Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Elmar Məmmədyarov: «Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb”
Elmar Məmmədyarov: «Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb” |
Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçiləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilib və bu prosesin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Nazir Elmar Məmmədyarov təəssüflə qeyd edib ki, Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb: “Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin”. Görüşdə mövcud status-kvonun, Fransanın Dovil şəhərində qəbul edilmiş müvafiq sənəddə əks olunduğu kimi, həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi barədə ümumi anlayış ifadə olunub. Məlum olduğu kimi, Azərbaycan nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir. Nazir Elmar Məmmədyarov konkret olaraq vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq zərurətini tezliklə dərk etməsi regionda sülh və stabilliyin bərqərar olmasına və müəyyənliyin yaranmasına gətirib çıxarar. Geri dön |