Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət müqabilində kompensasiya verilməsi məsələsi bu il həll oluna bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət müqabilində kompensasiya verilməsi məsələsi bu il həll oluna bilər

Hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət müqabilində kompensasiya verilməsi məsələsi bu il həll oluna bilər


Silahlı Qüvvələrdən 2010-cu ilin iyun ayının 10-dək ehtiyata və istefaya çıxmış hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət günləri müqabilində pul kompensasiyasının verilməsi məsələsi bu il həllini tapa bilər.



Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.



Bununla bağlı məsələyə baxılması üçün Müdafiə Nazirliyi müvafiq prosedura uyğun olaraq Nazirlər Kabinetinə müraciət edib. Eyni zamanda vaxtı ilə Silahlı Qüvvələrdə xidmət etmiş, məzuniyyətindən istifadə etməyən şəxslərin hüquqlarının bərpası və onlara kompensasiyanın verilməsi barədə məhkəmələr tərəfindən çox sayda qərar çıxarılıb. Maliyyə Nazirliyi tərəfindən hesablamalar yekunlaşdıqdan sonra hökumət Nazirlər Kabinetinin müvafiq qərarının 2010-cu il iyun ayının 10-dan əvvəl Silahlı Qüvvələrdən ehtiyata buraxılmış və istefaya çıxmış hərbi qulluqçulara şamil olunması üçün rəyin alınması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.



«Burada söhbət istifadə olunmamış məzuniyyət günlərinə görə minlərlə zabit və gizirə ödəniləcək milyonlarla manat məbləğində pul kompensasiyasından gedir. İndiki şəraitdə bunun həyata keçirilməsi üçün büdcənin imkanları var. Proses hesablamaların aparılmasına görə bir qədər yubanır», - deyə Nazirlər Kabinetindən bildirilib.



Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən də məsələ ilə bağlı APA-ya bildirilib ki, ötən ilin may ayında məsələ ilə bağlı Müdafiə Nazirliyi tərəfindən «Konstitusiya Məhkəməsi haqqında» qanuna uyğun olaraq, xüsusi konstitusiya icraatı qaydasında sorğu hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Konstitusiya Məhkəməsinin qərarı çıxandan sonra istifadə olunmamış məzuniyyət dövrü üçün kompensasiyanın ödənişi həyata keçiriləcək.

Geri dön