Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP Mədəniyyət bölməsi OZAN və RƏSSAM adlı müsabiqə elan edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, Bildiriş > MDHP Mədəniyyət bölməsi OZAN və RƏSSAM adlı müsabiqə elan edir

MDHP Mədəniyyət bölməsi OZAN və RƏSSAM adlı müsabiqə elan edir


Milli Dirçəliş Hərəkatı Partiyasının Mədəniyyət bölməsinin təşəbbüsü və dəstəyilə təşkil olunan müsaibiqə üç mərhələdən: I, II, III turdan ibarətdir.
Müsabiqə zamanı münsiflər heyətinin tərkibində tanınmış musiqişünaslar, rəssamlar, saz-söz ustadları iştirak edəcəklər.
Müsabiqənin qalibləri müxtəlif mükafatlarla təltif olunacaqlar.
Müsabiqədə iştirak etmək arzusunda olanlar 10.03. 2014-cü il tarixinədək aşağıdakı ünvana müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, N. Nərimanov rayonu, M. Məmmədzadə 5/7, MDHP Mərkəzi Qərargahı
(Nərimanov rayon Yol Polisi ilə üzbəüz)
Tel: 055 850 78 64
+994125671180
+994125674395

Qeydiyyat həftənin beş iş(I-V) günləri saat 11-dən 16-a qədərdir . I, II, III tur baxış müddəti 18. 03. 2014-cü il tarixinədək yekunlaşacaq. Yekun konserti mart ayının axırında başa çatacaq. Müsabiqənin qalibləri üçüncü turda müəyyənləşəcək və müxtəlif mükaftlarla təltif olunacaqlar.
MDHP Mədəniyyət bölmənsinin təşəbbüsü ilə keçiriləcək müsabiqənin məqsədi istedadlı gənc rəssam və saz ifaçılırını üzə çıxarmaq, eyni zamanda vətənpərvərlik məfkurəsini mədəniyyətimizin gündəminə gətirməkdir.
Rəssamlıq üzrə müsabiqədə iştirak etmək istəyən rəsm yaradıcıları vətənpərvərliyə aid bir-neçə əsərlərini qeydiyyat zamanı təqdim etməlidir.
Saz-söz üzrə müsabiqədə iştirak etmək istəyənlər folklorla bərabər müasir dövr vətənpərvərlik mövzusunda şeirlər bilməlidirlər və klassik saz havaları ifa etməyi də bacarmalıdırlar.
Müsabiqə iştirak edənlrin yaş hədləri 8-35 yaş arası nəzərdə tutulur.

MDHP  Mədəniyyət bölməsi  OZAN və RƏSSAM  adlı  müsabiqə elan edir





Hörmətlə:

MDHP mətbuat xidməti

Geri dön