Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > General Vəli Kiçik Paşa:Azərbaycanın bütövləşməsi üçün fəaliyyətimiz davam edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Müsahibə > General Vəli Kiçik Paşa:Azərbaycanın bütövləşməsi üçün fəaliyyətimiz davam edəcək

General Vəli Kiçik Paşa:Azərbaycanın bütövləşməsi üçün fəaliyyətimiz davam edəcək


“Mən Amerika Birləşmiş Dövlətlərinə ram olmadığım üçün həbs edilmişdim”. Bu sözləri martın 12-də 6 illik həbsdən sonra azadlığa çıxan “Ergenekon” məhbusu general Vəli Paşa deyib.

Vəli Küçük həbsdə saxlandığı 6 ildə azadlığı üçün mücadilə edən bütün dostlara təşəkkürlər edib: “Biz həbs ediləndən bu günə qədər mübarizə yoldaşlarımız bizi tək qoymadı, ən azı mənəvi dəstəkləri ilə bizim yanımızda oldular. Türkiyədə son illər açılan bir sıra cinayət işləri kimi “Ergenekon” adı verilən cinayət işi də başdan-başa əsassız ittihamlardan ibarət idi. Məni ABŞ-a ram olmadığım üçün həbs etmişdilər. Mücadilə insanlarının həyatlarında ağır günlər olur. Ömrüm boyu türk millətinə xidmət etdiyim və hər zaman bundan qürur duyduğum halda 6 il azadlıqdan məhrum edilməm ağla gəlməyən haqsızlığa uğramaq deməkdir. Haqqımızda olmazın iftiralar uyduruldu, tanımadığımız insanlar yalançı şahidlik etdi. Ancaq şükürlər olsun ki, haqq öz yerini buldu. Mən bizim davamıza, eyni zamanda günahsızlığımıza inanan bütün dostlara, o sıradan Azərbaycandakı can dostlarıma və qardaşlarıma təşəkkür edirəm”.

Vəli Küçük “Ergenekon” məhbuslarının azadlığa çıxacaqları ilə bağlı olan sürəcin bu qədər sürətlə keçəcəyini təsəvvürünə belə gətirmədiyini də bildirdi: “”Ergenekon” istintaqı ilə türk dünyasının ləyaqətli insanlarına ağır cəzalar verilib. Bizim heç birimizə qarşı irəli sürülən ittihamlar sübut edilmədiyi halda illərlə həbsxanalarda saxlandıq. Təbii, suçsuz olduğumuz üçün hər an azadlığa çıxmaq haqqımız idi. Buna baxmayaraq, şəxsən mənim üçün haqqımdakı həbs-qətimkan tədbirinin ard-arda davam edən bir neçə qısamüddətli məhkəmə baxışı ilə ləğv edilməsi gözlənilməz oldu. Hər halda, bizə qarşı böyük bir təxribat planı hazırlayan şəxslərin qısa zamanda həmin planlardan imtina etməsi məhbəs yoldaşlarımdan çoxu kimi mənə də real görünmürdü”.

Vəli Küçük paşa bundan sonra da türk dünyasına xidmətlərini davam etdirəcəyini deyir: “İndi ilk işimiz bizi həbs edən qüvvə ilə hüquq müstəvisində hesablaşmaqdır. Bizim hər birimiz, eləcə də ailələrimiz çox ağır, çətin günlər keçirib. Təbii, bütün bunların hesabı soruşulacaq. Bundan sonra həyatımız, mübarizəmiz qaldığımız yerdən davam edəcək. Mənim üçün millətimin hər bir fərqi, qurduğumuz hər bir dövlət əzizdir. Azərbaycanın mənim ürəyimdəki, amalımdakı yeri isə tam fərqlidir. Azərbaycan dövlətinin güclənməsi, eyni zamanda Azərbaycanın bütövləşməsi üçün fəaliyyətimiz davam edəcək. Mən Dünya Azərbaycanlıları Konqresinin rəhbərlərindən biri olaraq məqsədlərimizə çatmaq üçün bacardığımı əsirgəməyəcəm. Yaxın günlərdə bu məsələ ilə bağlı xüsusi açıqlama ilə çıxış etməyi düşünürəm. Bütün Azərbaycana salam və sayğılarımı göndərirəm”.

Aygün Muradxanlı

Geri dön