Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Könüllə söhbət
Könüllə söhbət |
İsmin titrər nəfəsimin yanında, O nəğməmiz ötər quşlar dilində, Dönsən mənə, bir mövsümün birində, gir könlümə, könlüm qapısın çalmadan... səni sevdim, düçar oldum min dərdə, sənsiz könlüm qərar etməz bir yerdə, bir gün axşam gün batmadan gəl gir də, gir könlümə, könlüm qapısın çalmadan... öldürdün axı... hər kəsə açılan deyilsən, axı... bəs indi niyə dil açıb yalvarırsan, könül? Gözün yaşından yol çəkirsən, həsrətinə. Səni alıb hara qaçım? Gedəcək yerimmi var? Bir dəli ruhum var, bir də başıma bəla sən! Öldürmə məni, dözmürəm. Nə səndən qopammıram, nə sən məni rahat buraxmırsan. Mən mən olmaqdan çıxmışam artıq, əlimi verib əlinə cəhənnəminə sürüklənirəm sənin. Aparma könül, orası bizim deyil. Sənin götürdüyün yerdə mənim yerim yoxdur. Aparma könül, götürmə məni. Sənə olmaz deməyə gücüm çatmaz, axı. Anla nolar, məni də ordan al. Ora bizim deyil, könül, deyil... Ağrıma, könül, gözlərim ağrına dözmür. Məni minnət eylətmə kimsəyə. Hər yerim yalvarır, könül, əllərim, gözlərim, dilimi yalvarmağa məcbur eyləmə. Gedək burdan könül, ağrıma, ağrının Allahı yoxdur, ağrının da, sənin də məndən başqa heç kimi yoxdu... Nigar İsfəndiyarqızı Geri dön |