Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Əli Həsənov: Missionerlər şəbəkələşməyə çalışaraq, dövlətin siyasətini öz maraqlarına uyğunlaşdırmaq istəyirlər
Əli Həsənov: Missionerlər şəbəkələşməyə çalışaraq, dövlətin siyasətini öz maraqlarına uyğunlaşdırmaq istəyirlər |
“O cərəyanların nümayəndələri bilməlidirlər ki, bu cəhdlər nəticə verməyəcək”
“Azərbaycanın tolerant ölkədir, ölkəmizdə ayrı-ayrı dini təriqətlərin bir-biri ilə dost olduğu mühit yaranıb”. Bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransdakı çıxışında deyib. Şöbə müdiri bildirib ki, bu gün dövlət heç bir fərq qoymadan məscidlərə, sinaqoq və kilsələrə yardım edir, onların tikintisinə kömək edir: “Halbuki dövlət heç kimə dini ibadət yeri tikməməli, dini icmalara vəsait ayırmamalıdır. Bəs belə olan halda Azərbaycanın içinə girən missionerlər, bu tolerantlığı pozmaq istəyən kimlərdir? Onlar şəbəkələşməyə çalışaraq dövlətin siyasətini öz maraqlarına uyğunlaşdırmaq istəyirlər. Qanuni və qeyri-qanuni əməllər var. Ona görə də dini missionerlərin, ayrı-ayrı qrupların maraqlarını zorla başqa qruplara qəbul etdirməyin qarşısı dövlət tərəfindən alınıb və alınacaq. Azərbaycanda bu sahədə vəziyyət dözülməz, çətin deyil, dövlət dini icmaların fəaliyyətinə müdaxilə etmədən nəzarət edir. O vaxta qədər müdaxilə etmir ki, dövlətə qarşı təhlükəyə çevrilmir. Bu icmalar digər icmaların, vətəndaşların hüquqlarını pozmaq istəyirlərsə, qarşılarında dövləti görəcəklər. Dövlət bu təhlükələrdən sığortalanmayıb, ancaq bu təhlükələrin qarşısını almağa qadirdir. Medianın bu məsələdə rolu bir dövlətə bərabərdir. Media və vətəndaş cəmiyyəti institutları bu insanlarla, icmalarla ünsiyyətdədir, təhlükəli olanları da görür. Media institutu, jurnalist təşkilatlarının bu məsələdə daim bizə dəstək verəcəyinə əmindir. Həm qanunverici, həm icra, həm məhkəmə hakimiyyəti indiki tolerantlıq mühitini davam etdirməyə qərarlıdır. Ancaq o cərəyanların nümayəndələrini bilməlidir ki, dövlət siyasətini öz maraqlarına uyğunlaşdırmaq cəhdləri nəticə verməyəcək”. Geri dön |