Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Kor olmuş gözlərə doğmayan Günəş
Kor olmuş gözlərə doğmayan Günəş |
Geridə qoyduğumuz həftə dünya Əlillər Gününü qeyd elədi... 3 dekabr Beynəlxalq Əlilliyi Olan Şəxslər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. “Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir...” Ölkəmizdə əlilliyi olan insanlar əhalinin 4,4 faizini təşkil edir. Statistikaya əsasən, onların sayı 419 min 598 nəfərdir. Bu, rəsmi göstəricidir. Kaş ki, bir də könül gözü kor olanların siyahısın tuta bilələr. Dərd odur millət əlil ola, torpaq şikəst ola. İnsanları isə yarımçıq ola. Mən millətimi sevirəm, hətta səcdə edirəm desəm daha düzgün ifadə etmiş olaram. Amma hərdən bəzlərini parçalamaq gəlir içimdən. Batinləri kor, könül gözləri qapalı olan o qədər gözlülərimiz var ki, görməkdən başqa hər işə yarayırlar. Bizim millətin milçəyi çoxdur. Könül bulandırıb bütöv bir millətin adına yaraşmayan işlərlə məşğuldular. Hər kəs sanki nələrisə unutmaqla məşğuldur amma bu unudulanların içərisində insanlığımızın unudulduğundan xəbərimiz yoxdur. Unutduğumuz nədirmi?! Azərbaycanın Qarabağ dərdi var... Ölənlər geridə qalanları şikəst edib gedir... Bu ölkədə bütün ürəklərin Qarabağ boydası yoxdu... “Gələcəm, sevdiyim!” “Gözləyəcəm!” “...səngərdəyəm. Gecədir. Ay işığında sənə məktub yazıram, sevdiyim. Yəqin təəccüblü gəldi, Ayın işığı da bu sətirləri aydınlatmağa yetərmi, deyə. Yoluma nur salan sənin gözlərindi, sevdiyim, ömrümə boylanan o dəniz mavisi gözlərin...” “...ay işığına da qurban olum, sənə də. Necəsən, əsgərim? Mənim ömrümə də sənin gözlərin nur saçıb. Hardan biləsən, ilk dəfə gözlərini sevdiyimi? Ən böyük xəyalımın sənin gözlərində özümü görmək olduğunu. Mən səni gözlərindən sevdim, əsgərim. Səni yığdım onlara, bəbəklərimdə qorudum. Mən səni gözlərindən sevdim...” “...döyüş bitib. Səhər aldım məktubunu. Oxumadım. Ürəyimin üstünə qoyub döyüşə getdim. Bilirsən, qələbə qazandıq. İtki vermədən. O qorxaqlar elə qaçdılar ki... Demək, ilk gözlərimi sevmisən. Bir bilsən, bu gözlər səninçün necə darıxıb, kaş kəndimizdəki o görüş yerimizdə doyunca öpərdim gözlərindən...” “...elə demə, qurban olum. Ürəyimi göynətmə. Anam deyir, “gözdən öpmək ayrılıqdır”. Qurban olum, əsgərim, o sözü bir də yazma...” “...qorxma, bizi kimsə ayıra biməz. Bilirsən, komandirim deyir ki, əsgərin gözü qırğı gözü kimi olmalıdır. O qorxaq ermənini ta uzaqdan görə bilməlidir. Ta bilmir ki, burada, hər əsgərin gözləri elədir. Hamısında sevda var, axı, Ana sevgisi, Vətən həsrəti, yar sevdası. Bircə, bu müharibə bitsəydi, sənə doyunca baxa bilsəydim...” “...bitəcək, əsgərim. Bax, onda tutub əllərindən heç vaxt baxa bilmədiyim o gözlərinə baxacam. Söz, bu dəfə baxacam. Qorxmayacam, yetər ki, sən tut əllərimdən, dön, əsgərim. Əllərində gizlədiyin bənövşə çiçəklərindən gətir mənə. Sən onları kimsə görməsin deyə, sıxmışdın ovcuna, rəngi çökmüşdü. Mən ehmalca əlinin ayasından öpmüşdüm. O bənövşələr əzilmişdi ama məni xoşbəxt etməyə yetmişdi...” “...hə, yadımdadı. Heç unutmadım ki. Gələcəm, bənövşə qoxulum, sənə Şuşadan çiçək dərəcəm. Saçlarına taxıb Anama götürəcəm, sevdiyimdi, deyəcəm. Çiçək qoxulum, gül ətirlim, gələcəm...” Kəndin Şəhidlər Məzarlığında yeni bir daş heykəl vardı. Bir əsgər boylanırdı ordan. Gözəl gözləriylə sinəsində daşa dönmüşlərə təbəssüm paylayırdı. Günəş qüruba enəndə, axşamın məhzun qaranlığı özündə şiv kimi bir qızın siluetini çizirdi. O qız günlərdir burdaydı, kimsə görməsin deyə hamıdan sonra gəlib, hamıdan sonra gedərək əsgərinə yas tuturdu. Bələmişdi məzarı bənövşə çiçəklərinə, özünə dağ çəkirdi. Gecələrin biri səhəri gətirirdi arxasınca. Hər kəs üçün Günəş doğurdu. Kənd camaatı bir səhər onu məzar başında tapdılar. Üzgündü, bitmişdi... Ölməmişdi ama... ...Günəşi görmürdü... Geri dön |