Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Regina xanımın şerlərindən tərcümə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Diaspor > Regina xanımın şerlərindən tərcümə

Regina xanımın şerlərindən tərcümə


Reqina xanım Almaniyada yaşayır. Dünyaşörətli tanınmış Azərbaycan əməkdar rəssamı Əşrəf bəyin həyat yoldaşıdır. Reqina xanım ixtisasca iqtisad elmləri namizədidir və o, gözəl şeirlər də yazır. Onun şeirlərindən üçünü tərcümə edib sizə təqdim edirik.




METAFORA

Xəzər məcrasında coşub qaynayır,
sahillərə sığal çəkib çəkilir...
Qaynayan göy sular coşsa da, ancaq
Ana yuvasından ayrılmayacaq:
Bütün sahil boyu cəryan edən su
bir vəhdət halıdır- həyat qanunu...
Sən də uzaqlara gedəsi olsan,
amma ayrılığa dözməyəcəksən.
Ovundura bilməz yad məkan səni.
çünki qəlbindəki istək, həm arzu
Bağlıdır mənimlə, əbədi, sonsuz,
qəlbimizdir onun sevgi vətəni.
İlk sevgi, məhəbbər olur bir dəfə,
o təkrarolunmaz, əvəzolunmaz,
Sevən harda olsa, o duyğularsız
nə təskinlik tapmaz, nə də ovunmaz.
Necə ki suların vəhdəti kimi
bütöv bir vəhdətdir sevgi aləmi...






ONUN AD GÜNÜ

Səni təbrik edirəm!
İstəyimi, sevgimi
indi doğum günündə
təkrar göndərirəm.
İstədiyim gözəlliyi:
günəşin şüasını,
bir zanbaq dəstəsini,
yağışdan sonra təmiz
təbiət nəfəsini,
gül-çiçəyin ətrini,
rəngli göy qurşağını
göndərirəm mən sənə!
Hər şey sənin üçündür.
çünki doğum günündür.
Mənim üçün əzizsən,
bu dünyada hər şeydən.
Hamıdan da gözəlsən,
qayğıkeş xeyirxahsan.
Səninlə fəxr edirəm,
sən mənim öz dünyamsan...
Sənsiz mənə həyat yox,
sevirəm səni çox-çox!





AYRILIQ

Qabağımda ağ kağız-
bu vərəqlər bomboşdur...
Elə qəlbim də boşdur.
Istədim ki şerimlə-
sözümlə üzə çıxım,
sükutu vurum yıxım.
Hələ duyğular yatır,
Hissilərim susurlar.
Çoxmu davam edəcək,
bilmirəm yanmış istək.
Ola bilər, yuxuluyam,
sakitçilik nisbidir.
Yenidən qayıdacaq
keçmiş gün xatirəsi...
Davam edəcək yenə
bu həyat fəlsəfəsi.
Fəqət ürək yorğundur,
döyünür möhkəm-möhkəm.
Bircə şeyi bilirəm,
sözüm var güclü ötkəm.
Amma nə faydası var,
sənə deyə bilmirəm!..
Bu fikirlər heç zaman
qəlbimi tərk etməyir.
Sən də ki uzaqlarda-
əlim sənə yetməyir.
Nə vaxt görüşəcəyik,
onu bir Allah bilir...



Ruscadan Türkcəyə çevirdi:

Niftalı Göyçəli

Geri dön