Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Kırımda baş verənlər işğaldır”
Fərəc Quliyev: “Kırımda baş verənlər işğaldır” |
Fərəc Quliyev iki çıxışında dörd təklif verdi
Bu gün Milli Məclisin iclasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Ukraynaya və Rusiyaya Parlament quruplarının ezam olunmasını təklif edib. Ukraynanın Azərbaycana qarşı müttəfiqlik mövqeyini diqqətə gətirən millət vəkili Krımda baş verənləri işğal adlandırıb. O, Azərbaycanın da Rusiyanın süni şəkildə yaratdığı münaqişələrə cəlb olunan bir dövlət olaraq bu prosesdən kənarda qalmamsı və öz barışdırıcı mövqeyini ortaya qoymasını təklif edib. Fərəc Quliyevin təklifi ondan ibarət olub ki, Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun üzvləri ilə Azərbaycan-Rusiya Parlamentlərarası dostluq qrupunun üzvlərinin birgə iclası keçirilsin və eyni qurupun üzvləri anoloji olaraq bu ölkələrə Milli Məclis tərəfindən ezam olunsun. Partiya sədrinin fikrincə, bu gün Azərbaycanın seyrici mövqedə qalması, gələcəkdə Qarabağ məsələsinin müzakirəsi zamanı beynəlxalq instansiyalar və Ukrayna tərəfindən soyuq münasibətlə qarşılaşmasına səbəb ola bilər. İkinci çıxışında isə Fərəc Quliyev sosial təkliflərlə çıxış edib. O, inasan haqları ilə bağlı Ombusmanın Parlamentə təklifinin müzakirəsi zamanı bildirib ki, insan haqlarının önündə yaşam haqqı nəzərdə tutulmalıdır və bununla bağlı da 3 təklif səsləndirib. Millət vəkili bildirib ki, bu gün ölkəmizdə istehlak səbətinin qiyməti ilə maaşların, təqaüdlərin, minimum əmək haqlarının, ehtiyac meyarının səviyyələri eyni deyil, bunun bərabərləşdirilməsi təklif edilməlidir. MDHP sədrinin növbəti təklifi ondan ibarət olub ki, zabitlərin evlərində müvəqqəti məskunlaşmış qaçqınların köçürülməsi işi sürətləndirilsin. Çünki, bu problemlə bağlı müraciət edən zabitlərin sayı çoxdur və onların mənzil problemləri həll edilməlidir. Millət vəkili küçələrdən dilənçilərin yığışdırılması ilə də bağlı təklif verib və bununla bağlı mümkün variantlar da təqdim edib. Fərəc Quliyevin hər iki çıxışın tam mətnini və audio yazısını təqdim edirik: Birinci çıxışın tam mətni: “Bugün Ukraynada baş verənlər təkcə Ukraynanın problemi sayılmaz çünki Rusiya bütün postsovet məkanlarında süni münaqişələri yaradıbdır. Bu ölkələrdən birisi də Ukraynadır. Ukraynanın belə vəziyyətində biz laqeyd qala bilmərik. Həmişə Avronestdə həm də digər Avropa təsisatlarında Ukrayna bizim ciddi müttəfiqimiz kimi bizim problemlərə laqeyd yanaşmadan münasibət bildiribdi. Biz bu məsələlərlə bağlı olaraq bir barışdırıcı missiya ilə çıxış edə bilərik. Mən demirəmki hansısa dövlətin üzərinə gedək amma hər halda Krımda baş verənlər bir işğaldır və bunu biz hansı formada deməyimizdən asılı olmayaraq dünya bunu artıq belə qəbul edibdi. Mənim bir təklifim vardır ki, Azərbaycan və Ukrayna parlamentlərarası dostluq qrupunun üzvləri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvləri birgə bir iclas keçirə bilər və eyni qrupun üzvləri yenə Ukraynaya və Rusiyaya parlament tərəfindən ezam oluna bilər. Yəni biz bu məsələlərdə seyrici mövqedə qalarıqsa gələcəkdə Qarabağ məsələsinin müzakirəsi ilə bağlı beynəlxalq instansiyalarda Ukrayna tərəfindən biraz soyuq münasibətlə qarşılaşarıq. Bu mümkün olarsa qısa zaman ərzində