Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna hərbi təcavüzə cavab verəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ukrayna hərbi təcavüzə cavab verəcək

Ukrayna hərbi təcavüzə cavab verəcək


Ölkənin hərbi qüvvələri Rusiyaya qarşı döyüş hazırlığı vəziyyətinə gətirilib
Ali Rada Qərb ölkələrindən Ukraynanın sərhədlərinin qorunması üçün hərbi dəstək tələb etdi

Ukraynada vəziyyət dünən daha da gərginləşib. Belə ki, Krımın parlamentinin ötən gün keçirilən iclasında muxtar respublikanın və Sevastopol şəhərinin "müstəqilliyi" haqqında bəyannamə qəbul edib. Bəyannamənin lehinə 100 deputatdan 78-i səs verib. Sevastopolun müstəqilliyi barədə qərar isə şəhər şurasında çıxarılıb.
Krım Ali Soveti həmçinin "Krım-tatar xalqının hüquqlarının bərpasına qarantiya və onların Krım cəmiyyətinə inteqrasiyası" haqda qərar da qəbul edib. Deputatlar Krım-tatar dilinə rus və Ukrayna dilləri ilə birgə rəsmi dil statusu da verilməsinə razılaşıblar. Bundan əlavə, Krım tatarlarının nümayəndələrinin rayon və şəhər sovetlərində və digər orqanlarda təmsilçiliyinə də qarantiya verilib. Bununla da ruslar Krım tatarlarını sakitləşdirməyə çalışıblar.
Yaranmış ağır vəziyyətlə əlaqədar Ukrayna parlamenti "Ukrayna Ali Radasının ölkənin təhlükəsizliyinin təminatçısı olan dövlətlərə müraciəti haqqında" qərar qəbul edib. UNİAN agentliyinin yaydığı məlumata görə, qərarın lehinə zalda qeydiyyatdan keçən 322 deputatdan 263-ü səs verib. Kommunist Partiyasının fraksiyası tam heyətdə səsvermədə iştirak etməyib. Regionlar Partiyası fraksiyasından isə qərarı 23 deputat dəstəkləyib.
Müraciətdə bildirilir ki, ABŞ və Böyük Britaniya Budapeşt Memorandumunun iştirakçı ölkələri kimi Ukraynanın təhlükəsizliyinə qarantiya verilməsi ilə bağlı öz öhdəliklərini yerinə yetirməli, təcavüzün dərhal qarşısının alınması, Ukraynanın müstəqilliyi, suverenliyi və mövcud sərhədlərinin qorunması üçün bütün mümkün siyasi, diplomatik, iqtisadi və hərbi tədbirləri görməlidirlər.
Ukrayna parlamenti Budapeşt sənədinin digər iştirakçısı olan Rusiya Federasiyasını öz qoşunlarını Ukrayna ərazisindən dərhal çıxarmağa, Ukrayna dövlətinə qarşı təcavüzə son qoymağa, ölkənin müstəqilliyi və ərazi bütövlüyünə təminat verməyə çağırıb.
Xatırladaq ki, Budapeşt Memorandumuna əsasən Ukraynanın öz nüvə statusundan imtina etməsinin müqabilində ABŞ, Britaniya və Rusiya tərəfindən bu ölkənin müstəqilliyi və ərazi bütövlüyünə təminat verilib.
Lakin buna cavab olaraq, Kreml 3500 nəfərlik Rusiya hava desant qoşunlarını təcili olaraq döyüş hazırlığı vəziyyətinə gətirib. Bu sayda desant qoşunun çıxarılmasına səbəb genişmiqyaslı hərbi təlimlər keçirmək və "lazımi anda qarşıya qoyulan tapşırığı yerinə yetirmənin" hazırlıq vəziyyətini öyrənməkdir.
Müharibəyə hazırlıq üzrə təlimlərə desant qoşunları ilə yanaşı desant kəşfiyyat, paraşutçü desantlar, zenit-raket qüvvələri, artileriya və digər qoşun növləri də cəlb edilib. Ümumilikdə isə desant təlimlərinə 4 mindən artıq hərbçi və 36 hərbi hava təyyarələri, vertolyotları və digər hava nəqliyyatı cəlb olunub.
