Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > «Çaşmış dünyaya Ocaq işığı gərək!»
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > «Çaşmış dünyaya Ocaq işığı gərək!»

«Çaşmış dünyaya Ocaq işığı gərək!»


23 Köçəri ayı 35-ci ildə (23.2.2014) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində Ocaq Ailələrinin 12-ci toplantısı keçirilib. Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.
Qabaqca Ocağın Ruhani Başçısı Safruhun toplantıya uğurlama sözü dinlənilib: «Ocaq Ailələrinin günü kutlu olsun! Ailə Günümüzə gələnlər var olsun! Asif Ata Ocağı Ailələr şəklində yaradıb. Ailənin 3 işi var: Amallaşmaq, Kamilləşmək, Xalqlaşmaq… Burada bütün Türk Dünyası üçün bir ləyaqət yaşadılır: Ulusun böyüyünü eşitmək ləyaqəti! İnam Ata bizə deyib ki, ayda bir dəfə Ailə günü keçirin. Özünü öyrənmək, yaratmaq gərəkdir. Ruhaniyyat yolu, həqiqət yolu mütləq gedib xalqın içinə çıxmalıdır. Xalqın qanmazıyla, istedadlısıyla, şərçisiylə görüşməlisən. Onun üzərində bilinməlidir sənin mərifətin. Atanın dediyini eləmək – sözə sədaqətdir, həqiqətə əməl eləməkdir, millətə doğruçu sədaqət elə ən yüksək ümumbəşərilikdir, onun özülüdür, köküdür. Ata bizi aliliyə çağırıb, hər birimizin üzərində əmək çəkib, hər birimizin bilməzliyimizə dözüb, bizi bilən eləyənə qədər çalışıb.
Ruhaniyyat – dini anlayışla desək, elə allahın məşğuliyyətidir. Ruhaniyyat –dilinizlə, qəlbinizlə, ruhunuzla, içinizdə sizi incidən dərdlə, sizi sevindirən təbii duyğularınızla danışmaq deməkdir».
«Ulu Fərəh» Ailəsinin Yükümlüsü Uluruh Atalı son bir aydakı Ocaqçılığı haqqında bilgiləndirmə verib: «Atanın 5-ci Bitiqini oxudum, düşündüm. Hər bir oxumamda Amal-Həyat fərqini daha aydın görürəm».
«Ümid» Ocaq Ailəsinin Yükümlüsü Yolruh Atalı zəngin Ocaqçılıq işləri haqqında danışıb: «Ocaqçı kimsədən ummur, küsmür, özü örnək olur. Həqiqətə bağlanır, Həqiqətə çevrilir. Özümə güzəştsiz yanaşmamla 35-ci ilimi üzağlığıyla başa varmaqdayam. Adamların faciəsi ondadır ki, həqiqətlərini tapa bilmirlər. Həqiqətə çatmaq insanlaşmaqdan keçir. Sənətin, elmin həqiqəti insanı xilas edə bilmir. Yalnız bir yol var – insani, ruhsal həqiqət. Bunu da Mütləqə İnam verir. Ağgünlü xalqıq ki, içimizdə belə sanballı, dərin, bənzərsiz dəyər, dünyabaxış yaranıb.»
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı: «Bir an da olsun, coşqunluqdan ayrılmamanq! Bir an da olsun, özünə inamdan ayrılmamaq! Bir an da olsun, özgəliyin təsirinə düşməmək! İctimai gedişatın tələsinə düşməmək! Minimalla yetərlənmək! Gərək İnamla məşğul olasan ki, başqasının da ürəyinə dəyər verəsən. İnstinktləri aşmaq, ötmək, insaniliyin hökmüylə yaşamaq! İnsan gerçəklikdən üstün olan varlıqdır. Usanmamaq, ardıcıl İnamın eşqiylə yaşamaq. Özgəliklərə ağız suyu axıtmıram. Dünyanın siyasi, iqtisadi, mədəni fatalizmi məni özümdən ayıra bilməz».
Professor Nizami Tağısoy Mütləqə İnam Ocağının inkişafını, Ocaqçıların idrakını yüksək dəyərləndlirib, İnamın xalqımızın həyatında bundan sonra daha ciddi rol oynayacağına əminliyini bildirib.
Tanınmış heykəltəraş Cümşüd İbrahimli İnam Atanın böyüklüyünə heyrətini, Ocağın bugünkü varlığına sayğısını bildirib, Ata ilə bağlı xatirələrini danışıb: «Ata böyük bir fəlsəfi dünya yaradıb. Atanın Ocağına həmişə can atmışam. Onunla bir neçə dəfə söhbətlərim olub, həmişə də heyrətlənmişəm».
Ocaq dostu, publisist Məhərrəm Şəmkirli Ocağın soraqlarına sevgisini ifadə edib, 36-cı ilin gəlişi münasibətilə Ocağı kutlayıb, yeni uğurlar arzulayıb.
Şair Əbülfət İslam deyib: «Ən böyük xoşbəxtlik – ruhani xoşbəxtlikdir. Adamlar var ki, qarın xoşbəxtliyini hər şeydən üstün sayırlar. Balalarımızı Ocaq ruhunda böyüdək, Ocaqçı yetirək. Bura gələnlər təmizlənəcəklərinə inanırlar».
Aşıq Məhərrəm: «Atanın Kitabları tədris olunmalıdır. Safruhun kitablarını çox qiymətli sayıram. Atanın haqqında yazmalıyıq, danışmalıyıq. Qoy balalarımız saflaşsın, durulaşsın».
Kutsal oxuma bölümündə «Yol. Ata Sözü» və «Əxlaq» kitablarından bölümlər oxunub.
Ruhani Başçı Safruh törəni sonlandırıb.

Geri dön