ezam olunan adamların siyahısını da müəyənləşdirmək olar və biz ən azından barışa çağırış olaraqda barışçı bir dövlət kimi həm GUAM-da iştirak edirik, həm Rusiya bizim qonşu dövlətdi, böyük dövlətdi bir barışdırıcı missiya ilə öz səylərimizi ortaya qoyaq. Artıq Türkiyədə də bu məsələ ilə bağlı reaksiyalar vardır. Onlar da bu məsələyə münasibət bildirirlər. Biz bölgədə artıq aparıcı dövlətlərdən birisiyik. Həm də yenə deyirəm Rusiyanın süni şəkildə yaratdığı münaqişələrə cəlb olunmuş dövlətlərdən birisiyik. Mən hesab edirəm ki, bu bizim dövlət üçün əhəmiyyətli məsələlərdən birisi olar. Təşəkkür edirəm!” Birinci çıxış: İkinci çıxışın tam mətni: “Sağ olun, cənab sədr! Mən diqqətlə Elmira xanıma qulaq asdım, əvvəldən də sənədlə tanış olmuşdum, çox mükəmməl bir sənəd hazırlayıb və ətraflı şəkildə bütün sahələri əhatə etməklə yanaşı həm də yaxşı təkliflərlə əhatə olunub. Mən sadəcə olaraq təkliflər əlavə olunsun deyə bir neçə fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, insan haqları məsələsində ən öndə gedən haqq olaraq yaşamaq haqqı nəzərdə tutulmalıdır. Mən, Azərbaycandakı istehlak səbətinin qiyməti ilə bugünkü maaşların, təqaüdlərin, ehtiyac meyarının səviyyəsinin eyni olmadığı qənaətindəyəm və mən arzulayıram ki, Elmira xanım təşəbbüs qaldırsın, həm əmək haqlarının, həm pensiyaların, həm ehtiyac meyarının, istehlak səbətinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı olaraq təkliflə çıxış eləsin. İkinci, ölkəmizdə son zamanlar qaçqın və köçkünlərin yerləşdirilməsi ilə bağlı çox ciddi addımlar atılır, mən bunu təqdir edirəm. Ən mükəmməl səviyyədə şəraitlər yaradılır və tədricən insanları şəraiti olmayan yerlərdən, daha normal yerlərdə yerləşdirirlər. Təklif edirəm ki, Elmira xanım bir təşəbbüslə də çıxış eləsin ki, qaçqın və köçkünlər yeni yerlərə köçürüləndə ən əvvəl evləri zəbt olunmuş zabitlərin, hərbiçilərin evlərindən köçkünlər ilk növbədə çıxarılsın və onlar yerləşdirilməyə başlansın. Çünki mənə xeyli zabitlərin müraciətləri vardır və onlar mənzil məsələsi ilə bağlı ciddi ehtiyac qarşısında qalıblar. Üçüncü məsələ olaraq təklif edirəm ki, Bakının siması günü gündən yaxşı mənada dəyişir, ölkəmizin imici pozitiv mənada hər gün dəyişir. Amma ölkənin əsasən mərkəzi hissələrində çoxlu dilənçilərin olması sirr deyildir. Az qala sanki inzibati ərazi bölgüsü ediblər, müşahidə etdikdə görürsənki hansı harada yerləşir. Hesab edirəm ki, bunların hamısıda ehtiyac üzündən burada olmurlar. Hesab edirəm ki, bəlkə belə bir təşəbbüslə Elmira xanım çıxış edə ki, xüsusi kompların təşkil olunması ilə onların orda müvəqqəti yerləşdirilməsi, çeşidlənməsi təşkil olunsun. Əgər ehtiyacı olan insanlar varsa onları qocalar evlərinə, uşaqlar evlərinə , xəstələr evlərinə yerləşdirilməsi təmin olunsun. Digər hissəsi isə bu məsələdən sui istifadə edirlərsə onlar gərəyi olan tədbirlərin görülməsi ilə bu küçələrdən yığışdırılmalıdır. Bu həm həmin insanların hüquqlarının müdafiəsinə görə , həm əhalinin hüquqlarının müdafiəsinə, rahatlığının təmininə və həm də Bakısının simasının dəyişməsinə səbəb ola bilər. Mən bu hesabata səs verəcəm və Elmira xanıma onun idarəsinə onun rəhbərliyi ilə çalışanların hamısına uğurlar arzu edirəm. Sağ olun.” İkinci çıxış: MDHP Mətbuat Xidməti Geri dön |