin sədri, professor Çingiz İsmayılov qeyd edib ki, Nərgiztəpə Azərbaycanın Qarabağ hissəsinin ən dəyərli və strateji əhəmiyyət daşıyan bölgələrindən biridir. Bu bölgədə yaşayan hər bir azərbaycanlı qürur hissi duymalıdırlar ki, önlar ön cəbhədə Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsində mərd duraraq gələcəkdə Qarabağın işğal altında olan ərazilərini işğalçı erməni qüvvələrindən azad edəcək. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İB-nin sədri, professor Kamil Səlimov çıxış edərkən qeyd edib ki, Qaradağlı və Xocalıda baş vermiş cinayətlər bəşəriyyətə qarşı olan cinayətlərdir. "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondunun prezidenti Şahin Camalov qeyd edib ki, Qaradağlı və Xocalı faciələri əslində Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsidir. Azərbaycanın gələcəyi olan gənclər bu tarixi unutmamalı, Vətənin bütövlüyü uğrunda şəhid olmuş övladları hər zaman qürur hissi ilə yad etməlidir. Beynəlxalq cəmiyyət isə Azərbaycana qarşı ikili standartları, ayri-seçkliyə yol verməməli, Azərbaycanın haqq səsini eşitməlidir. Daha sonra tədbir Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissədə davam etdirilib. Tədbir iştirakçıları hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçiriblər. “KarabakhİNFO.com” e-jurnalının təşkilatçılığı ilə keçirilən bu görüş zamanı hərbi hissənin əsgərlərinə hədiyyələr təqdim olunub. Geri dön |