Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kiyevdə Kəlbəli Xan Naxçıvanski. Onun dövrü və irsi kitabı nəşr edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Kiyevdə Kəlbəli Xan Naxçıvanski. Onun dövrü və irsi kitabı nəşr edilib

Kiyevdə Kəlbəli Xan Naxçıvanski. Onun dövrü və irsi kitabı nəşr edilib


Kiyevdə tanınmış Rusiya tarixçisi, qafqazşünas, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, professor Rudolf İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi” kitabı Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə Ukrayna dilində çap olunub.



Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, kitabda Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin fondlarındakı, eləcə də nadir kitablar və inqilaba qədərki dövrün mətbuatının materiallarından istifadə edilməklə 260 sənədin tam mətni və ya çıxarışları təqdim edilib. Kitabda həmçinin Kəlbəli xan Naxçıvanskinin təsvir edildiyi portretlər və tarixi illüstrasiyalar dərc edilib. Kitaba Azərbaycanın əfsanəvi Naxçıvanski xanları sülaləsinin banisi Kəlbəli xana həsr edilən 11 tarixi oçerk daxil edilib.



Qeyd edilməlidir ki, Azərbaycan tarixinin Rusiya ilə əlaqəli böyük bir mərhələsini əhatə edən maraqlı elmi-publisistik əsərləri, tarixi romanları ilə fərqlənən R.İvanovun şəxsiyyəti təkcə Azərbaycanda deyil, Rusiya, Ukrayna və digər qonşu ölkələrdə də diqqət çəkir. Maraqlı elmi və ictimai fəaliyyətinə görə professor R.İvanov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Dostluq” ordeninə layiq görülüb.



Kitaba giriş sözünü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yazıb. Giriş sözündə qeyd olunur ki, professor Rudolf İvanovun elmi fəaliyyətində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan mövzusu, bu diyarın görkəmli yetirmələrinin fəaliyyətinin və xidmətlərinin öyrənilməsi xüsusi yer tutur. O, məşhur sərkərdələr sülaləsi kimi şöhrət qazanmış general Naxçıvanskilər haqqında elmi şəkildə yazılmış mükəmməl bir epopeyanın müəllifidir.



Rudolf İvanovun "Kəlbəlixan Naxçıvanski, onun dövrü və irsi" monoqrafiyası onun Naxçıvanın generallar sülaləsi haqqında yazdığı əsərləri içərisində xüsusi yer tutur.



Eyni zamanda kitabda İranın Qacarlar sülaləsi tərəfindən idarə edildiyi dövrdə Naxçıvanın maraqlarının Kəlbəli xan tərəfindən necə müdafiə edildiyi, Azərbaycanın digər xanlıqları ilə əlaqələri, Rusiya ilə münasibətləri barədə geniş məlumat verilir. Kəlbəli xanın dövlət və sərkərdəlik faaliyyəti iki İran-Rusiya müharibəsi (1804–1813 və 1826–1828 illər.) hadisələrinin geniş mənzərəsi fonunda nəzərdən keçirilir.



Kitab Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin redaktorluğu ilə Kiyevin tanınmış “Dmitri Buraqo nəşriyyat evi”ndə çap olunub. Kitabı Ukrayna dilinə Vera Binnətova tərcümə edib.



Kitabın təqdimatı cari ilin may ayında Kiyevdə Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində Azərbaycan və Ukrayna alimləri, ictimai və mədəniyyət xadimlərinin iştirakı ilə keçiriləcək.

Geri dön