Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Putin hesab edir ki, Ukrayna SSRİ-dən düzgün çıxmayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Putin hesab edir ki, Ukrayna SSRİ-dən düzgün çıxmayıb

Putin hesab edir ki, Ukrayna SSRİ-dən düzgün çıxmayıb


Krım Tatar Məclisinin qurucusu, Ukrayna parlamentinin deputatı Mustafa Cəmilov martın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Tatarıstanın sabiq prezidenti Mintimer Şaymiyevin vasitəçiliyi ilə keçirilən telefon danışığı yarım saata qədər çəkib.

Mustafa Cəmilov telefon danışığı haqda mediaya belə açıqlama verib: “Putinə dedim ki, ən vacib məsələ bizim ölkənin – Ukraynanın ərazi bütövlüyüdür. Ərazi bütövlüyünün pozulması 1994-cü ildə qarant ölkələr – ABŞ, Britaniya və Rusiyanın Ukrayna ilə imzaladığı razılaşmaya ziddir. 1994-cü ildə nüvə silahından imtina müqabilində Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə təminat verilib. İndi bu razılaşma pozulsa, bu tipli razılaşmalara daha heç kim inanmayacaq və maliyyə imkanı olan hər bir dövlət, o cümlədən Ukrayna nüvə silahı əldə etməyə çalışacaq”.

Mustafa Cəmilovun bildirdiyinə görə, Vladimir Putin Ukraynanın ərazi bütövlüyü məsələsinə toxunaraq deyib ki, bu ölkənin müstəqilliyini elan etməsi SSRİ-dən çıxmaq prosedurlarına bir o qədər də uyğun olmayıb.

Mustafa Cəmilov Krım tatarlarının milli lideri sayılır. 1943-cü ildə anadan olub. 1944-cü ildə ailəsi Krımdan Özbəkistana sürgün olunub. SSRİ zamanında dissident fəaliyyətinə görə üst-üstə 17 il həbsdə yatıb.

Geri dön