Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Turan Yolunda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Turan Yolunda

Turan Yolunda


Turan dünyanın ikinci ən böyük hərbi gücü olacaq


Turan: müqəddəs sevdadır. “Qızıl Alma” türkləri tək bir dövlət çatısı altında toplamaqdır. Biz həmişə belə deyirik. Bəs bu yolda necə addımlanmalıdır, onu bilirikmi? Necə gedilir “Qızıl Almaya”?
Dünyada yeddi müstəqil Türk dövləti var. Türkiyə, Azərbaycan və Kipr istisna olmaqla, digər dövlətlərin biri-biriylə torpaq sərhəddi var. Azərbaycanın bu dövlətlərin bəziləri ilə dəniz sərhəddi də var. Türkiyə ilə isə sadəcə Naxçıvanda görüşür.
Birincisi, torpaq sərhəddi olmayan dövlətlər birləşə bilməz. Kipr və Türkiyə Güney Azərbaycanla Abxaziya vasitəsilə Türküstanın ortasına bağlanmalıdır.
Haradır Türküstanın ortası? Orta Asiya. Gəlin, bunun necəliyini ayırd edək. Əgər Şərq, Qərb, Türküstan varsa, mütləq Quzey və Güney Türküstan da olmalıdır. Türküstan Sovet hakimiyyəti dövründə rusların türk boylarını türk kimliyindən qoparıb, sanki ayrı-ayrı millətlərmiş kimi assimilyasiya etmə cəhdləri nəticəsində Orta Asiya adlandırılıb.
Turan bu gün etibarı ilə Koreya torpaqlarından başlayıb, Rusiya, Çin, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Hindistan, Pakistan, Türkmənistan, Gürcüstan, Azərbaycan, Türkiyə, İran, İraq, Suriya, Misir, Kipr, Yunanıstan, Bolqarıstan, Macarıstan, Belarus, Estoniya və Finlandiyada yerli türk boylarını bir dövlət altında birləşdirmə idealıdır.
Diqqətlə baxsaq görərik ki, türk dövlətləri, Tacikistan və Pakistanın bütünlüklə qatıla biləcəyi bir ölkədir. Əks təqdirdə müstəqil Türk Cümuriyyətləri və türkləri özlərinə qardaş olaraq görən iki ölkə bir araya gələ biləcək ki, günümüzdə dahi tacik və pakistanlı siyasətçilər Türkiyənin öndərlik edə biləcəyi bir siyasi irəliləyişə müsbət baxır.
İqtisadi yöndən analiz olunanda neft, təbii qaz, qızıl, uran, civə, bor kimi mədənlərin olduğu, hətta Qazaxıstanda kosmodrom olduğu nəzərə alınsa, Turanın inkişafı üçün hər şəraitin olduğuna da əmin ola bilərik.
Siyasi rakursdan baxsaq, ABŞ, Avropa Birliyi, Rusiya və İran üçbucağında dünyanın iki yarımçıq qütbdə olduğu günümüzdə alternativ bir qütb olaraq siyasi konjekturaya daxil olsa, bir çox dövlətlərlə sıx münasibətlər yarada biləcək.
Hərbi nöqteyi nəzərdən, Türkiyə hava və quru qüvvələrinin dünyanın seçilmiş ordularından olmağı, Pakistanın dünyanın Atom silahına malik olmaqla bərabər, ən güclü quru qüvvələri içində ilk iyirmilikdə yer alması, Özbəkistan və Qazaxıstanın müdafiə sənayesi sahəsindəki irəliləyişləri nəzərə alınsa Turan dünyanın ikinci ən böyük hərbi gücü olacaq.
Bütün bu detalları götür-qoy ediləndən sonra Turan yolunda ilk öncə mənəvi, daha sonra isə iqtisadi və hərbi nöqteyi-nəzərdən güclənməliyik ki, silahlı və ya silahsız, hər cür mübarizəyə hazır olaq.

Hasan Murat


Geri dön