Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Asif Ata Ocağı 36-cı Yeni ilini qarşılayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Asif Ata Ocağı 36-cı Yeni ilini qarşılayıb

Asif Ata Ocağı 36-cı Yeni ilini qarşılayıb


1 Günəş ayı 36-cı ildə (1.3.2014) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində Yeni İl törəni keçirilib, Ocağın 36-cı ili qarşılanıb. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.
İnam Evinin həyətində Ocağın 6 ideyasını ifadə edən tonqal qalanıb.
Ocağın Ruhani Başçısı Safruh tonqal yörəsində söz deyib: “Bu Yeni ilin yaradıcısı türk xalqıdır. Atanın irəli sürdüyü, yaratdığı bayramlardan başqa bizim sırf öz xalqımızla bağlı, xalqımızın yaratmış olduğu mənəvi-ruhsal bayramlar yoxdur. Ancaq 36-cı ilini qeyd etdiyimiz Yeni İl bayramı bizimdir. O deməkdir ki, Ocağın 35 ilini yola salmışıq. Türk xalqı özünün 35 ilini müstəqil ruhaniyyatlı xalq kimi yaşayıb.”
Sonra tədbir İnam Evinində davam etdirilib. Ruhani Başçı Safruh Ocaq soraqlarının Azərbaycandan qıraqda da Mütləqə İnam mənzərəsini əmələ gətirdiyini bildirib, Ocaq dostlarının İnam işinə qatqısını yüksək dəyərləndirib.
Ocaq Yükümlüsü İşıqlı Atalı Ocağın 35 ilik tarixinə nəzər salıb, İnam Atanın ömrü ilə əqidəçiliyinin birikdiyini bildirib. O, Atanın ölümündən sonrakı dönəmdən üzü bəri Ocağın böyük bir ləyaqətlə yaşadıldığını, son illərdə bu soraqların daha ardıcıl xarakter aldığını vurğulayıb: “Ocağın “On Kutsal Bitiq”in yarısını çap etdirməsi, “İnama Doğru” dərgisinin 42 sayının çıxması, Ocaq TV-nin ictimai mühitdə tanınması, Ocaqçıların ardıcıl yaradıcılığı, mətbuatda işıq üzü görən çoxsaylı yazılar, ictimai çevrələrdə Ocaq sözünün deyilməsi, Ocağın ruhani geyiminin ömürləşməsi və başqa işlər ayrıca hadisə kimi diqqəti çəkib.”
Şəmkirdəki “Nur Yolu” Ocaq Ailəsinin Yükümlüsü Yolnur Atalı Şəmkirdəki Ocaq əhvalından, gerçəkləşdirməli olduğu işlərə toxunub, eləcə də Mütləqə İnamın bu gün ictimai mühitdə yeri ilə bağlı fərəhini ifadə edib.
Aşıq Məhərrəmin, gənc aşıq Ülvinin ifasında saz havaları səslənib.
Bayramda Yolruh Atalı, Uluruh Atalı, Baba Əhmədli, Əbülfət İslam, İntiqam Mehdizadə, Məhərrəm Şəmkirli, Özadlı Yaşar İnamsoy və başqaları söz deyiblər.

Geri dön