Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Biganəlik
Biganəlik |
Yaxud, sonradan düşünməyə məhkum olanlar Yaşadığımız dövrdə baş verən bəzi halları heç cür qəbul etmək olmur. Gözümüz görə-görə insanlıq adına nə varsa hamısı küllən zay olub gedir. Bir Allahın qulu da buna “DUR!” demək istəmir. Təbii, bu prosesin qarşısını almaq istəyənlər var. Onlar da tək-tük olduqlarından birmənalı olaraq gücləri yetmir. Sən də, mən də, kəsəsi, hamı görür ki, avropa çöküşə gedən kimi, cəmiyyətimiz də bəzi sahələrdə çox sürətlə məhvə doğru irəliləyir. Bir para adamlar elə bilirlər ki, bu bəlanın gətirdiyi fəsadlar onlardan yan keçəcək. Yox, keçməyəcək! Əminliklə deyə bilərərm: bu cür düşünən insanlar kökündən yanılırlar. Belələri ani həyat hisslərinə qapıldıqlarından ətrafı görmək istəmirlər. Heç uzağa getməyək, elə özümüzdən götürək. Düşünə bilərik ki, kim nə edirsə etsin, mənə nə. Bəli, ilk baxışda haqlı görünür. Amma gəlin bir az hadisələrə geniş baxaq: bizlər cəmiyyəti saran bəlalardan nə qədər kənar dursaq da, o bəla mütləq gəlib bizi tapacaq. Axı niyə düşünmək istəmirik ki, hansısa çirkab içində olan bir ailədə böyüyən uşaq, tərbiyəli ailədə yetişən uşağa gələcəkdə zərər verməyəcək?! Həmin uşaqlarla bərabər bataqlıqların da çevrəsi böyüməkdədəir. Belə olan halda kim zamin dura bilər ki, gələcəkdə bu uşaqlar hansısa formada ünsiyyətdə olmayacaqlar və TƏRBİYƏSİZİN TƏRBİYYƏSİZLİYİ TƏRBİYƏLİNİN TƏRBİYƏSİnə sirayət etməyəcək?! Təbii ki, edəcək! Bunlar hansı formadasa bir-birilə ünsiyyətdə olacaqlar, baxçadamı, məktəbdəmi, universitetdəmi, fərq etməz. Bir cəmiyyətdə yaşayıb ünsiyyətdə olmamaq mümkün deyil. Hələ bunların gələcək tale yollarının kəsişməsindən danışmıram. Yaxşı, bəs o zaman neyləməli? Hər bir şəxs düşünmədən, mütləq və mütləq cəmiyyətə munasibətində ailəsinə olan münasibəti sərgiləməlidir. Bu yolda öyrənmək, öyrətmək, ən azından minimum səviyyədə insanlıq xüsusiyyətlərinə sahib olmaq lazımdır. Hər bir Azərbaycan övladını öz övladın biləcəksən, tanıdın, tanımadın xoş olmayan işlərə girdikdə özününkü kimi durduracaqsan, qayğısına qalacaqsan, problemi ilə maraqlanacaqsan, dərdinə şərik çıxacaqsan, bir sözlə özününkü biləcəksən. Hər bir adam digərinə öyrəndiklərini təlqin etsə, bu halda bizi gözləyən ümumi bəladan qismən də olsa qurtulmuş olarıq... Latın mütəfəkkirlərindən biri: “DÜŞÜNMƏDƏN ADDIM ATMANIN CƏZASI SONRADAN DÜŞÜNMƏYƏ MƏHKUM OLMAQDIR!” deyir. Yəni, başımız daşdan -daşa dəyəndən sonra. Adını unutduğum bir başqa mütəfəkkir isə deyr ki, AĞILLI ADAMLAR BAŞQALARININ SƏHVİLƏRİNDƏN NƏTİCƏ ÇIXARIR, AXMAQLAR İSƏ ÖZ SƏHVLƏRİNDƏN! Sizcə, biz özümüz səhv etmədən başqlarının səhvlərindən nəticə çıxarsaq yaxşı olmazmı?! Nə isə. Dərdimiz çoxdur, danışdıqca acı bağırsaq kimi uzanır. Yaxşısı budur çox danışmaqdansa, danışdıqlarımıza əməl etsək daha məqsədə uyğun olar. Bu birmənalı olaraq belədir. Hər birimiz çalışmalıyıq ki, özümüzü bu yönə istiqamətləndirək. ...Bu günlərdə dostlardan biri ilə metroda getdiyimiz zaman bir neçə nəfər gəncin tərbiyəsizliyinin şahidi olduq. Mən qayıtdım ki, bu gəncliklə hara getmək olar? Dostum çox konkret və tutarlı cavab verdi: “Qardaş, heç yana getmirik, hara lazımdırsa çatmışıq!..” Bax belə, nə deyəsən… Yazını sona çatdırırdım ki, yadıma haradansa illər əvvəl eşitdiyim ibrətamiz əhvalat düşdü. Düşündüm ki, elə yazının sonluğuna bu əhvalatı əlavə edim, şərhsiz-filansız. Buyurun... Deməli, kəndə hay düşür ki, ağanın nökəri ölüb. Xəbəri eşidən hər kəs əlindəki işini yarımçıq qoyub ağanın evinə qaçır. Kənd adamları bir ujdan ağanın evinə tərəf daşlanırlar. Bir müddətdən sonra gedənlər geri qayıtmağa başlayır. Xəbəri eşidib gedənlər qarşılarından gələnlərdən soruşurlar ki, niyə qayıtdınız? Cavab isə belə olur: “ölən ağanın özü imiş!” Faciələrimiz də elə buradan başlayır - BİGANƏLİK. Elə deyilmi?! Rəşad Sahil Geri dön |