Ukraynalı hərbi ekspert Dmitri Timçuk isə öz Feysbuk səhifəsində bildirib ki, Rusiyadan Krım ərazisinə Mİ-8 və Mi-24 vertolyotları gəlməkdə davam edir. O, Krıma gələn vertolyotların idarəçiliyindən Sevastopolda yerləşən rus hərbçilərinin uzaqlaşdırıldığını deyib: "Hazırda bu vertolyotlara yalnız Rusiyadan gələn hərbçilər buraxılır. Bundan əlavə isə ruslar Cankoyaya 60-dan artıq hərbi texnika, o cümlədən "QRAD" da gətiriblər. Perekopa kəndinə isə 22 artilleriya qurğusu yerləşdirilib".
Ukrayna da Rusiyanın müharibə hazırlığına cavab olaraq, öz qoşunlarını döyüş hazırlığı vəziyyətinə gətirib. Ukraynanın müdafiə naziri İqor Tenyux ötən gün parlamentdə çıxışı zamanı bu barədə məlumat açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyətinə gətirilib və aktiv hərbi əməliyyatlara isə yaranacaq vəziyyət qiymətləndirildikdən sonra qərar veriləcək.
Nazir deyib ki, Rusiya özünün Krımdakı hərbi müdaxiləsini de-yure təsdiq etmədiyindən və Krımdakı hadislərdə iştirakını qəbul etmədiyindən hərbi əməliyyatlra başlamaq düzgün deyil: "Ukrayna Silahlı Qüvvələrinin istənilən hərbi hərəkəti Krımda vəziyyətin sabitləşməsinə xidmət edəcək və bununla bağlı dünya ictimaiyyəti məlumatlandırılacaq".
Hərbi əməliyyatlarda uğurlar əldə edilməsinə gəldikdə isə nazir deyib ki, burada əsasən dövlət xərclərinın itkisindən gedə bilər və bu əməliyyatlar nə qədər çəkəcəyi bilinmir. Nazir onu da əlavə edib ki, hazırda Rusiya Ukrayna və Krımla sərhəddinə 220 min hərbçi, 1800 tank və 400-dən artıq vertalyot yığaraq genişmiqyaslı hərbi təlimlər keçir.
"Rusiyanın təkcə sərhəddə yığılan qoşunu Ukraynanın Silahlı Qüvvələrindən bir neçə dəfə artıqdır."
Bununla belə nazir deyib ki, Ukrayna Silahlı Qüvvələri də öz növbəsində tam döyüş hazırlığı vəziyyətinə gətirilərək və ölkənin şərq və cənub-şərq bölgəsindəki təlim mərkəzlərində təlimlərə başlamaq niyyətindədir.
Krımdakı vəziyyətlə bağlı məşhur amerikalı politoloq Zbiqnev Bjezinski bədbin proqnoz verib. O, Fransanın "La Figaro" qəzetinə deyib ki, Krım münaqişəsini nəzəri cəhətdən həll etmək mümkündür, ancaq Kremli "Allahlıq iddiasında olan irrasional lider" idarə etdiyindən bunu təsəvvür etmək çətindir: "Putin Krımı Ukraynadan güc yolu ilə qoparmağa hazırlaşır. Ancaq bu halda o, Ukraynanı on illərlə itirəcək. Moskvanın Ukrayna ilə münasibətləri vacibdir. Belə təsəvvür edək ki, Putinə Krımı Ukraynadan həmişəlik ayırmaq nəsib olacaq. O, Krımı alacaq, ancaq on illərlə Ukraynanı itirəcək, ona görə ki, bu addım Moskva əleyhinə çox güclü milli reaksiyaya səbəb olacaq. Putin dəhşətli səhv edir".
Politoloq onu da qeyd edib ki, əgər Rusiya Ukraynaya hərbi təzyiqini davam etdirərsə, Kiyev tez, yaxud gec müqavimət göstərməyə başlayacaq. O zaman Qərb Ukraynanın özünü necə müdafiə etdiyini görüb müdaxilə edəcək, müdafiəsinə qalxacaq".
Politoloqun sözlərinə görə, bu halda Ukraynada İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə baş verə bilər: "Putin Rusiya üçün nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirməyə və əlverişli qərar qəbul etməyə qadir deyil".

CƏMİL

Geri dön