Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Sahibkarlar Konfederasiyası Türkiyədə keçiriləcək beynəlxalq tədbirə dəvət olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat, Türk dünyası-Turan > Azərbaycan Sahibkarlar Konfederasiyası Türkiyədə keçiriləcək beynəlxalq tədbirə dəvət olunub

Azərbaycan Sahibkarlar Konfederasiyası Türkiyədə keçiriləcək beynəlxalq tədbirə dəvət olunub


Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Bakıda səfərdə olan Türkiyə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) nümayəndə heyəti ilə görüş keçirilib.



ASK-dan verilən məlumata görə, Konfederasiyanın prezidenti Məmməd Musayev bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksək templə inkişaf edir: «Ölkəmizdə bizneslə məşğul olan əcnəbi iş adamlarının böyük hissəsini türk sahibkarlar təşkil edir. Bu illər ərzində onların bir çoxları ilə ASK-nın işgüzar əlaqələri yaranıb». Nəinki yerli iş adamlarına, xarici ölkələrdən Konfederasiyaya müraciət edən sahibkarlara da yüksək səviyyədə xidmət göstərildiyini deyən M.Musayev gələcəkdə bu əməkdaşlığın daha geniş miqyasda təşkilini məqsədəuyğun hesab edib.



M.Musayev son illər özəl sektorun inkişafına dövlət başçısının xüsusi önəm verdiyini bildirərək, prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanın müstəsna əhəmiyyəti olduğunu dilə gətirib. «Bu günədək iş adamları biznes qurarkən müəyyən qədər vaxt itkisi ilə qarşılaşırdılarsa, bu fərmandan irəli gələn vəzifələrin icrası sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verəcək. Fərman həm də Azərbaycanın Dünya Bankının «Bizneslə məşğul olmaq» hesabatındakı mövqelərinin ciddi şəkildə güclənməsinə səbəb olacaq. Fərmanın əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınmasıdır. Sənəd sahibkarların fəaliyyəti ilə məşğul olmaq üçün «bir pəncərə» prinsipinə uyğun elektron qeydiyyatı zamanı prosedura və müddətlərin azaldılmasını nəzərdə tutur», - deyə M.Musayev bildirib.



M.Musayev deyib ki, bu günədək sahibkarlara tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedura və müddətlərin, eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili müəyyən çətinliklər yaradırdısa, bu fərmandan irəli gələn fəaliyyət zamanı prosedura, müddət və xərclər azaldılacaq.



MÜSİAD-nın Sərgi və forumlar Komissiyasının sədri Adhan Bostan bildirib ki, bu fərmanın icrası türkiyəli iş adamlarının da işini asanlaşdıracaq. MÜSİAD-ın üzvü olan iş adamlarının Azərbaycanda biznes əlaqələrini genişləndirmək niyyətində olduğunu deyən qonaq ASK ilə əməkdaşlığı genişləndirmək arzusunda olduqlarını dilə gətirib. Qonaqlar öz biznesləri haqqında ətraflı məlumat verərək, müxtəlif istehsal sahələrində qazandıqları təcrübəni Azərbaycanda bölüşmək, ASK ilə birlikdə digər ölkələrin bazarlarına çıxmaq üçün dəstək istədilər.



Daha sonra qonaqlar Azərbaycan iş adamlarını noyabrın 26-30-da Türkiyədə 7 min sahibkarın iştirak edəcəyi «MÜSİAD beynəlxalq sərgisi və XVIII beynəlxalq iş forumu konqresi»nə dəvət ediblər.

Geri dön