Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Devid Kemeron: Rusiyanın Ukraynaya qarşı siyasəti ona baha başa gələcək
Devid Kemeron: Rusiyanın Ukraynaya qarşı siyasəti ona baha başa gələcək |
Böyük Britaniyanın baş naziri Devid Kemeron ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə D.Kemeron “Twitter” səhifəsində yazıb. D.Kemeron Rusiyanın Ukrayna ilə bağlı addımlarını yolverilməz adlandırıb. “Obama ilə axşam danışdım. Ümumi fikrimiz belə oldu ki, Rusiya siyasi kursunu dəyişməsə, Ukraynaya qarşı addımları ona baha başa gələcək”. Həmçinin məlum olub ki, ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel ilə telefonla danışıb. Ağ evin rəhbəri Rusiya hərbçilərinin Ukrayna ərazisində peyda olmasını qanunsuz adlandırıb. Geri dön |