Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı.
XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı. |
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” adlı tədbir keçirilmişdir.
Tədbiri kitabxananın direktoru fil.e.d. Aybəniz Əliyeva-Kəngərli giriş sözü ilə açaraq Azərbaycan xalqının başına gələn tarixi faciələrdən, erməni millətçiləri tərəfindən törədilən Xocalı soyqırımından, Xocalıda baş verən soyqırımın dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə fondun vitse-prezidenti Leyla Əliyevanın əvəzolunmaz xidmətlərinin olduğundan söhbət açmışdır. Həmçinin Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət” kampaniyasının uğurla aparılması sayəsində artıq bir sıra ölkələrdə Xocalı faciəsinin soyqırım aktı kimi tanınmasından bəhs etdi. Sonra çıxış üçün söz Mərkəzi Elmi Kitabxananın direktor müavini Firəngiz Hüseynovaya verildi. O, da Xocalıya qarşıya edilən cinayətin insanlığa zidd olduğunu və tezliklə bu qanın yerdə qalmayacağına əmin olduğunu bildirdi. Sonra çıxış edən Fizika-riyaziyyat elmləri doktoru, akademik Akif Hacıyev Xocalının soyqırımının törədilməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak etmiş, şəhərin dinc əhalisinə divan tutulmasında canfəşanlıq göstərmiş, nəticədə görünməmiş vəhşiliklər törədilmişdir. Natiq, çıxışında Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd etmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Öz çıxışı zamanı tarixçi Vaqif Abdulov da faciə ilə bağlı o zamanlar baş vermiş tarixi məqamlar haqqında, həmçinin erməni vəhşiliyini iç üzünü açan faktlar barəsində tədbir iştirakçılarına məlumat verdi və bu faciənin dünyaya çıxarılması hər bir Azərbaycan vətənadşının borcu olduğunu qeyd etdi. Çıxışlar bitdikdən sonra kitabxananın əməkdaşı Aytən Rəhimli sərgi haqqında və oradakı ədəbiyyatlar barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sərgidə Azərbaycan, rus, Avropa və Şərq xalqlarının dillərində 150-dək ədəbiyyat nümayiş olunur. Sərgilənən ədəbiyyatlar sırasında Ziyəddin Sultanovun “Qarabağ müharibəsi: faktlar...hadisələr...düşüncələr” kitabında 1988-ci ildən - hadisələrin əvvəlindən indiyədək baş verən əsas məqamlar konkret faktlarla öz dərin publisistik həllini tapmışdır. Səriyyə Müslümqızının “Qar üstünə qan yağırdı” və “Ölümündən o yandakı Xocalı” kitabları Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış Xocalı soyqırımına həsr edilmişdir. Müəllif erməni cəlladlarının törətdikləri cinayətlərin canlı şahidi olmuş və gördüklərini qələmə almışdır. Fəridə Hicranın “Qarabağda talan var” kitabı Azərbaycanda 1987-ci ildən bu günədək erməni millətçilərinin istər açıq, istərsə də gizli apardıqları milli soyqırımı siyasətindən bəhs edir. “Soyqırımı cinayəti (beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər)” toplusunda soyqırımına dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar, beynəlxalq ictimaiyyətə müraciətlər və digər sənədlər toplanmışdır. Tatyana Çaladzenin on hissədən ibarət “Karabaxski qenosid: Obreçyonnıy Xodjalı” kitabı həlak olmuş və sağ qalan xocalılara, onların gələcək nəsillərinə həsr olunmuşdur. Sankt-Peterburqda yaşayan tanınmış rus yazıçısı Yuri Pompeyev “Qarabağ qan içində” sənədli oçerkində Qarabağ uğrunda müharibənin başlanmasını və genişlənməsini, minlərlə insan həyatını aparmış bu hadisələrin törədilməsində qanlı qırğınların əsas ideya banilərinin- erməni şovinist dairələrinin rolunu tədqiq edir. Tanınmış yazıçı-publisist Elmira Axundovanın tərtibatı ilə nəşr olunan “Xodjalı. Xronika qenosida” kitabında Azərbaycan xalqının tarixində XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından bəhs edən sənədli faktlar açıqlanır. Son dərəcə qiymətli, tədqiqat səviyyəli, başı tarixən min bir bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri Nazim Tapdıqoğlunun “Azərbaycan faciələrinin təqvimi” kitabında toplanmışdır. Sərgidə Xocalı soyqırımına həsr edilmiş bir çox başqa kitablar, dövri nəşrlər, fotoşəkillər və videoçarxlar nümayiş edilmişdir. Sərgi 15 gün davam edəcəkdir. Mərkəzi Elmi Kitabxananın Mətbuat xidməti E-mail: resad.sahil@gmail.com Geri dön |