Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İsrail Knessetinin deputatı: “Dünya Xocalıda baş vermiş qanlı qətliamla bağlı həqiqətləri bilməlidir”
İsrail Knessetinin deputatı: “Dünya Xocalıda baş vermiş qanlı qətliamla bağlı həqiqətləri bilməlidir” |
Azərbaycan-İsrail Assosiasiyasından(Azİz) qəzetimizə verilən məlumata görə, iki gün öncə İsrail dövlətinin müxtəlif yerlərindən insanlar Tel-Əvivdə yerləşən nüfuzlu Şimon Peres Sülh Mərkəzinə gəliblər ki, "Justice for Khojaly" adlı sənədli sərgidə iştirak etsinlər. Sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə Azİz tərəfindən təşkil edilib.
Qeyd edilir ki, ötən il “Justice for Khojaly” sərgisi İsrailin 10 şəhərində keçirilib, onu minlərlə israilli ziyarət edib. Onların arasında artıq soyqırımı hadisəsi barədə bilənlər və həmçinin bu soyqırımı barəsində ilk dəfə eşidənləri də olub. Amma bu sərgi onu ziyarət edən israillilərin hamısında istisnasız olaraq erməni cəlladlarının vəhşiliyi ilə bağlı şok təəssüratlar yaradıb. Sözügedən sərgidə isə Knessetin mərkəzçi “Eş Atid” (“Gələcək var”) partiyasından olan deputatı Rina Frenkel də iştirak edib. İsrail Knessetinin deputatı Azİz-ə və Heydər Əliyev Fonduna Xocalı faciəsinə həsr edilən sərgiyə görə minnətdarlığını bildirib. Deputat qeyd edib: “Xocalı qurbanlarının bu dəhşətli şəkillərini birinci dəfə görəndə şok yaşadım. Xocalıdakı faciəvi hadisələrə həsr olunmuş bu fotosərgi məni tamamilə sarsıtdı, mən gördüklərimdən şoka düşdüm. Fotolardan gördüklərim – uşaqların, qocaların və qadınların öldürülməsi – bu, qəddarlıq və qeyri-insanilikdir”. İsrail deputatının sözlərinə görə, "Justice for Khojaly" fotosərgisi ona az öncə - yanvarda İsrail nümayəndə heyətinin tərkibində Polşaya səfərini xatırladıb. Səfər çərçivəsində xanım deputat Osvensim düşərgəsinin muzeyini ziyarət edib: “Günahsız uşaqlara, qadınlara və qocalara qarşı bu qəddarlıq hec bir şeylə izah edilə bilməz. İnanmaq olmur ki, bütün bunlar 20-ci əsrin sonlarında baş verib. Bu dəhşətli fotoları görəndə mən dərhal Osvensim düşərgəsində olanları xatırladım. Mən bilirəm ki, azərbaycanlılar və yəhudilər həmişə bir-birilərini qardaş sayıblar və Xolokost qırğınını yaşayan yəhudi xalqı dəhşətli və qanlı Xocalı qırğınını yaşamış Azərbaycan xalqını hamıdan yaxşı anlaya bilər. Dünya Azərbaycan şəhəri olan Xocalıda baş vermiş qanlı qətliamla bağlı həqiqətləri bilməlidir”. Geri dön |